Məhkəmə qərarları › İş №e-2(041)-187/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-187/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-187/2025 25.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan İddiaçı struktur vahidi olan X3 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti Cavabdeh 4331.78 manat əsas borcun, 63 manat dövlət rüsumun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair iddia tələbi üzrə baxaraq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan İddiaçı struktur vahidi olan X3 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə Kürdəmir Xidmət Sahəsinə 4331.78 manat debitor borcu yaranmışdır. Borclu Cavabdeh Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bundan əlavə, abonent Cavabdeh hər ay bildiriş almışdır. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-187/2025 saylı qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı 4147.20 manat əsassız borcun silinməsi tələbinə dair 2(041)-683/2025 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək mülki işin icraatı dayandırılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-683/2025 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat iddiaçı Cavabdeh hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı İB-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərəkə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı İB-nin X3 istismarı idarəsi (paylayıcı) ilə istehlakçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci tarixli 12237 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı İB-nin Kürdəmir Xidmət sahəsinin əməkdaşları tərəfindən həmin tarixdə Kürdəmir rayon Sığırlı kəndində yerləşən Cavabdeh məxsus küçədə quraşdırılmış G-4 markalı **********522 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Akta ev sahibi Cavabdeh tərəfindən imza edilmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və sutkanın 24 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 34560 m3 hesablanmışdır. - abonentin saldosuna əsasən abonent kodu **********02100 olan Cavabdeh 2024-cü ilin sentyabr ayına borcu 4339.78 manat təşkil edir. -Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-683/2025 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat iddiaçı Cavabdeh hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı İB istehlakçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə təbii qazın alqı-satısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını keyfiyyətli təbii qazla təmin etsə də, istehlakçı aldığı təbii qazın dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə təbii qazdan istifadə nəticəsində 4331.78 manat borcu yaranmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-683/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə iddia tələbi qismən təmin edilərək, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat iddiaçı Cavabdeh hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) «Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı İB-nin Kürdəmir Xidmət sahəsinin əməkdaşları tərəfindən həmin tarixdə Kürdəmir rayon Sığırlı kəndində yerləşən Cavabdeh məxsus küçədə quraşdırılmış G-4 markalı **********522 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və sutkanın 24 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 34560 m3 hesablanmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-683/2025 saylı qətnaməsi ilə itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 691.2 manat (4147.20:12x2=691.20) əlavə hesabat aparılmış, qalan 3456 manat (4147.20- 691.20) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinmişdir. Hazırki iddia tələbində həmin akt da nəzərə alınmaqla cavabdehdən debitor borca görə 4331.78 manat pulun tutulması tələb edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış xx.xx.2025-ci il tarixli e-2(041)-683/2025 saylı qətnaməsi nəzərə alınmaqla, cavabdehdən 875.78 manat (4331.78 -3456) tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 875.78 (səkkiz yüz yetmiş beş manat 78 qəpik) manat debitor borc tutularaq iddiaçının hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 64 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 875.78 (səkkiz yüz yetmiş beş manat 78 qəpik) manat debitor borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzi tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar