Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-350/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X21 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəbndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 28600 manat məbləğində pulun və 175 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, iddiaçı Vüsalə Svertsen aCavabdeh2la sosial şəbəkə vasitəsi ilə tanış olmuş, cavabdeh özünü rieltor kimi təqdim etmiş və iddiaçı Bakı şəhərində ev almaq üçün cavabdehə 45000 manat pul göndərmişdir. Cavabdeh iddiaçıya Bakı şəhərində 20-ci sahə deyilən yerdən mənzil almasına köməklik göstərmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə işlərini idarə etmək üçün 5 il müddətinə etibarnamə, xx.xx.2018-ci ild isə iddiaçıya məxss “Hyundai Tucson” markalı minik avtomobilini idarə etməyə dair Cavabdeh2 etibarnamə vermiş, cavabehin avtomobili satın yaxşısını almaq barədə təklifi ilə iddiaçı razılaşmışdır. Onlarda olan məlumata görə cavabdeh iddiaçıya məxsus avtiomobili 23500 manata satmışdır. İddiaçı özü Azərbaycana gələndən sonra əlavə olaraq cavabdehə 15000 manat pul verərək daha yaxşı avtomobil almasını tapşırmışdır. Bundan sonra Cavabdeh2 əmisi oğlu Cavabdeh1la torpaq alqısatqısı ilə məşğul olaraq, həmin torpaqda ev tikib daha baha qiymətə satdığını bildirərək, ucuz qiymətə torpaq aldıqlarını, orada ev tikmək üçün onlara iddiaçıya məxsus puldan borc olaraq götürüb istifadə etməyinə icazə istəmiş, iddaçı da razılaşmışdır. Cavabdeh2 iddiaçını inandırmaq məqsədi ilə Cavabdeh1 adından Cavabdeh2 200 kv.metr satmağa dair verdiyi xx.xx.2019-cu il tarixli etibarnamənin surətini göstərmişdir. İddiaçının pulları artıq Cavabdeh2 olduğu üçün aralarında münaqişə olmaması üçün o, da razılaşmaq məcburiyyətində qalmışdır. Bir müddət sonra cavabdeh pulu qaytmağı gecikdiyi üçün iddiaçı ona şikayət edəcəyini bildirəndən sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında ona verdiyi və Bakı şəhəri, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli,722 saylı sərəncamı ilə verilmiş torpaq sahəsini etibarnamə ilə iddiaçıya vermiş, bundan başqa Asif Məlikov iddiaçıya 38000 manat borc olmasına dair qəbz yazaraq 2022-ci ilin iyun ayına qədər həmin trpaq sahəsini sataraq iddiaçıya olan borcu tamamilə bağlayacağını bildirmiş, qəbzin surətini öz şəkili ilə birlikdə çəkərək iddiaçıya göndərmişdir. Həmin vaxta qədər Cavabdeh2 iddiaçıya 7500 manat borcu da olmuş, 2022-ci ilin may ayında Cavabdeh2 iddiaçıya olan borcundan 2400 manat, iyul ayında isə iddiaçıya vəd edilmiş torpaqı sattaraq onun pulundan 15000 manat qaytarmlşdır. İddiaçı dəfələrlə cavabdehlərdən pulun qaytarılmasını tələb etsə də, cavabdehlər pulu qaytarmamış və iddiaçı məhkəməyə müraciət etmək mcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddianı etiraf etmədi və izahatında göstərdi ki, iddia tələbi düzgün deyildir. Belə ki, onlar Vüsalıə ilə feysbukda tanış olmuş və Vüsalə ona ev almağı təkilf etmiş, o, da Vüsaləyə ev tapmışdır. Vüsaləyə iş görmək təklifi vermiş, auksionda dövlət təşkilatlarının maşınını ucuz alıb baha sataraq pul qazanmaq imkanını Vüsalıəyə demiş, Vüsalə ona əvvəl 15000 manat vermişdir. O, həmin pulu əmisi oğlu Asimə vermiş, Asim də auksiona qoymuşdur. Vüsalə sonra onun maşını olduğunu, həmin maşını da satımb pulunu biznesə qoymağı demiş, o da Hundai Tekson markalı maşəını 2000o manata satmıəş və Asimə vermişdir. Sonradan əmisi oğlu işdə problem olduğunu demiş, o, da Vüsaləyə demiş, Vüsalə də heç bir problem olmadığını demiş və gözləyəcəyini bildirmişdir. Bundan sonra auksion işdə bunlara kömək edən şəxs probelmin həlli üçün özünə məxsus avtomobili girov qoya biləcəyini demiş, lakin Vüsalə buna etiraz etmişdir. O, Vüsalədən əlavə olaraq 7500 manat da pul almış, həmin pulun 2400 manatını qaytarmış, qalan pulu isə Vüsalənin evinə avadanlıqlara xərcləmişdir. O, özü dənizdə işləyir və dənizdən gələndən sonra Vüsalə iki adamla onun yanına gələrək onu təhdid edib əmisi oğlu Asimgilə aparmış və təzyiq altında Asimə ərizə yazdırmşlar. Asim də təhdid atında olduğu üçün evi Vüsalənin adına rəsmiləşdirmiş, Vüsalə də evi 38000 manat sataraq pulu götümüşdür. Onun Vüsaləyə borcu yoxdur, Vüsalə əlavə faiz istəyir onlardan. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 Cavabdeh2la eyni məzmunda izahat verərək iddianı etiraf etmədi və əlavə olaraq göstərdi ki, iddia tələbi və ifadələr səhvdir. Pulu Kamran ona vermiş, o, da auksionda iştirak etmək üçün pulu Həsənov Seymur adlı şəxsə vermişdir. Seymur tutulduğu üçün onların auksionda maşın alveri alınmamış və Seymur pulun məbləğində özünə məxsus avtomobili verəcəyini bildirmiş, lakin Vüsalə etiraz etmiş, iki nəfər tanımadığı şəxs və Kamranla birlikdə onun yanına gələrək onu təhqiq edib ağ vərəqdə məcburi şəkildə borc barədə ərizə yazmışdır. Sonra o, şikayət edəcəyini bildirəndən sonra Vüsaləgil ərizənin əslini cıraraq onlardan şikayət etməməsini xahiş etmişlər. Bundan sonra Vüsaləgil etibarnamə əsasında verdiyi və Bakı şəhərində yerləşən evi sataraq pulu götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 müdafiə etdiyi şəxslərlə eyni məzmunda izahat verib iddia tələbini etiraf etmədi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, o, taksi şoferi Rəhim adlı şəxs vasitəsi ilə tanımış və ev almaq istədiyini Asimə bildirmiş, Asimlə görüşdükdən sonra bir nəfər şəxs vasitəsi ilə Vüsaləni tapmış, Vüsalə ona evi 40000 manat desə də, 38000 manata razılaşmışlar. O, evi almaq üçün 38000 manat pulu Asimə vermişdir. Pulu verəndə iddiaçı tərəfdən heç kimi görməmişdir. X4 məhkəmə iclasınd bildirdi ki, Vüsalə onun xalasıdır. xx.xx.2022-ci il tarixdə xalası Vüsalə ona zəng edərək onunla birlikdə notariusa getmək lzaım olduğunu demiş və onlar birlikdə notariusa getmişdir. Orada bir nəfər şəxs onlara yaxınlaşmış və xalası Vüsalə həmin şəxsin onun bütün işlərini görəcəyini demişdir. Onlar birlikdə bir neçə notariusa getsələr də, həmin notariuslarda işləri alınmamış və sonda 43 saylı notariusa getmişlər. Həmin şəxs 15.000 manat pulu sayıb ona vermiş və 100 manat rüsumun notariusa ödəniləcəyini demiş, qalan 23000 manatı da sonra verəcəyini demişdir. O, həmin anları telefonla video çəkilişlə qeydə almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh1 trəfindən sadə formada yazılmış qəbzdən görünür ki, o, 2019-cu ilin noyabr ayında X5 38000 manat borc almış və auksiona qoymuş və müəyyən səbəblərdən pulu qaytara bilməmiş, 2022-ci ilin iyun ayınadək qaytara bilməyəciyi təqdirdə özünə aid olan yaşayış mülkünü Vüsalənin razılığı ilə satışa qoyub borcunu qaytaracağını göstərmişdir. İşdə olan Bakı şəhəri,02 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X1 Kamran Qiyas oğluna onun bütün dövlət və qeyri dövlət orqanlarında,idarə,müəsissə və təşkilatlarda Azərbaycan Respubliası Dövlət Miqrasiya Xidmətində təmsil etməyi,lazimi sənədləri və əşyaları təqdim edib,almaı,aldığlına dair imza etməyi,bütün banklarda onun adına olan hesablar üzərində sərəncam verməyi, yeni hesablar açmağı,o cümlədən bütün bank əməliyyatları (mədaxil, məxaric, köçürmə),adından ərizə yazmağı,müqavilərlə imzalamağı, adından ödənişlər etməyi, ona çatası pulu almağı və bununla əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İşdə olan Bakı şəhəri, 02 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 özünə məxsus “Hyundai Tucson” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili 8 il 7 ay 20 gün müddətində idarə etmək üçün vermişdir. İşdə olan Bakı şəhəri, 35 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AR-İ 897583 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 onun faktiki istifaəsində olan torpaq sahəsi üzərində tikdiyi Bakı şəhəri, Sabunçu ryonu, Balaxanı qəsəbəsi,H.Əliyev küçəsi,ünvaı ərazisndə yerləşən evini və həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamaqğı,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə təqdim etməyi,bununla bağlı adından ərizə verməyi,mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı,həmin torpaq və yaşayış sahoəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 200 kv.metr hissəsini satmağı,alqı-satqı müqaviləsi imzalamağı,müqavilə üzrə məbləği müəyyən etməyi,ona çatası pulu almağı,məbləğ depozit hesabı vasitəsi ilə ödənildikdə onu bankada təmsil etməyi,əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi etibar etmişdir. İşdə olan Bakı şəhəri, 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Asim Ağamalı oğlu və X6 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi xx.xx.2006-cı il tarixli, 772 saylı sərəncama əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi bələdiyyəsi ərazisində yerləşən 200 kv.metr torpaq sahəsi və üzərində t tikilini özəlləşdirməyi.kadastr planı,sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi,bank əməliyyatlarını aparmağı,reystr çıxarışı almağı,tikinti işlərini aparmağı,məkəmədə iştirak etmək,notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək,bu barədə müqaviləni imzalaması,rüsum ödənilməsi,pulu almağı və tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətəri etməyi etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 106.3-ci maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh2 ona iddiaçı tərəfindən 15.000, 7500, 20.000 manat pul verdiyini məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Bu faktların onun tərəfindən etiraf edilməsi MPM-nin 106.3-cü maddəsinə əsasən, iddiaçını bu faktların sübut etmə vəzifəsindən azad edir. Həmçinin, Cavabdeh2 qeyd olunan pul vəsaitindən 38.000 manat nəgd olaraq iddiaçıya qaytardını, 5100 manat pulun isə iddiaçıya məxsus evə mebel və digər avadanlıq aldığını bildirmiş, bunu sübut etmək üçün mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid Ə.Fərrəcov 38.000 manata ev aldığını bildirsə də, bununla əlaqədar hər hansı sübut olmadığını, aldığı evin sənədlərinin olmadığını, eləcə də pulun iddiaçıya verildiyini təsdiq edən hər hansı sübutun olmadığını bildirdi. Eləcə də, iddiaçı tərəfindən dindirilən şahid Z.Xammədbəyli həmin vaxt 15.000 manat pulun iddiaçıya verildiyini bildirdi. Odur ki, şahid Ə.Fərəcovun ifadəsi cavabdeh tərəfindən 38.000 manat pulun iddiaçıya ödənilməsini təsdiq edəcək mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı cavabdeh tərəfindən ona 2400 manat və 15.000 manat pulun qaytarılmasını bildirdiyinə görə, MPM-nin 106.3-cü maddəsinə əsasən cavabdeh bu faktın sübut etmə vəzifəsindən azad edilir. Odur ki, məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh2 ayrı -ayrı vaxtlarda iddiaçının 15.000, 7500, 20.000 manat pul vəsaitini ələ keçirmiş, həmin puldan 2400 manat və 15.000 manat hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmayaraq əsassız olaraq varlanmışdır. Odur ki, iddiaçı Cavabdeh2 qeyd olunan 25.100 manat pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddiasını əsassız hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən Cavabdeh1 hər hansı pul vəsaitinin verilmədiyi, iddiaçı ilə danışıqların Cavabdeh2la aparıldığı, pul vəsaitinin Cavabdeh2 verildiyi işin mübahisələndirilməyən halları ilə müəyyən edildi. Ona görə də, məhkəmə iddia tələbinin Cavabdeh1 pul tələbi hissəsində təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 əsassız varlanmaya görə 25.100 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 175 manat dövlət rüsumu ödəmişdir. İşdə olan MPAY ödəniş terminalından əldə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X12 şəhər Vəkil Bürosuna Nümayəndə adına 300 manat ödəniş etmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edildiyi hissədə cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsassız varlanmaya görə 25.100 (iyirmi beş min bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edildiyi hissədə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 250 manat məbləğində pul Cavabdeh2 alınıb İddiaçı verilsin. Məhkəmə məsrəfi qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(041)-350/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-350/2025
09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver