Məhkəmə qərarları › İş №e-2(041)-2022/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2022/2025

22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2022/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 22 may 2025-ci il tarixdə, 8İ-4478 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Ağsu rayon notariat ofisinin xüsusi notariusu X14 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təsdiq etmişdir ki, Cavabdeh ilə Ağsu rayon notariat ofisində Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-89 №li kredit müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində pul İddiaçı tərəfindən borc almışdır. Həmin təklifdə İddiaçı ilə Cavabdeh arasında Ağsu rayon notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-89 reyestr nömrəli borc müqaviləsi əsasında Kürdəmir regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 8İ-4478 reyestr nömrəli icra qeydi üzrə Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olan X3 (AA 3224740, xx.xx.2021-ASAN-Kürdəmir; FİN:xxxxxxx; d/t; xx.xx.1990) Reyestrdə 3M-89 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 30000 manat (otuz min) tutulsun. Həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır. Hesab edir ki, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 22 may 2025-ci il tarixdə, 8İ-4478 reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona 30000 manat pul vermişdir. O, borcu hissə-hissə ödəməklə qaytarmışdır. Pul ona faiz müqabilində verilmişdir. Əsas borcdan əlavə ay üzrə 3000 manat pul ödəmişdir. 1 il boyunca Cavabdeh faiz qarışıq 90000 manat pul ödəmişdir. Borcun 15000 manatını öz şəxsi qızıl-zinət əşyalarını "xxxx" ASC-yə qoyaraq onun əsasında ödəmişdir. İcra məmuruna heç bir izahat verməmiş, icra şöbəsində verilmiş izahatında olan imza və icra sənədi üzrə tələbkar Cavabdeh tərəfindən ona göndərilən məktubun xəbərnaməsində olan imza ona məxsus deyildir. O, heç bir sənədi imzalamamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh izahat verərək iddia tələbləri ilə razılaşmadığını bildirmişdir. Qeyd etmişdir ki, nəvəsi ilə Zümrüdün uşağı bir sinifdə oxuyur. Aralarına yaxın münasibətləri olub. O, iddiaçıya 2022-ci ildə 30 000 manat borc pul vermişdir. Pulu 10 ay müddətində ödəmək şərti ilə iddiaçıya borc vermişdir. Notarusla təsdiq edilmiş müqavilə üzrə İddiaçı 30000 manat pul vermiş, o da vaxtı gecikdirərək ödəməmişdir. İddiaçı ona 30 000 manatdan əlavə başqa borcu da olmuş, həmin borc Zümrüd tərəfindən ödinilsə də 30 000 manat pul borcu ödənilməmişdir. İddia tamamilə yalandır. İddianın təmin olunmamasını xahiş edir. Pulu İddiaçı tərəfindən ödənilmədiyindən o, xəstə uşağını müalicə etdirə bilmir. Cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, o, Kürdəmir rayonunun Yenikənd kənd poçt şöbəsində poçt müdiri işləyir. 1 ildən çoxdur ki İddiaçı Yenikənd kəndində qeydiyyatdadır. Onun ünvanına gələn bütün poçtları ya əri X6 ya da özü qəbul edir. Cavabdeh göndərdiyi məktub xüsusi bildirişli zərf olmuşdur. Aprel ayı ərzində İddiaçı demək olar ki, hər gün zərf gəlmişdir. Göndərilən zərfləri İddiaçı ofisinə aparıb özünə təhvil vermişdir. Çünki İddiaçı evdə olmur, günün çox vaxtını ofisində olur. Zərfi qəbul edən İddiaçı özü olmuşdur. Çünki başqa biri zərfi təhvil alsaydı, adın kənarında bu barədə məlumatlar (atası, yoldaşı, qızı) qeyd olunardı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağsu Rayon Notariat Ofisi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu rayon notariat ofisində rəsmiləşdirilmiş 3M-89 reyestr nömrəli Kredit (borc) müqaviləsi üzrə "Borc alan" ünvan 3 ünvanında qeydiyyatda olan X7 tərəfindən "Borc verən" ünvan 4 kəndi ünvanında qeydiyyatda olan Cavabdeh notariusun depozit hesabı vasitəsilə hər hansı ödəniş olunmamışdır. xx.xx.2025-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunda göstərilmişdir ki, 05 dekabr 2022-ci il tarixdə Ağsu rayon notariat ofisində sizinlə, yəni X7 ilə mənim aramda Kredit Müqaviləsi bağlanmış və bağlanmış Kredit Müqaviləsinə əsasən, siz məndən 30000 (otuz min) manat borc almısınız və həmin borcun xx.xx.2023-cü il tarixdə mənə qaytarılmasını öhdənizə götürmüsünüz. Sözügedən Kredit Müqaviləsi 05 dekabr 2022-ci il tarixdə Ağsu rayon notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmişdir. Müqavilənin 1 (bir) nüsxəsi notariusda saxlanılmış. 1 (bir) nüsxəsi sizə və 1 (bir) nüsxəsi mənə təqdim edilmişdir. Müqaviləyə əsasən borcun qaytarılması vaxtı xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq, həmin vaxtdan 505 gün keçmiş və bu müddətdə borc aldığınız 30000 (otuz min) manat pulun mənə qaytarılması barədə dəfələrlə sizə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyiniz tərəfinizdən icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, bir daha sizə rəsmi surətdə xəbərdarlıq edərək, borcun 20 gün müddətində qaytarılmasını sizdən tələb edirəm. Həmçinin diqqətinizə çatdırıram ki, əgər bu müddətdə borcu qaytarmasanız, sizə qarşı Məhkəmə qaydasında iddia qaldıraraq, gecikdirilmiş günlərə görə, hər gün üçün 30 manat, 505 günə isə 15150 (on beş min yüz əlli) manat əldən çıxmış gəlir üzrə kompensasiya da tələb olunacaqdır. Xəbərnamədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubu xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Ağsu rayon notariat ofisinin notariusu X14 tərəfindən xx.xx.2022-ci il tarixdə 89 nömrə ilə qeydə alınmış borc verən (kreditor) Cavabdeh ilə borc alan X7 arasında imzalanan borc müqaviləsinə əsasən, “borc verən” “borc alana” 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) manat məbləğində borc verir, “borc alan” borcu xx.xx.2023-cü il tarixinədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş icra qeydinə əsasən, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qepik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 30025 manat 00 qəpik (otuz min iyirmi beş manat sıfır qəpik) pul Cavabdeh xeyrinə tutulmalıdır. Həmin icra qeydi reyestrdə xx.xx.2025 tarixdə, 8İ-4478 nömrə ilə qeydə alınmışdır. Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, e34961/2025-55-15 nömrəli İddiaçı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4478 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunur. Bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə ona xəbərdarlıq edilmişdir. Eyni məzmunlu xəbərdarlıqlar İddiaçı istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** nömrəli mobil nömrələrə xx.xx.2025-ci il tarixdə elektron bildirişlərlə də göndərilmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı Kürdəmir rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu cənab Məhərrəm Şirnalıyevə verdiyi izahatda göstərmişdir ki, icra sənədindən xəbərdardır. Ödəmək imkanı yoxdur, icra qeydindən şikayət vermək üçün müvafiq sənədləri toplayır. İcra sənədi üzrə heç bir ödəniş etməyib. İcra qeydindən şikayətinə məhkəmə qaydasında baxılıb, yekun nəticədən asılı olaraq borcunu hissə-hissə ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-667/2025 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il 3(106)-478/2025 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-667/2025 nömrəli qərarı ləğv olunmuş, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 536 nömrəli İddiaçı vəkili Vəkil ünvanlanmış məktubunda göstərilmişdir ki, tərəfinizdən xx.xx.2025-ci il tarixdə Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinə təklif ünvanlanmışdır. Həmin təklifdə İddiaçı ilə Cavabdeh arasında Ağsu rayon notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-89 reyestr nömrəli borc müqaviləsi əsasında tərəfimizdən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 81-4478 reyestr nömrəli icra qeydinin geri qaytarılmasını qeyd etmisiniz. Həmin Borc müqaviləsi üzrə İddiaçı tərəfindən borcun ödənilməsinə dair sənədlər təqdim edilməmiş və icra qeydi aparılmışdır. İcra sənədi üzrə borc ödənildiyi halda icra şöbəsinə təqdim etməyiniz nəticədə icra hərəkətləri barədə qərar qəbul etməklə əlaqədar Kürdəmir rayon İcra və Probasiya şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 34961 nömrəli məktubdan görünür ki, Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 81-4478 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Kürdəmir, enikənd k, ünvanında qeydiyyatda olan Cavabdeh(AZE********, xx.xx.2017 00:00 Səyyar-Asan3; Fin: xxxxxxx; d/t: xx.xx.1967) xeyrinə ünvan 4 ə/d. Dəyirmanlı Kəndi ünvarunda qeydiyyatda olan İddiaçı AA*******, xx.xx.2024-Asan-Kürdəmir; Fin: xxxxxxx; d/t: xx.xx.1990) müddət üçün vaxtında ödənilməmiş 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) tutulmalı, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 30025 manat 00 qəpik (otuz min iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrası məqsədilə borclunun əmlak və maliyyə vəziyyəti yoxlarılmış və borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. X1 borcu ödəməkdən yayındığına görə barəsində xx.xx.2025-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən borclu barəsində tərtib edilmiş inzibati protokolun icraatına xitam verilmişdir. Tələbkar həmin qərardan apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-478/2025 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək X5 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh tətbiqi olaraq 500 manat cərimə edilmişdir. Hal-hazırda tərəfimizdən icra sənədinin icrası məqsədilə zəruri icra hərəkətləri davam etdirilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 34961/2 nömrəli məktubdan görünür ki, Kürdəmir regional "ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-4478 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən X2 30025 manat tutularaq Cavabdeh verilməlidir. İcra sənədi 23.05 2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrası məqsədi ilə borcluya könüllü müddət verilmiş, lakin həmin müddət ərzində borclu tələbi təmin etməmişdir. Borclunun əmlak və maliyyə vəziyyətinin yoxlanılması məqsədi ilə sorğular edilmiş, alınan cavablarda borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Borclu icra sənədini icra etməkdən yayındığına görə barəsində xx.xx.2025-ci il tarixdə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarı ilə borclu AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə cəzasına məhkum edilmişdir. Hal-hazırda icra sənədi üzrə tələbin təmin edilməsi məqsədi ilə tərəfimizdən zəruri icra hərəkətləri davam etdirilir. İş materiallarına əlavə edilmiş karta köçürmələrdən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:07-də 150 manat, xx.xx.2024-cü il tarixdə saat 18:44-də 400 manat, xx.xx.2024-cü il tarixdə saat 19:41-də 250 manat, xx.xx.2024-cü il tarixdə saat 19:41-də 250 manat, xx.xx.2024-cü il tarixdə saat 20:22-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 11:07-də 150 manat, xx.xx.2024-cü il tarixdə saat 13:35-də 50 manat, xx.xx.2024-cü il tarixdə saat 11:10-da 700 manat, xx.xx.2024-cü il tarixdə saat 11:14-də 700 manat, xx.xx.2024-cü il tarixdə saat 11:17-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 13:28-də 250 manat, xx.xx.2025-ci il tarixdə saat 11:14-də 500 manat pul göndərmişdir. Beləliklə iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağsu rayon notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 30 000 (otuz min) manat məbləğində borc almış və borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə notariat qaydasında təsdiq edilmiş və tərəflər arasında borcun faizsiz verilməsi razılaşdırılmışdır. Borcun müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarılmaması ilə əlaqədar olaraq, üçüncü şəxs Cavabdeh tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya əvvəlcədən yazılı bildiriş göndərilmiş, bildirişin iddiaçı tərəfindən qəbul edildiyi iş materialları ilə təsdiq edilmişdir. Borc öhdəliyi icra edilmədiyindən Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 8İ-4478 reyestr nömrəli icra qeydi aparılmış, həmin icra qeydinə əsasən iddiaçıdan 30 025 (otuz min iyirmi beş) manat məbləğində pulun tutulması nəzərdə tutulmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş, 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin sənəddə bildirişin xüsusi forması, bildirişin doldurulması qaydası nəzərdə tutulmuşdur. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”də borcun 20 gün müddətində ödənilmədiyi halda ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, icra qeydinin aparılması zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161 və 162-ci bəndlərinin tələbləri pozulmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş bank köçürmələri icra qeydinə əsasən müəyyən edilmiş borcun ödənilməsindən sonra həyata keçirilmişdir. Bu səbəbdən həmin köçürmələr icra qeydinin ləğvi üçün əsas təşkil edə bilməz. Həmçinin Cavabdeh bildirib ki, iddiaçı tərəfindən edilən bəzi ödənişlər tərəflər arasında mövcud olmuş digər borc öhdəliklərinə aiddir və icra qeydinə əsas olan borcun tam ödənilməsi ilə bağlı deyil. Bu halları nəzərə alaraq, iddiaçı tərəfindən icra qeydinə dair borcun mübahisəli olduğunu təsdiqləyən mötəbər sübutlar təqdim edilməmişdir və borcun icrasının ziddiyyətli izahatlar əsasında qiymətləndirilməsi nəticəsində icra qeydinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmək mümkündür Məhkəmə iddiaçının xəbərnamədəki imzanın ona məxsus olmaması barədə izahatını qiymətləndirərkən nəzərə alır ki, iddiaçı eyni zamanda icra şöbəsində verdiyi yazılı izahatındakı imzanın da ona aid olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müxtəlif dövlət orqanlarında təqdim etdiyi rəsmi izahatlardakı bütün imzaları ümumi şəkildə inkar etməsi onun mövqeyinin ardıcıl və inandırıcı olmasına şübhə yaradır və bu hal təkbaşına imza etirazının əsaslılığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin Şahid izahatını nəzərə alır. Şahid poçt göndərişlərinin iddiaçıya ünvanlandığını, məktubların ya birbaşa iddiaçıya, ya da onun həyat yoldaşına təqdim edildiyini bildirmişdir. Bu izahat iddiaçının bildirişlərdən ümumiyyətlə xəbərsiz olması barədə mövqeyini təkzib edir və icra qeydi aparılmadan əvvəl və sonra iddiaçının borc öhdəliyi barədə məlumatlı olduğunu göstərir. İş materiallarından, o cümlədən Kürdəmir rayon İcra və probasiya şöbəsinin məktublarından və iddiaçının icra məmuruna verdiyi izahatlardan görünür ki, iddiaçı icra sənədi üzrə icraatın mövcudluğundan xəbərdar olmuş, icra şöbəsinə dəvət edilmiş və borcun ödənilməməsini ödəmə imkanının olmaması ilə əsaslandırmışdır. Həmin izahatlarda iddiaçı icra sənədinin mövcudluğunu inkar etməmiş, yalnız öhdəliyin icrasından yayındığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı barəsində icra sənədinin icrasından yayınma ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati icraat aparılmış və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati tənbehə məruz qalmışdır. Qeyd olunan hal iddiaçının icra sənədi üzrə öhdəlikdən xəbərdar olduğunu və onun icrasından yayınma faktının məhkəmə aktı ilə təsdiq edildiyini göstərir. Yuxarıda göstərilən halların məcmu şəkildə qiymətləndirilməsi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən imzaların ona məxsus olmaması barədə irəli sürülmüş etirazlar icra sənədinin mövcudluğunu və hüquqi nəticələrini aradan qaldırmağa yönəlmiş müdafiə mövqeyi xarakteri daşıyır və icra sənədinin icrasından yayınma məqsədi güdür. Bunlardan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarına əsasən, notariusun apardığı icra qeydlərindən verilən şikayətlər mülki məhkəmə icraatı qaydasında, yəni ümumi məhkəmələrdə baxılmalı və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş icra qeydlərinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilmədiyi hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində göstərilmiş 10 günlük müddət tətbiq edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş iddia bu müddətin keçməsindən sonra verilmişdir. İcra qeydi qanun və prosedur qaydalarına uyğun aparılmış olduğundan, məhkəmə həmin iddianı təmin etməyə əsas görmür və rədd edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icra qeydinin ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar