Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1001/2024 09.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə ərizəçi İddiaçı itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Bağırov X4 Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2-81 saylı mülki iş üzrə məhkəmə icraatının bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı nümqyəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2- 81/2007 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Gədəbəy Rayon Aqrar islahat Komissiyası, Azərbaycan Respublikası DT və XK-nin Gədəbəy Rayon Şöbəsi və ona qarşı dövlət aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə ona təqdim edilməmiş, o, yalnız 20 iyul 2023-cü il tarixdə həmin qətnaməni almış və ondan kassasiya şikayəti vermişdir. Lakin məlum olmuşdur ki, 2-81/2007 saylı iş Gədəbəy Rayon Məhkəməsinin arxivinə verilmiş və sonradan saxlama müddətinin keçməsi ilə əlaqədar məhv edilmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün həmin icraatın bərpa edilməsi üçün ərizəsinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli 2(108)87/08 saylı Qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-81.2007 saylı Qətnaməsinin saxlanılmış bir vərəqinin surətindən görünür ki, Qətnamənin giriş və təsviri hissəsinin bir hissəsini əks etdirir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-81/2007 saylı mülki iş üzrə kartoçkasının surətindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbi təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnamədən verilmiş kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 28 aprel 2008-il tarixli qərardadı ilə geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, JN-0072 kod 50502018 saylı X6 Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2-81/2007 saylı qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-ə Əlavənin 1-ci maddəsinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci maddəsinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Əlavənin 3-cü maddəsinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. Əlavənin 4-cü maddəsinə əsasən ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir. Əlavənin 10-cu maddəsinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 2007-ci il tarixli 2-81 saylı mülki iş müddətin keçməsi ilə əlaqədar məhv edilmişdir. Ərizəçi məhkəmə müdafiəsi hüququndan tam istifadə etmək üçün həmin icraatın bərpa edilməsini istəyir. Araşdırma ilə o da müəyyən edilmişdir ki, iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minmiş və ərizəçinin adına tərtib edilmiş dövlət aktı ləğv edilmişdir. Ona görə də ərizə təmin edilməli, itmiş icraat bərpa edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. İtirilmiş İcraaat bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-1001/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1001/2024
09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver