Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-779/2024 11.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ 9397 (doqquz min üç yüz doxsan yeddi) manat və ödənilmiş 117 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər uzun illərdir ki, biri-birlərini tanıyır, mehriban münasibətləri olmuşdur. Cavabdeh usta olaraq ev təmiri işləri ilə məşğul olduğundan iddiaçı onun bu xidmətlərindən istifadə edib və aralarında etibar yaranmışdır. Hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilini təmir etdirmək barədə xx.xx.2022-ci il tarixdə cavabdeh ilə danışıb razılaşmışlar. Razılaşmalarına görə Söhrab 15500 manat müqabilində 2023-cü ilin mart ayının sonuna kimi mənzili tam təmir edib başa çatdırmalı idi. Bu razılaşmadan sonra Söhrab mənzilin təmirinə başlamış, təmir işlərinə başladığı vaxtdan sonra, aralarındaki etibardan istifadə edərək, ailə vəziyyəti ilə bağlı pula ehtiyacı olduğunu bildirib, təmirə görə ona verməli olduğu pulun hesabından hissə-hissə olmaqla ondan ümumilikdə 15500 manat pul almışdır. İddiaçı cavabdehə inandığından həmin pulu hissə-hissə ona vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdehlə danışıqlar apararaq, təmiri yekunlaşdırmamasının səbəbləri ilə maraqlanmışdır. O isə təmirə görə razılaşdığı məbləği 20000 manata qaldırmağı xahiş etmişdir. İddiaçı bununla razılaşıb. İddiaçı cavabdehə əlavə olaraq 3000 manat pul vermişdir. O da pulu qəbul edib xx.xx.2023-cü il tarixə kimi təmiri yekunlaşdıracağını vəd vermişdir. Lakin Cavabdeh yenə də vədinə əməl etmədi və razılaşdığı təmirin təxminən 20% hissəsini yerinə yetirmiş, yəni cəmi 1 otağını təmir etmiş, qalan hissəsini isə yerinə yetirməmişdir. Dəfələrlə onunla söhbət edərək aralarındakı razılaşmaya əməl etməsini və təmiri başa çatdırmasını xahiş etsə də, o, yenə də vədinə əməl etməmişdir. Söhrab onun etibarından sui-istifadə edərək onu aldatdığına, mənzilin təmirinə görə razılaşdığı məbləğdən də artıq, yəni ümumilikdə 18.500 manat pul almasına baxmayaraq, təmirin yalnız 20% hissəsini yerinə yetirməsinə, qalan hissəsini isə yerinə yetirməyərək ona maddi ziyan vurduğuna görə onun barəsində qanuni tədbir görülməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin baş təhqiqatçısı Asif Qubadov tərəfindən araşdırma aparılmış və 06 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda və ona ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh qarşı tələbləri mülki xarakterlidir və bununla bağlı mülki qaydada məhkəməyə müraciət eməlidir. Eyni zamanda, həmin qərarla tanış olduqda aydın olur ki, aparılan araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, aralarındaki razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda ona məxsus 4 otaqlı mənzildə təmir işlərinə başlamış, həmin təmir işlərinə və söküntülərin daşınmasına görə ilk olaraq 15000 manat alacağı barədə onunla razılaşmış, təmir işləri aparılarkən qonşulardan və yağışdan mənzillərə su axdığına görə əlavə işlər yaranmiş, bu səbəbdən işlərində ləngimələr olmuş, həmçinin, aralarındakı razılaşmadan sonra əlavə işlərə görə xərclər yaranmış, təmirin təxminən 70 %-ni icra etmiş, təmir işlərinin aparıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hündürlüyü 4.20 metr olan 55 kv.metr otaği təmir edib təhvil vermişdir. Ailə vəziyyətilə əlaqədar ondan xx.xx.2023-cü il tarixədək 15 gün icazə almış, lakin həmin müddətin tamamında ailə problemlərini həll edə bilmədiyinə görə ondan xx.xx.2024-cü il tarixədək icazə verməsini xahiş edərək, təmir işlərini təhvil verəcəyinə inandırması üçün alətlərini orada saxlayıb, lazım olarsa, dərhal qayidacağını bildirmiş, konkret olaraq mənzildə təmir işlərinə görə ondan 18500 manat almışdır. Bundan sonra o, mənzilində görülmüş təmir işlərinin dəyərinin müəyyənləşdirilməs üçün Azərbaycan Respublikası “X2 müraciət etmişdir. X3 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 04 saylı qiymətləndirmə rəyində göstərilmişdir: - Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait 9102.90 manat (doqquz min bir yüz iki manat 90 qəpik) müəyyən edilir. Göründüyü kimi, cavabdeh ilə aralarındaki razılaşmaya əsasən o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda ona məxsus 4 otaqlı mənzili tam təmir etməli, bunun müqabilində iddiaçı cavabdehlə razılaşmalırana görə 15500 manat pul verməli idi. iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, yəni ona ilk əvvəl hissə-hissə olmaqla ümumilikdə 15500 manat, sonradan cavabdeh həmin məbləği artırmağı xahiş etdiyindən iddiaçı ona əlavə olaraq 3000 manat pul vermişdir. Yəni ümumilikdə iddiaçı təmir işlərinə görə cavabdehə 18500 manat pul vermişdir. Cavabdeh isə öz öhdəliklərini icra etməmiş, cəmi təxminən 9103 manatlıq təmir işləri görmüş, sonradan işi yarımçıq qoymuş və davam etdirməmiş, bununla da ona 9397 (doqquz min üç yüz doxsan yeddi) maddi ziyan vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə yaxın əlaqələri olub. Belə ki, iddiaçının oğlu ilə münasibətləri yaxşı olduğu üçün əlaqələri daha da genişlənmişdir. İddiaçı onun evinin təmir olunmasını xahiş etmiş, təmir üçün onunla razılşamışdır. O, iddiaçının evinə baxış keçirmiş və ümumilikdə həmin evin təmiri üçün 30000 manat lazım olduğunu bildirmişdir. Lakin iddiaçı onunla razılaşmamış və həmin işlərə görə 15000 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı ilə razılaşmış və təmir işlərinə başlamışdır. İddiaçı hər dəfə evə baxış keçirəndə təmirdən əlavə işlərin olduğunu bildirmişdir. O, da əlavə işçi qrupuna ehtiyac olduğu üçün işlərə əlavə işçi qrupu cəlb etmişdir. Bundan sonra iddiaçı ilə razılaşaraq təmir xərclərini 20000 manata qaldırmışlar. İddiaçının evində 20000 manat təmir işləri görmüş, lakin iddiaçı ona 18500 manat pul vermişdir. İddiaçının onu aldatdığını görmüş, ona görə də təmir işlərini dayandırmışdır. Hətta təmir işləri üçün özünə məxsus avadanlıqları da onun evində saxlamışdır. O, iddiaçıya verdiyi öhdəliyi yerinə yetirdiyi üçün iddiaçıya heç bir borcu qalmamış, əksinə iddiaçı ona olan vədini yerinə yetirməmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası “X1 30 yanvar 2024-cü il tarixli, 04 saylı qiymətləndirmə rəyində göstərilmişdir: -Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait 9102.90 manat (doqquz min bir yüz iki manat 90 qəpik) müəyyən edilir. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilini təmir etdirmək barədə xx.xx.2022-ci il tarixdə cavabdeh ilə danışıb razılaşmışlar.Tərəflər təmir xərci olaraq 15000 manata razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən cavabdeh evi təmir etməli, iddiaçı isə təmir müqavilində cavabdehə 15000 manat pul verməli idi. Daha sonra iddiaçı evin təmirini genişləndirmiş, cavabdeh isə əlavə təmirlə birlikdə ümümilikdə 20000 manat pul tələb etmiş, iddiaçı isə cavabdehə 18500 manat pul vermiş, lakin cavabdeh aldığı pula uyğun təmir işlərini görməmiş, iddiaçının evini tam təmir etməmişdir. İddiaçı iddia tələbində cavabdehin ona vurduğu 9397 manat ziyanı tələb edir. İddiasının əsası kimi isə X1 rəyinə istinad etmişdir. Göründüyü kimi tərəflər arasında şifahi qaydada podrat müqaviləsi bağlanıldığı üçün mübahisə podrat müqaviləsindən irəli gələn hüquqi tənzimləməyə dair normalar əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki iş üzrə iddiaçı sifarişçi, cavabdeh isə podratçı funksiyalarını daşımaqla, sifarişçi üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi səviyyədə icra etdiyi halda, podratçı görməli olduğu işin müzdunu qabaqcadan aldığı halda, göstərilən müddətdə görməli olduğu işi təhvil verməmiş, əsassız səbəblər göstərməklə sifarişçiyə vurduğu zərəri aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas məbləğ 9397 (doqquz min üç yüz doxsan yeddi) manat alınaraq İddiaçı verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-i maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş 117 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh əsas məbləğ 9397 (doqquz min üç yüz doxsan yeddi) manat və ödənilmiş 117 (yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: X.X.İMANOV