Məhkəmə qərarları › İş №e-2(042)-1091/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-1091/2024

30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-1091/2024 30.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə iddiaçı X2 X4 Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Publik Hüquqi Şəxsi Cavabdeh qarşı iyirmi baş qoyun, bir baş qoç, 400 kq qarışıq yemin natura şəklində qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh Goranboy rayonu,Dəliməmmədli şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məcəllənin 152.2-ci maddəsinə əsasən hakim iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Beləliklə, cavabdeh Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazidə qeydiyyatda deyildir. Ona görə də iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarısın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar