Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1716/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1 dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tort qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazı stolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba olmaqla onun mənzilindən məcburi qaydada boşaldılması və dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Faktiki yaşadığı mənzil xx.xx.2008-ci il tarixindən tam mülkiyyətindədir. Cavabdeh onun oğlu X1 ilə xx.xx.2012-ci il tarixində ailə qurmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-110/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Hal-hazırda cavabdehə məxsus əşyalar onun evində qalmışdır. Həmin əşyalar aşağıdakılardır: - 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1 dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tort qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonaq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazıstolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba təşkil edir. Qeyd olunan əşyalar hal-hazırda onun mənzilindədir və cavabdehin cehiz əşyalarıdır. Dəfələrlə xəbərdar etməyinə baxmayaraq, cavabdeh öz əşyalarını mənzildən boşaltmaq istəmir və müxtəlif bəhanələrlə yayınır. Hal-hazırda qeyd olunan əşyalar evində ona maneçilik yaradır və mülkiyyət hüququnu pozmuş olur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Kürdəmir şəhəri, Aran qəsəbəsində istifadədə olan 0.0512 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 75.3 kv.m ümumi, 54.9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən 1 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 110/2025 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X1 arasında xx.xx.2012-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 234 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Lakin iddiaçının oğlu ilə cavabdeh xx.xx.2025-ci il tarixdə boşanmışdır. Onlar nikah dövründə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda onlar rəsmi olaraq boşandığından iddiaçı onun mülkiyyətində olan mənzildə qalmış cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə artıq həmin mənzildə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tort qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonaq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazıstolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba olmaqla İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu, Aran qəsəbəsi, bina 22, 8 nömrəli mənzildən çıxarılaraq Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: 1 ədəd qonaq otağı şkafı, 1 ədəd yataq taxtı, 2 ədəd kiçik ölçülü tumba, lüstur 1 ədəd, 1 ədəd pərdə, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd döşək tək adamlıq, 2 ədəd yorğan tək adamlıq, 6 ədəd yastıq, ədyal 2 ədəd, 1 ədəd yataq üzü, 1 ədəd qorka, 5 ədəd göy rəngli bakal, 1dəst çəhrayı bakal, 5 ədəd xrustal bakal, 6 ədəd qırmızı bakal, 6 ədəd armudu stəkan, 1 ədəd çay servis dəsti, 1 ədəd kofe servis dəsti, 2 ədəd şüşə qənd qabı, 6 ədəd araq rumkası, 1 ədəd qara rəngli yemək dəsti, 1 ədəd meyvə qapı, 1 ədəd tort qabı, qaşıq və çəngəllər, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd qonaq otağı stolu, 6 ədəd qonaq otağı stulu, 1 ədəd termo, 1 ədəd yazıstolu, 1 ədəd divan üzü, 2 ədəd kreslo üzü, 1 ədəd ütü, 1 ədəd elektrik soba, 2 ədəd çaydan, 2 ədəd aliminium qazan, 3 ədəd qırmızı qazan, 1 ədəd tava, 2 ədəd soba olmaqla İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu, Aran qəsəbəsi, bina 22, 8 nömrəli mənzildən çıxarılaraq Cavabdeh təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-1716/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1716/2025
28.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver