Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-956/2024 11.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12.500 manat, mənəvi zərərə görə 5000 manat, məhkəməyə onun tərəfindən ödənilmiş 127,50 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2022-ci ilin may ayında Sumqayıt şəhərində Kürdəmir rayon sakini Cavabdeh2 ilə avtomaşın təmiri sexində Kürdəmir şəhərindən Cavabdeh1 məxsus olan ** MK *** dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı avtomaşını təmir üçün gətirdiyi vaxt tanış olmuşdur. Cavabdeh2 Sumqayıt şəhərinə təmir sexinə gətirdiyi qəzalı vəziyyətdə olan ** MK *** dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı avtomaşının yaxın tanışına məxsus olduğunu və həmin avtomobili satmaq niyyətində olduqlarını bildirib, avtomobilin mülkiyyətçisi ilə danışdıqdan sonra avtomobilin qiymətini 6200 manata razılaşmışlar. Bundan sorna Cavabdeh2 ondan 300 manat beh aldıqdan sonra Kürdəmir şəhərinə gedərək avtomobilin mülkiyyətçisi Cavabdeh1 ona baş etibarnamə alıb gətirməsi barədə razılığa gəlmiş və şəxsiyyət vəsiqəsinin surətini Mehraca vermişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adından X9 xidmət mərkəzindən avtomobilin onun adına baş etibarnamə alıb gətirmişdir. Bundan sonra qalan 5900 manat pulu Cavabdeh2 vermişdir. Mehrac Kürdəmirə qayıtdıqdan sonra avtomobilin pulunu Cavabdeh1 verməsi barədə telefonla ona məlumat vermişdir. Həmin avtomobilin qabaq hissəsi, qapısı, digər hissələri əzilmiş, həm də bir çox detallarını dəyişmək lazım olduğundan o, avtomobili təmir etdirmək üçün 4500 manatdan çox pul xərcləmişdir, bu barədə avtoservisdən arayış da var. Cavabdeh2 sonradan ona verdiyi məlumata görə Cavabdeh1 qəzada avtomobilin əzilməsi ilə əlaqədar sığorta şirkətindən 3000 manat pul da almışdır. O, həmin avtomobili təmir etdirərək normal işlək vəziyyətə gətirdikdən sonra xx.xx.2022-ci ildə etibarnamə ilə Sumqayıt şəhəri 3 saylı notariat kontorunda Kəlbəcər rayonu, Başlıbel kəndinin sakini X6 12.000 manata satmış və etibarnamənin müddətinin xx.xx.2023-cü ilə qədər olduğundan avtomobili tez müddət ərzində öz adına rəsmiləşdirməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 onun adına verdiyi baş etibarnaməni ona məlum olmayan səbəbdən ləğv etdirərək avtomobili polis vasitəsi ilə Elnurdan alıb cərimə meydançasına apartdırdıqdan sonra həmin avtomobili başqa şəxsə 12.000 manata sataraq əlavə pul əldə etmişdir. Elnur Həmidov baş verənlər barədə ona məlumat verən kimi o, Cavabdeh2 zəng edərək Cavabdeh1 nə üçün nə üçün belə etdiyini soruşub məsələni aydınlaşdırmasını tələb etmişdir. Sonradan Cavabdeh1 avtomobilin satışından əldə olunan pul ona çatmadığına görə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Cavabdeh2 isə onun yalan danışdığını və 6000 manat pulu Mehparəyə verdiyini təsdiq etsə də cavabdeh onunla razılaşmamışdır. Qeyd edilənlərlə Kürdəmir rayon polis şöbəsində arpaşdırma aparılmış, lakin cavabdehlərin hər ikisinin dələduzluq hərəkətlərinə heç bir münasibət bildirilməyərək məsələnin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 ona verdiyi etibarnaməyə əsasən X2 avtomobili Cavabdeh1 polis vasitəsi ilə ondan aldığına görə E.V.Həmidov ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 12.000 manat pulun və zərərə görə 500 manat olmaqla, cəmi 12.500 manat pul vəsaitinin ondan tutulub E.V.Həmidova verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun etibarından istifadə edərək ona xeyli miqdarda zərər vurmuşlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12.500 manat, mənəvi zərərə görə 5000 manat, məhkəməyə onun tərəfindən ödənilmiş 127,50 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12.500 manat, mənəvi zərərə görə 5000 manat, məhkəməyə iddiaçı tərəfindən ödənilmiş 127,50 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı tanımır və heç vaxt onunla görüşüb söhbət etməmişdir. Lakin bir dəfə Rəşad telefonla ona zəng edib təmir olunmuş maşını satdıqdan sonra satışın hansı məqsədlə etdiyini soruşmuşdur. O, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı minik maşınını idarə edərkən qəza hadisəsi baş vermiş və digər avtomobillə toqquşma nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Hadisə araşdırılarkən təqsirkar, digər avtomobilin sürücüsü olduğundan Qüsur aktı əsasında “Paşa Sığorta“ ASC ona 4500 manat pul ödəmişdir. Qaçqın kimi tanıdığı, Kürdəmir şəhərində yaşayan və onun taksi xidmətindən istifadə etdiyi Cavabdeh2 yanında baş vermiş hadisə barədə danışdıqda, Mehrac Sumqayıt şəhərində onun xalası oğlanlarının maşın təmiri üzrə servislərinin olduğunu və özlərinin də əla sənətkar olduqlarını bildirmişdir. O, avtomobilini təmir etdirmək üçıün Sumqayıta aparılmasına razılıq verəndən sonra Mehrac xalası oğlanları ilə danışdıqdan sonra avtomobilin evakuatorla Sumqayıt şəhərinə aparılmalı olduğunu və avtomobilə baxdıqdan sonra təmirə lazım olan pulun qədərini müəyyənləşdirəcəklərini bildirmişdir. Bundan sonra ona məxsus olan qəzalı avtomobili Mehrac evakuatorla Sumqayıt şəhərinə aparmış və avtomobilə baxış keçirilərək təmirin 3500 manata başa gələcəyini bildirmişdir. O, avtomobilinin 3500 manata təmir edilməsinə razılıq verdikdən sonra Mehrac qəza haqqında polis şöbəsindən arayış alınmasını və təmirdən sonra maşını satmaq istədiyi təqdirdə təmir ustası İddiaçı adına etibarnamə verməli olduğunu bildirmişdir. O, qəzalı vəziyyətdə olan avtomobili satıb yeni maşın almaq istədiyinə görə Mehracın təklifi ilə razılaşmışdır. Bundan sonra Cavabdeh2 Rəşadın şəxsiyyət vəsiqəsinin şəklini telefon vasitəsi ilə ona göndərmişdir. O, polisdən aldığı arayışı və Rəsadın adına verdiyi etibarnaməni Mehraca çatdarmaq üçün onun əmisi oğlu Nurlana vermişdir. Bundan sonra hesabına 4500 manat sığorta pulu daxil olmuş və həmin puldan 3500 manat təmir pulunu yaşadığı Kürdəmir şəhəri, H.Əliyev prospekti, 3/3-3 ünvanda yerləşən mənzildə əlbəəl Mehraca vermişdir. O, avtomobilinin təmiri və satışı üzrə müştərinin tapılması ilə əlaqədar hər dəfə Mehracdan soruşanda, Mehrac maşının təmir olunduğunu lakin müştəri tapılmadığına görə satılmadığını bildirmişdir. Mehracın ona verdiyi məlumatdan şübhələndiyinə görə Rəşada verdiyi etibarnamənin hərəkəti ilə maraqlanarkən Rəşadın ona məxsus olan avtomobili təmir etdikdən sonra etibarnamə ilə başqa şəxsə satdığını öyrənmişdir. Bundan sonra o, İddiaçı verdiyi etibarnaməni ləğv etdirmiş və özünə məxsus avtomobilin geri qaytarılması ilə əlaqədar polisə müraciət etmişdir. Polisə müraciət etdikdən 4 gün sonra ona məxsus avtomobil polis postunda saxlanılaraq özünə təhvil verilmişdir. Avtomobili ona təhvil veriləndən sonra özünü Rəşad kimi təqdim edən şəxs ona zəng edərək etibarnaməni ləğv etdirməsinin və avtomobili geri almasının səbəbini srouşduqda o, avtomobilin satılması və qiyməti ilə onunla razılaşmadığına və satış pulunun ona ödənilmədiyi səbəbindən etibarnaməni ləğv etdirib avtomobilini geri aldığını bildirmişdir. Rəşad isə ona avtomobilin satılmasına razı olduğunu və satış pulunu almasını Mehracın ona bildirdiyini demiş, o isə satış pulunun Mehracın ona vermədiyini və avtomobilin satılmasına razılıq verməsini Mehraca demədiyini bildirmişdir. Cavabdeh2 onun etibarından istifadə edərək dələduzluq yolu ilə ona məxsus əmlakı və pul vəsaitini ələ keçirmək istəmiş, lakin niyyəti baş tutmamışdır. İddia ərizəsində İddiaçı onu tanımadığını, onunla görüşmədiyini və aralarında heç bir sövdələşmə olmadığını qeyd etsə də, onu pul tələbi üzrə cavabdeh qismində məhkəməyə verməsi ona aydın deyildir. O, hazırki iddia üzrə iddiaçının qarşısında heç bir cavabdehlik daşımır. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh1 Kürdəmir şəhər sakini kimi tanıyır və Mehparə əvvəllər onun fəaliyyət göstərdiyi taksi xidmətində istifadə etmişdir. 2022-ci ilin may ayında Mehparə telefonla ona zəng edərək idarə etdiyi avtomobillə qəza keçirdiyini, avtomobilinin öz tərəfindən olan hissəsinin əzildiyini bildirmişdir. O, Mehparəyə Sumqayıt şəhərində xalası oğlanlarının avtomobil təmiri servisinin olduğunu bildirib avtomobili təmir etdirmək üçün Sumqayıta aparmasını təklif etmişdir. Mehparə onunla razılaşdıqdan sonra o, Mehparəyə məxsus qəzalı vəziyyətdə olan avtomobili evakuatorla Sumqayıt şəhərinə İddiaçı işlədiyi maşın təmiri sevisinə aparmışdır. Bundan sonra Mehparə yeni maşın almaq istədiyini bildirib qəzalı olan avtomobili qəzalı vəziyyətdə satmaq istədiyini bildirmişdir. O, qəzalı avtomobili satmaq üçün 6200 manata razılaşdıqdan sonra Mehparəyə qəzalı vəziyyətdə olan avtomobili Rəşadla 5800 manata razılaşdığını bildirmiş və buna görə Mehparənin Rəşada etibarnamə verməli olduğunu bildirmişdir. Mehparə onun dediyi qiymətlə razılaşdıqdan sonra Rəşaddan 6200 manat alaraq xx.xx.2022-ci il tarixdə həmin puldan 5800 manat Mehparəyə vermiş, qalan 400 manatı isə zəhmət haqqı kimi özünə götürmüşdür. Bundan sonra Mehparə Rəşada baş etibarnamə vermiş və Rəşadda həmin avtomobili təmir edib etibarnamə əsasında başqa adama satmışdır. Avtomobilin satılmasını biləndən sonra Mehparə Rəşada verdiyi baş etibarnaməni ləğv etdirmiş və polis vasitəsi ilə həmin maşını geri almışdır. Onun özünün Mehparəyə faiz borcu olub və həmin borcu hissə-hissə kart vasitəsi ilə Mehparəyə ödəyir. Hazırda onun Mehparəyə faizlə götürdüyü puldan 1500 manat borcu qalıb, həmin borcun onun avtomobilinə dəxli yoxdur. Ona görə də iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materitallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhəri “Şahin-95” firmasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli Qusur aktının surətindən görünür ki, Cavabdeh1 məxsus 2006-cı il istehsalı olan ** MK *** dövlət nömrə nişanlı Mersedes Benz B200 Xetçbek markalı avtomobilə “Şahin-95” firması tərəfindən texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4541 manat məbləğində ehtiyyat hissələrinin tələb olunması müəyyən olunmuşdur. Ehtiyyat hissələri bazar qiymətlərinə uyğun qiymətləndirilmiş və aşağıdakı cədvəldə miqdarı və bazar qiyməti ilə birlikdə qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş və xx.xx.2024-cü il tarixdə çap edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan Mersedes Benz B200 minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə İddiaçı bir il müddətinə etibarnamə vermiş və həmin etibarnamyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və xx.xx.2024-cü il tarixdə çap edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan Mersedes Benz B200 minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə İddiaçı bir il müddətinə verdiyi etibarnamyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan Mersedes Benz B200 minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə X6 etibarnamə vermiş və həmin etibarnamyə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlarması rədd edilmiş Cavabdeh1, Cavabdeh2 və İddiaçı aralarında olan mübahisələri mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3532/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı ödəniş şəklində verilən 12.000 manat, mənəvi zərərə görə 500 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 132 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmiş, iddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 2044/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3532/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin və cavabdehlərin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı minik maşınını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun avtomobilinə ziyan dəymişdir. Qüsur aktına əsasında “Paşa Sığorta“ ASC tərəfindən Cavabdeh1 onun avtomobilinə dəyən ziyana görə 4500 manat sığorta ödənişi ödənilmişdir. Sonradan Cavabdeh1 qaçqın kimi tanıdığı, Kürdəmir şəhərində yaşayan və onun taksi xidmətindən istifadə etdiyi Cavabdeh2 baş vermiş hadisə barədə danışdıqda, Mehrac Sumqayıt şəhərində onun tanışlarının maşın təmiri üzrə servislərinin olduğunu və özlərinin də əla sənətkar olduqlarını bildirmişdir. Cavabdeh1 avtomobilini təmir etdirmək üçıün Sumqayıta aparılmasına razılıq vermiş və Cavabdeh2 tanışı, hazırki iş üzrə İddiaçı ilə razılaşdıqdan sonra avtomobili evakuatorla Sumqayıt şəhərinə İddiaçı işlədiyi maşın təmiri servisinə aparmışdır. Həmin servisdə avtomobilə baxış keçirilərək təmirin 3500 manata başa gələcəyini bildirmiş və Cavabdeh1 avtomobilinin 3500 manata təmir edilməsinə razılıq verdikdən sonra Cavabdeh2 qəza haqqında polis şöbəsindən arayış alınmasını və təmirdən sonra maşını satmaq istədiyi təqdirdə təmir ustası İddiaçı adına etibarnamə verməli olduğunu bildirmişdir. Cavabdeh1 qəzalı vəziyyətdə olan avtomobili satıb yeni maşın almaq istədiyinə görə Cavabdeh2 təklifi ilə razılaşmışdır. Cavabdeh2 İddiaçı şəxsiyyət vəsiqəsinin şəklini telefon vasitəsi ilə Cavabdeh1 göndərdikdən sonra Cavabdeh1 polisdən aldığı arayışı və İddiaçı adına verdiyi etibarnaməni Rəşada çatdırması üçün Cavabdeh2 vermişdir. İddiaçı Cavabdeh1 məxsus olan avtomobili təmir etdikdən sonra həmin avtomobili Cavabdeh1 ona verdiyi etibarnamyə əsasən X8 adlı şəxsə 12.000 manata satmışdır. Bundan sonra Cavabdeh1 İddiaçı ona məxsus olan avtomobili təmir etdikdən sonra onunla razılaşmadan başqa şəxsə satdığını öyrənmiş və Rəsadın adına verdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirib polis vasitəsi ilə mülkiyyətində olan “Mersedes-Benz B200” minik markalı **- MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini geri almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 “Mersedes-Benz B200” minik markalı **- MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmiri üçün İddiaçı Cavabdeh2 vasitəsi ilə 3500 manat pul verdiyini göstərsə də, Azərbaycan Respublikası Sumqayıt şəhəri “Şahin-95” firmasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli Qusur aktına əsasən Cavabdeh1 məxsus 2006-cı il istehsalı olan ** MK *** dövlət nömrə nişanlı Mersedes Benz B200 Xetçbek markalı avtomobilə “Şahin-95” firması tərəfindən texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4541 manat məbləğində ehtiyyat hissələrinin tələb olunması müəyyən olunmuş və iddiaçı həmin məbləğdə pulu sərf etməklə Cavabdeh1 məxsus “Mersedes-Benz B200” minik markalı avtomobili təmir etmişdir. Cavabdeh1 “Mersedes- Benz B200” minik markalı avtomobilini satmaq istədiyinə görə onların arasında, yəni İddiaçılə cavabdehlər Cavabdeh2lə Cavabdeh1 arasında olan razılaşmaya əsasən avtomobilin qiymətini 6200 manata razılaşdıqdan sonra İddiaçı 6200 manat pulu Cavabdeh1 çatdırmaq üçün Cavabdeh2 vermiş, bundan sonra Cavabdeh1 İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə bir il müddətinə etibarnamə vermişdir. İş materiallarından göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12.500 manat pul tələb etsədə o, cavabdehlərlə aralarında olan razılaşmaya əsasən Cavabdeh1 məxsus “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 6200 manata razılaşıb almış və 6200 manat pulu Cavabdeh1 çatdırması üçün Cavabdeh2 vermiş, həmin avtomobilin təmirinə isə 4541 manat məbləğində pul sərf etmişdir. Cavabdeh1 avtomobilinin təmiri üçün Cavabdeh2 vasitəsi ilə İddiaçı 3500 manat pul verdiyini göstərsə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh2 İddiaçı “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin almaq məqsədi ilə 6200 manat pulu ondan alıb həmin puldan zəhmət haqqına görə 400 manat özünə götürəndən sonra Cavabdeh1 5800 manat verməsini göstərsə də, Cavabdeh1 Cavabdeh2 ona avtomobilinin satılmasına görə pul vermədiyini bildirmiş, Cavabdeh2 özü də həmin məbləğdə pulu Cavabdeh1 verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərini, üzərində “Qarabataq” sözləri yazılmış VATÇHAB yazılarını və digər mesajların iş üçün heç bir əhəmiyyəti olmadığı baxımından həmin sənədləri sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Prenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsdən və yaxud ehtiyatsızlıq) və əmək vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peş və sənəti, cəmiyyətə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcədə cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tavrixli Qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 iş üzrə digər Cavabdeh1 məxsus “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəl təmir etdirmək məqsədi ilə İddiaçı vermiş, sonra isə həmin avtomobiliin satılmasını İddiaçılə razılaşıb ondan 6200 manat məbləğində pul alaraq satış pulunu avtomobilin sahibi olan Cavabdeh1 verməməsi səbəbindən sonuncunun İddiaçı verdiyi etibarnaməni ləğv etdirməklə avtomobili geri alması nəticəsində İddiaçı maddi ziyanla yanaşı müəyyən mənəvi iztirab keçirmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağtlı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxs Cavabdeh2 təqsirini (qəsd və ya ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 124 manat döıvlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 vurulmuş əsas maddi ziyana görə 4541 manat, Cavabdeh2 6200 manat pul alınaraq İddiaçı verilməli, mənəvi ziyana görə Cavabdeh2 500 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş əsas maddi ziyana görə 4541 (dörd min beş yüz qırx bir) manat, Cavabdeh2 6200 (altı min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə iddia tələbinin təmin edilmiş hissəsinə münasb olaraq müştərək qaydada 124 (yüz iyirmi dörd) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(041)-956/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-956/2024
11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver