Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1364/2024 06.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 854.76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2471.63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxxxxxxx 1984-cü il, doğulduğu yer Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin Fin Nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2471.63 manat, dövlət büdcəsinə 854.76 manat məbləğində (o cümlədən, faizlər üzrə 854.76 manat) olmaqla, ümumilikdə 3326.39 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********573900, xx.xx.2024cü il tarixli **********489700, xx.xx.2024-cü il tarixli **********006700, xx.xx.2024-cü il tarixli **********638100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli e-2(042)- 847/2024 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Dövlət Vergi Xidmətinin 21 avqust 2024-cü il tarixli 3-21- 2-8/2-3066/2024 nömrəli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götrülməsi barədə” qərarına əsasən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalıxdığı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götrülmüşdür. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərizə verərək, mülki işə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Maraqlı şəxs məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş, şəxsi hesab vərəqələrindən və digər sənədlərdən görünür ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2471.63 manat, dövlət büdcəsinə 854.76 manat olmaqla, ümumilikdə 3326.39 manat borcu vardır. İşdə olan "xxxx" vərəqindən görünür ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmışdır. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İşdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri Maraqlı şəxs ünvanlanmış bildirişlərdən görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsi və əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddəlrpinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmışdır və Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində yerləşir. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borc öhdəliklərini yerinə yetirmir. Dəfələrlə həmin vergi borclarına görə xəbərdarlıq edilmişdir. Nəticədə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2471.63 manat, dövlət büdcəsinə 854.76 manat olmaqla, ümumilikdə 3326.39 manat borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkvergi orqanlarının hüququdur. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-5- 355-7, 233 –cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 1283228) ölkədən getmək hüququ müvəqqəti – dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(042)-1364/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1364/2024
06.11.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver