Məhkəmə qərarları › İş №e-2(041)-313/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-313/2024

24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-313/2024 24.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra İddiaçı İB) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Yenikənd kəndində yaşayan Cavabdeh 4030.10 manat debitor borcun, iddia ərizəsi üçün ödənilmiş 60.30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair 2(041)-729/2024 nömrəli mülki işə baxılıb, yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırki iş üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmiş və baxılmağa təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-729/2024 saylı qətnaməsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 561.14 manat debitor borcun, iddia ərizəsi üçün ödənilmiş 60.30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı Ağsu Regional qaz İstismarı İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonenti Cavabdeh istifadə etdiyi təbii qaza görə 4030.10 manat məbləğində borcu yaranıb. Cavabdeh ilə Kürdəmir Xidmət sahəsi arasında bağlanmış müqaviləyə əsasən o, istifadə etdiyi təbii qazın dəyərini müqavilənin şərtlərinə əsasən bank və ya poçt vasitəsilə müvafiq hesaba ödəməli idi. Cavabdeh müqavilənin tələblərinə əməl etməyərək təbii qazdan istifadə nəticəsində yaranmış borcu ödəməmişdir. Həmçinin cavabdeh qaz xəttinə özbaşına qoşularaq əlavə xəttdən istifadə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olara göstərdi ki, Cavabdeh aktın etibarısz hesab edilməsi və cəriməni silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-729/2024 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, 3468.96 manat borc Cavabdeh hesabından silnməsi təmin edilmişdir. Lakin cavabdeh hazırda borclu olduğu 561.14 manat pulu iddiaçının hesabına ödəməkdən imtina edir. Hesab edir ki, həmin borc cavabdeh tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini 561.14 manat hissəsində qəbul edərək bildirdi ki, ona hesablanmış 3784.32 manat cərimə ilə razılaşmadığı üçün məhkəmədə iddia qaldırmış və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-729/2024 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş və 3468.96 manat borc onun hesabından silinmişdir. Qalan 561.14 manat debitor borcunu isə qısa müddətdə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; -İddiaçı İB-nin Ağsu Regional qaz istismarı idarəsi (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-729/2024 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh İddiaçı İB-nə qarşı akt əsasında hesablanmış 3784.32 manat cərimənin onun hesabından silinməsi barədə iddiası qismən təmin edilmiş və 3468.96 manat borc onun hesabından silinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı İB istehlakçı Cavabdeh arasında təbii qazın alqı-satısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını keyfiyyətli təbii qazla təmin etsə də, istehlakçı aldığı təbii qazın dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə təbii qazdan istifadə nəticəsində 561.14 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 561.14 manat borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 561.14 manat məbləğində təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60.30 manat məbləğində dövlət rüsumunun 30.0 manatı cavabdehə aid edilməli, qalan 30.30 manat iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 561.14 (beş yüz altmış bir manat 14 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.0 (otuz) manat tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Artıq ödənilmiş 30.30 (otuz manat 30 qəpik) dövlət rüsumu İddiaçı İB-nə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar