Məhkəmə qərarları › İş №e-2(042)-1147/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-1147/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-1147/2021 21.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Maqsud oğluna və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qarşı “tələbdən imtinanın qəbul edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 Maqsud oğlunun tələbdən imtinasının qəbul edilməsi və Gədəbəy rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsi Şəmkir rayon Məhkəməsinin 2- 185/2000 nömrəli, 15 noyabr 2000-ci il tarixli, icra sənədi ilə əlaqəli verilmişdir. Borclu tələbdən imtinanın qəbul edilməsini və icra sənədi üzrə icraata xitam verilməsi tələb etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi icra icraatı qaydasında həll edilməli məsələ olduğundan və “İcra haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimləndirindən qeyd edilən tələblə iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyildir. MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-153.6-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh2 Maqsud oğluna və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qarşı “tələbdən imtinanın qəbul edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar