Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-833/2024 16.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətin nümayəndəsi X6 iştirakı ilə İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASCnin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 901,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh Kürdəmir rayonu H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq, əmlakın dəyərinin qalıq hissəsini hər ay hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndində daşınmaz əmlakın satış qiyməti 21.800 manat müəyyən olunub. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə "xxxx" KB ASC-dən 901,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin 5-ci bəndinə əsasən pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən cavabdeh alqı-savtqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil vekrilməlidir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılaraq, Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hal-hazırda Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdli yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Ona görə də iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 901,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh Kürdəmir rayonu H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC-nin adından X1 şəhəri, Həzi Aslanov küçəsi 7 ünvanında yerləşən ümumi sahəsi 104 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə "xxxx" KB ASC-nə məxsus hissəsində və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,0485 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə "xxxx" KB ASC-nə məxsus hissəsindən əmlakın qalıq hissəsini hər ay hissə-hissə ödəniş şərtilə Cavabdeh satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ödəməli olduğu 21.800 manat məbləğində satış qiymətinin 6.200 manatdan ibarət hissəsini ilkin olaraq notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, yerdə qalan 15.600 manatın bərabər hissələrlə 60 ay ərzində aylıq 260 manat ödənilməsi barədə də "xxxx" KB ASC ilə razılığa gəlmişlər. Həmin müqavilənin 4c bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 228ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə satıcı "xxxx" KB ASC adından X3 901,25 manat, ümumilikdə cəmi 901,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,0485 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,0 kv/m olan fərdi yaşayış evi yerləşən "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə və "xxxx" KB ASC tərəfindən ünvan 4 ünvanında yaşayan Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən öhdəliyinin olması bildirilərək həmin müqavilənin 5-ci bəndinə əsasən 15.600 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona öhdəliyi yerinə yetirmək üçün 5 təqvim günü vaxt verilmiş, əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq, əmlakın dəyərinin qalıq hissəsini hər ay hissəhissə ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndində daşınmaz əmlakın satış qiyməti 21.800 manat müəyyən olunub. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə "xxxx" KB ASC-dən 901,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin 5-ci bəndinə əsasən pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən cavabdeh alqı-savtqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil vekrilməlidir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılaraq, Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hal-hazırda Kürdəmir rayonu, H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdli yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC-nin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,0485 ha olan torpaq sahəsi və üzərində olan ümumi sahəsi 104 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin 21.800 manat məbləğində satış qiymətinin 6.200 manatını notariusun depozit hesabı vasitəsilə ödəməklə, qalan 15.600 manatını bərabər hissələrlə 60 ay ərzində aylıq 260 manat ödəməsi barədə "xxxx" KB ASC qarşısında öhdəlik götürsədə öhdəliyinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 567-ci madldəsinin tələbinə görə alqı-satqı müqaviləsinə göörə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edimb əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən ünvan 4 ünvanında yaşayan Cavabdeh ilə "xxxx" KB ASC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin müqavilənin 5-ci bəndinə əsasən 15.600 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona öhdəliyi yerinə yetirmək üçün 5 təqvim günü vaxt verilmiş, əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilsə də, cavabdeh qalıq məbləği "xxxx" KB ASC-nə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 901,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, Cavabdeh Kürdəmir rayonu H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.
1. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin.
2. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASCyə vurulmuş zərərə görə 901,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulsun.
3. Cavabdeh Kürdəmir rayonu H.Aslanov küçəsində 0,0485 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 104,0 kvm olan 7 saylı fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Müseyib Bayramov