Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-784/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Əsədov Elnur Fərhad oğluna qarşı ölkə hüdudlarından kənara getməyə icazə verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2012-ci il tarixdə anadan olmuş X8 oğlunun 18 yaşına çatanadək atası Əsədov Elnur Fərhad oğlunun razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti getməsinə və qayıtmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X5 ilə aralarında olan nikahı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(008)-297/2017-ci il nömrəli qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahından 11 avqust 2012-ci il tarixdə anadan olmuş X8 oğlunun 18 yaşına çatanadek cavabdehin, yəni atası Əsədov Elnur Fərhad oğlunun razılığı tələb edilmədən ölkə hüdudlarından kənara getməsinə-gəlməsinə icazə verilməsi üçün qətnamə çıxarılmasını istəyir. Ona görə ki, oğlu X8 oğlu idmanın cüdo növü ilə məşğul olur. Oğlunun cüdo idman yarışlarında əldə etdiyi qələblər səbəbindən dəflələrlə orden və mükafatlara layiq görülmüşdür. Bu qələbələr səbəbindən Azərbaycan Respublikasının hüdudlarından kənar respublikalarda azyaşlıları üçün keçirilən beynəlxalq yarışlarda qonşu xarici ölkələrə getmək və həmin yarışlarda respublikanı təmisil etmək zərurəti yaranmışdır. Həmin yarışlar müxtəlif vaxtlarda keçirildiyindən hər dəfə rəsmi nikahları pozulmuş və ayrı-ayrı ünvanlarda yaşayan valideyinlərindən olan atası Əsədov Elnurdan rəsmi razılığ almaq tələb olunur. X12 isə hər dəfə oğlunun respublika xaricinə getməsinə müxtəlif bəhanələrlə razılıq verməkdən yayınmış və həmin yayınma sözlə yox, hərəkətlərdə ifadə olunmuşdur. Yəni razılıq vermək üçün notariusa getməyə söz vermiş, lakin müəyyən olunmuş vaxtda gəlməmiş ,sonradan telefonuna zəng çatmamış və sairə üsullarla yayınışdır. Əsədov Elnur Fərhad oğlu 2004cü il tarixdə məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hal-hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Ondan oğlu Hikmətin Respublika hüdudlarından kənarda keçririləcək beynəlxalq cüdo yarışlarında iştirak etmək üçün razılıqı almaq üçün xx.xx.2025-ci il tarixdə o, oğlu Hikmət, atası İlqar və anası ilə birlikdə 13 saylı CÇM-nə getmiş, orada qeydiyyat şöbəsində olmuş və məsələni mahiyyəti ilə şöbə rəisinə Əsədov Elnurun razılığının alınmasına köməklik edilməsini xahiş etmiş, lakin bir müddət sonra Əsədov Elnur Fərhad oğlu qeydiyyat şöbəsinin işçiləri vasitəsi ilə onlara xəbər göndərərək heç bir razılıq verməyəcəyini bildirmişdir. X6 cüdo yarışlarında Azərbaycan Respublikasını təmsil edən şəxsdir. Dəflələrlə cüdo idman növündə yüksək nailəyyətlər əldə edərək mükafatlar qazanıb. Hesab edir ki, oğlunun atası Əsədov Elnur Fərhad oğlunun birgə nikahdan doğulmuş oğlu Hikmətin anası olaraq ona olan nifrəti və qəzəbi oğlu Hikmətin respublika hüdudlarından kənardan beynəlxalq cüdo yarışlarından qalmaq və həmin yarışlardan iştirak etmək hüquqlarından məhrum edə bilməz. Ona görə də, hesab edir ki, oğlu X8 oğlunun yetkinlik yaşına çatanadək respublika hüdudlarından kənar onun atası X2 icazəsi olmadan çıxarılmasına icazə verilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məktubla iddia ərizəsinin surəti cavabdehin cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdeh iddiaya dair etirazını və ya münasibətini məhkəməyə göndərməmişdir. İş materiallar ına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ № 939602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 oğlu xx.xx.2012-ci il tarixdə doğulmuş, atası Əsədov Elnur Fərhad oğlu, anası X3r. - AZ-İ № 263787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri Sabunçu rayob Qeydiyyat şöbəsində Əsədov Elnur Fərhad oğlu ilə X1 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 iyul 2017-ci il tarixdə 281 nömrəsi ilə qeyd edilmişdir. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-323/2024 saylı hökmündən görünür ki, Əsədov Elnur Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, Əsədov Elnur Fərhad oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)- 323/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hal-hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Karate Federasiyasının Ken Yu Kai klubunun xx.xx.2025-ci il tarixli arayışında İdman Kompleksinin üzvü X8 oğlunun kompleksin digər gənc idmançıları kimi idmanın cüdo növü üzrə Respublika hüdudlarından kənarda ilin müxtəlif vaxtlarında keçirilən idman yarışlarında iştirak etmək üçün xarici ölkələrə getmək və respublikamızı təmsil etmək zərurəti yaranmışdır. Həmin idman yarışlarında bir neçə dəfə X8 oğlunun iştirakı atası Əsədov Elnur Fərhad oğlu tərəfindən rəsmi icaz verilmədiyi üçün mümkün olmamış və həmin səbəbdən idmançı respublikamızı xarici ölkələrdə keçirilmiş idman yarışlarında təmsil edə bilməmişdir. Gənc cüdoçu X8 oğlu digər fəal idmançılar kimi bundan sonrakı müddətlərdə də, ilin müxtəlif vaxtlarında yaxın və uzaq xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan idman yarışlarında iştirak etmələri nəzərə tutulması qeyd edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(041)-585/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Əsədov Elnur Fərhad oğluna qarşı ölkə hüdudlarından kənara getməyə icazə verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X8 oğlunun 10 yaşına çatanadək atası Əsədov Elnur Fərhad oğlunun razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilmişdir. İş materiallarına eyni zamanda, mediasiya arayışı, X8 oğlunun cudo yarışlarında qazandığı medallarla foto şəkilləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Hazırki iş üzrə uşağın ölkədən getməsinə əsas səbəb kimi digər gənc idmançılar kimi idmanın cüdo növü üzrə Respublika hüdudlarından kənarda ilin müxtəlif vaxtlarında keçirilən idman yarışlarında iştirak etmək üçün xarici ölkələrə getmək və respublikamızı təmsil etmək zərurəti göstərilmişdir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarının 1.7-ci bəndinə əsasən məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Qərarın 7.17-ci bəndinə əsasən uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Qərarın 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterində və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirdər görmək hüququna malik ola bilməz. Hazırki iş üzrə cavabdeh-uşağın atası Əsədov Elnur Fərhad oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-323/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hal-hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Uşağın idman yarışlarında iştirakını məhdudlaşdıran heç bir səbəb göstərmədən, onun respublikadan kənar yarışlarda iştirakına icazə verməməsi ilk növbədə uşağın mənafelərini pozan hərəkət kimi qiymətləndirilməlidir. Halbuki, işdə olan sənədlərdən görünür ki, X8 oğlu idmanın cüdo növü üzrə Respublika hüdudlarından kənarda ilin müxtəlif vaxtlarında keçirilən idman yarışlarında iştirak etmək üçün xarici ölkələrə getmək və respublikamızı təmsil etmək imkanları olmuş, lakin ölkədən getməsinə atasının icazəsi olmadığından bu yarışlarda iştirak edə bilməmişdir. Məhkəmə uşağın yaşını, cüdo idman növündə qazandığı nailiyyətlərini beynəlxalq yarışlarda davam etdirilməsini və bununla bağlı mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, atasının razılığı olmadan anası ilə və ya təmsil etdiyi komandanın tərkibində ölkədən çıxışına icazə verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, atası Əsədov Elnur Fərhad oğlunun razılığı olmadan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 oğluna anası İddiaçı ilə birlikdə üzrlü səbəblər olmaqla (idman yarışları, tibb müəssisələrində müayinə və ya müalicə olunması və sair) müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmədiyinə görə, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməılidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (uşağın atası) Əsədov Elnur Fərhad oğlunun razılığı olmadan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 oğluna anası İddiaçı ilə birlikdə üzrlü səbəblər olmaqla (idman yarışları, tibb müəssisələrində müayinə və ya müalicə olunması və sair) müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-784/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-784/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver