Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-393/2025 06.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 15 sentyabr 1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında bildirdi ki, mərhum X3 onun qardaşıdır. Möhlət xx.xx.1960-ci ildə doğulmuş, xx.xx.1991-ci ildə vəfat etmiş və Kürdəmir rayon Şahsevən qəbirstanlıqda dəfn etmişlər. Qardaşı Möhlətin ölümü haqqında heç bir sənəd almamışlar. Daha sonra Qeydiyyat və rayon xəstəxanasına müraciət etsələr də onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün onlar bu gün vərəsəliklə bağlı evin sanədini qeydiyattdan keçirə və heç bir əməliyyat apara bilmirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı onun yaxın qohumudur. Möhlət 1960-ci ilin iyun ayında anadan olub, 1991-ci ildə ölmüşdür. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, xx.xx.1970-ci ildə Kürdəmir rayonunda anadan olub. Möhlət onun əmisidir, onun 21 yaşı olanda Möhlət vəfat edib və onun dəfnində şəxsən iştirak etmişdir. Möhlət Kürdəmir rayonunun Topalhəsənli kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş A3 №383672 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X3 xx.xx.1960-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-165/8-10-4xx-xx/2024 nömrəli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, X2 xx.xx.1991-ci ildə vəfat etməsi və Kürəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəfn olunmasını şahidlər təsdiq etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi İddiaçı qardaşı-xx.xx.1960-ci ildə anadan olmuş X3 xx.xx.1991-ci ildə ölmüş, Kürdəmir rayon Topalhəsənli kənd qəbristanlığında dəfn edilmişlər. X1 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə bağlı sənədləşmə işləri apara bilmir. X2 xx.xx.1991-ci ildə ölməsi və onun Kürdəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1960-ci ildə anadan olmuş X2 xx.xx.1991-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 165/8-10-4xx-xx/2024 nömrəli məktubunda X2 ölüm haqqında akt qeydinin Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1960-ci ildə anadan olmuş X2 xx.xx.1991-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı ildə anadan olmuş X2 xx.xx.1991-ci ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-ci ildə anadan olmuş X2 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-393/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-393/2025
06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver