Məhkəmə qərarları › İş №e-2(042)-1244/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-1244/2024

14.10.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-1244/2024 14.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə verərək, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının dövlət büdcəsinə olan ümumilikdə 854.76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2471,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix xx xxxxxxxx 1984-cü il, Doğulduğu yer azərbaycan, bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-847/2024 saylı qətnaməsi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinin təmin edilməsi, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan, Cavabdeh (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 1283228) ölkədən getmək hüququ müvəqqəti – dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcu tam ödənilənədək məhdudlaşdırılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.2. Hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasənə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda ərizə qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar