Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-290/2025 10.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1235 manat məbləğində pulun və 33 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, təsərrüfat bazarı, 6-cı sıra, 6-cı korpusda yerləşən 94 nömrəli mağazada laminat almaq üçün yaxınlaşanda tanımışdır. Əvvəllər cavabdehi tanımamışdır. Cavabdehin işlədiyi mağazada laminat bəyənib seçən zaman cavabdeh ona bildirmişdir ki, həmin laminatdan hal-hazırda yoxdur bir həftə gözləməlidir, sifariş vermək lazımdır. Əgər istəsə ünvanına da göndərə bilər. Ancaq laminatın pulunu tam olaraq ödəməlidir. O da cavabdehlə razılaşmışdır. Cavabdehə laminata görə 1235 (bir min iki yüz otuz beş) manat məbləğində pul vermişdir. Lakin cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. O da məcburiyyət qarşısında cavabdehdən DİN-nin 102 xidmətinə müraciət edərək şikayətini bildirmişdir. 102 xidməti onun şikayətini Qaradağ rayon 10-cu Polis Bölməsinə yönəltmişdir. Polis Bölməsində cavabdeh ona 1235 manat borclu olduğunu etiraf etmişdir. Lakin hələ də borclu 1235 (bir min iki yüz otuz beş) manat məbləğində pulu müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Belə ki, cavabdeh hər dəfə müxtəlif bahanələr gətirərərək ona olan borcunu ödəməkdən yayınır, nə vaxtsa qaytaracağını bildirir, lakin qaytarmır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “materialın istintaq aidiyyati üzrə göndərilməsi haqqında” olan qərardan və Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciəti 10-cu PB-nin “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK-1-492 nömrəsi ilə qeydiyyata alınaraq icraata qəbul edilmişdir. Təhqiqat araşdırılması zamanı izahatı alınmış xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh İddiaçı laminat satmaq məqəsdilə pul aldığını etiraf etmiş və maddi sıxıntıları olduğu üçün hazırda pulu ödəyə bilmədiyini, qısa müddətdə pulu ödəyəcəyini bildirmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə laminat almaq üçün 1235 manat məbləğində pul verdiyini, cavabdehin həmin malları alıb ona göndərmədiyini və hazırda cavabdehin ona 1235 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında və materialın istintaq aidiyyati üzrə göndərilməsi haqqında qərarlardakı izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli “materialın istintaq aidiyyati üzrə göndərilməsi haqqında” və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda cavabdeh izahatında iddiaçıdan 1235 manat pul götürdüyünü etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan razılaşdırılmış material almaq üçün pul götürdüyünü etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan götürdüyü pulun dəyərində laminat almalı olduğu halda vədinə əməl etməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiyaçıya 1235 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 33 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı 1235 (min iki yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33 (otuz üç) manat məbləğində pul iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1235 (min iki yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33 (otuz üç) manat məbləğində pul iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-290/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-290/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver