Məhkəmə qərarları › İş №e-2(041)-1043/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1043/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1043/2025 28.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh Ağamməd oğlundan 19789,80 manat vəsaitin və ödənilmiş 150 manat dövlət rüsumunun, cəmi 19939,80 manat məbləğin alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, mülki işin icraatına xitam verilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazirki mübahisə sabibkarlıq fəaliyyəti ilə bağlı yaranmış borcun ödənilməsindən ibarətdir. Həmçinin elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisidir Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki iddia tələbinə məhkəmə aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsində deyil, müvafiq kommersiya məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar