Məhkəmə qərarları › İş №e-2(042)-1330/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1330/2023

18.12.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1330/2023 18.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 və maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Arıqdam Bələdiyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 4663,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1961-ci il, Doğulduğu yer - Azərbaycan, Gədəbəy; Arıqdam k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,83 manat, Azərbaycan Respublikası Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin (VÖEN**********) Dövlət Sosial Müdafiə Fonduna 4662,01 manat olmaqla, ümumilikdə 4664,92 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********343000, xx.xx.2022-ci il tarixli **********344700, xx.xx.2023cü il tarixli **********243500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri vəzifəsində işləyir. Onun ümumilikdə 25000 manat borcu olmuş, borcundan ödəniş etmişdir. Ərizədə qeyd edilən borc faiz borcudur. Həmin borcu 1-2 ay müddətinə ödəyəcəkdir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş, şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,83 manat, Azərbaycan Respublikası Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin (VÖEN**********) Dövlət Sosial Müdafiə Fonduna 4662,01 manat olmaqla, ümumilikdə 4664,92 manat borcu vardır. İşdə olan “Fiziki şəxs haqqında məlumat” vərəqindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə vergi qeydiyatına alınmışdır. İşdə olan “Hüquqi şəxs haqqında məlumat” vərəqindən görünür ki, Gədəbəy rayonunun Arıqdam Bələdiyəsi xx.xx.2015-ci il tarixdə vergi qeydiyatına alınmışdır və Gədəbəy rayonu, Arıxdam kəndində yerləşir. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan Cavabdehdur. İşdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri Cavabdeh vergi borclarının ödənilməsi və əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddəlrpinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayonunun Arıqdam Bələdiyəsi xx.xx.2015ci il tarixdə vergi qeydiyatına alınmışdır və Gədəbəy rayonu, Arıxdam kəndində yerləşir. Həmçinin Cavabdeh xx.xx.2004-cü il tarixdə vergi qeydiyatına alınmışdır. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan Cavabdehdur. Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri Cavabdeh vergi öhdəliklərini yerinə yetirmir. Dəfələrlə həmin vergi borclarına görə xəbərdarlıq edilmişdir. Nəticədə xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,83 manat, Azərbaycan Respublikası Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin (VÖEN**********) Dövlət Sosial Müdafiə Fonduna 4662,01 manat olmaqla, ümumilikdə 4664,92 manat borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkvergi orqanlarının hüququdur. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-5- 355-7, 233 –cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri, xx xxxxxx 1961-ci il tarixdə Gədəbəy rayonu, Arıqdam kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan, Cavabdeh (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 4652331) ölkədən getmək hüququ müvəqqəti –borc tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar