Məhkəmə qərarları › İş №e-2(041)-44/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-44/2024

01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-44/2024 01.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 100.000 manat məbləğində borcun, mənəvi ziyana görə 5000 manat, vəkil üçün çəkilmiş xərcə görə 450 manat və dövlət rüsumuna görə 330 manat cəmi 105.750 manat cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehin barəsində ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən 20.000 manat iddiaçıya ödədiyini və iddiaçının mənəvi ziyana görə tələb etdiyi 5000 manatdan imtina etdiyini bildirib, bu barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1216/2023 nömrəli qiyabi qətnaməsinə əsasən Cavabdeh 80.000 manat məbləğində əsas borc, vəkil üçün çəkilmiş xərcə görə 450 manat və 330 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1216/2023 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əsasən qeyd edilən qiyabi qətnamə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1216/2023 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edlərək göstərmişdir ki, vurulmuş maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 5000 manat, vəkil üçün çəkilmiş xərcə görə 450 manat və ödənilmiş dövlət rüsumuna görə 330 manat, cəmi 105.750 manat məbləğində pul vəsaitini Cavabdeh tutub ona ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. Lakin Cavabdeh məhkəmədə cinayət işinə baxılan zaman ona 20.000 manat ödəmişdir. Ona görə də iddia tələbini azaldaraq 85.750 manat məbləğində pul vəsaitini Cavabdeh tutub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ondan 100.000 manat pul alaraq oğlu Nurşən Namazovu Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına müavin kimi qəbul etdirəcəyini vəd etmişdir. Cavabdeh həmin pulun 30.000 manatını 2012-ci ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrarayon 20 yanvar küçəsi ev 3, mənzil 7-də almış, digər 70.000 manat pul vəsaitini 2012-ci ilin avqust ayında Mir Cəlal küçəsində yerləşən «Tərlan» şadlıq sarayının qarşısında ondan almışdır. Bundan sonra iddiaçı Azərin davamlı olaraq yalan vədlər verməklə onu altatdığını hiss etdikdə pulunu geri istəmiş və yenə də pulu verməmək üçün davamlı yalan vədlərlə pulu ona verməkdən boyun qaçırmışdır. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinərək 8 il 7 ay 5 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan müddətdə Cavabdeh ona borclu olduğu puldan 20.000 manat ödəmiş, qalan pulu isə bu günə kimi ödəməmişdir. Ona görə də Cavabdeh 85.750 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə teleqram göndərib xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıdan 20.000 manat məbləğində pul almış və həmin məbləğdə pulu barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən iddiaçıya ödəmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Törətdiyi cinayət hadisəsinə görə cəzasını çəkib qurtarmışdır. İddiaçı ona qarşı pul tələbinə dair iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqinə dair ərizəni poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Ona görə də İddiaçı ona qarşı Kürdəmir rayon Məhkəməsində irəli sürdüyü mülki iddia tələbinə iddia müddəti tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-888/15 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, onun ibtidai istintaq samanı həbsdə saxlanıldığı və ev dustaqlığında qaldığı cəmi 4 ay 25 gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti 08 il 07 ay 05 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmışdır. Həmin hökmün 7-ci səhifəsinin 8-ci abzasında “Cinayət işində olan İddiaçı tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli qəbzdən müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh onun etibarından istifadə edib aldatma yolu ilə ondan aldığı 100.000 manat puldan 20.000 manatını anası X3 ona qaytarmışdır” qeyd edilmişdir. Həmin hökmün hökm etdi hissəsinin 6-cı abzasında “İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılan İddiaçı 100000 manat pulu 2012-ci ilin iyul ayının 25-də alması, bu pulu 2014-cü ilin avqust ayında qaytaracağına dair 15 noyabr 2013-cü il tarixli iltizam cinayət işində saxlanılsın” qeyd edilmişdir. Həmin hökmün hökm etdi hissəsinin 7-ci abzasında “Zərərçəkmiş şəxs İddiaçı mülkimühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın” qeyd edilmişdir. Cavabdeh tərəfindən Kürdəmir rayon məhkəməsinə ünvanlanmış və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuş və iş materiallarına əlavə edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Cavabdeh İddiaçı ona qarşı Kürdəmir rayon məhkəməsində irəli sürdüyü mülki iddia tələbinə iddia müddəti tətbiq edilməklə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı onun oğlu Nurşən Namazovu Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına müavin kimi qəbul etdirəcəyini vəd ederək 2012-ci ilin iyun ayında ondan birinci dəfə 30.000 manat, ikinci dəfə isə 2012-ci ilin avqust ayında 70.000 manat olmaqla, cəmi 100.000 manat pul almışdır. Cavabdeh iddia tələbini qəbul etməsə də, onun İddiaçı oğlunu Polis Akademiyasına işə düzəltmək üçün ondan dələduzluq yolu ilə 100.000 manat məbləğində pul alması sübut olunmuş və cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli, 1(101)-888/15 nömrəli hökmü ilə qəti olaraq 08 il 07 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxs olan İddiaçı mülki-mühakimə icraat qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Lakin İddiaçı Cavabdeh oğlunu işə düzəltmək məqsədi ilə 100.000 manat məbləğində pulu 2012-ci ildə verdiyi halda, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-888/15 nömrəli hökmündə ona mülki-mühakimə icraat qaydasında mülki iddia vermək hüququnun izah ediməsinə baxmayaraq o, cavabdehlə aralarında mülki hüquq münasibətlərinin yaranmasından xeyli müddət keçəndən sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərkən qanunvericiliyin tələbinə görə iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı Kürdəmir rayon məhkəməsində irəli sürdüyü mülki iddia tələbinə iddia müddəti tətbiq edilməklə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasənda tətbiq edilir. Mübahisə tərəfinin tətbiq barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/15 nömrəli hökmünün hökm etdi hissəsinin 6-cı abzasında “İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılan İddiaçı 100000 manat pulu 2012-ci ilin iyul ayının 25-də alması, bu pulu 2014-cü ilin avqust ayında qaytaracağına dair 15 noyabr 2013-cü il tarixli iltizam cinayət işində saxlanılsın” qeyd edilmiş, həmçinin iddiaçı özü də iddia ərizəsində 100.000 manat məbləğində pulu 2012-ci ildə verdiyini göstərmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı aldığı 100.000 manat məbləğində pulu 2014-cü ilin avqust ayında qaytaracağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanr. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbin irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Qeyd edilən maddi hüquq normalarının müqaisəli təhlili hazırki işin hallarına tətbiq edilərsə müəyyən edilir ki, Cavabdeh İddiaçı aldığı 100.000 manat məbləğində pulu 2014cü ilin avqust ayında qaytaracağı barədə öhdəlik götürərək bu barədə iltizam vermiş, iddiaçı isə cavabdehin pulu ona qaytaracağı vaxtla razılaşmış və cavabdeh tərəfindən pulun qaytarılmasına dair müəyyənləşdirilmiş vaxta dair iltizam cavabdehin barəsində olan cinayət işinin materiallarına əlavə edilmişdir. Pulun qaytarılması ilə bağlı müəyyənləşdirilmiş vaxt 2014-cü ilin avqust ayında bitdikdən sonra həmin vaxtdan da iddiaçı hüququnun pozulduğunu bilmiş, lakin məhkəməyə hazırki iddia tələbi ilə hüququnun pozulduğunu bildiyi vaxtdan 7 il 10 aydan sonra xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürməsı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar