Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-246/2021 17.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı cavabdehdən 5000 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 5030 manat alınaraq, iddiaçı “xxxx” ASC-ə verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 27 yanvar 2019-cu il tarixdə idarə etdiyi "Mercedes Benz 200" markalı ** RD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ilə hərəkət edən zaman sürət həddini düzgün seçməmiş və nəticədə piyada X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin İŞ-də ********* saylı cinayət işi açılmış, "Mercedes Benz 200" markalı ** RD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə baş verən zaman sərxoş olduğu və idarəetmə hüququ olmadan (etibarnamə) avtomobili idarə etdiyi üçün həmin cinayət işi üzrə təqsirləndirən şəxs qismində cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümü ilə əlaqədar PME ********** saylı sığorta şəhadətnaməsinə 05 aprel 2019-cu il tarixli İAS 191475 saylı Sığorta ödənişi aktına əsəsən “xxxx" ASC tərəfindən 5 000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 05 aprel 2019-cu il tarixli İAS 191475 saylı Sığorta ödənişi aktının surətindən görünür ki, sığortalı X6 “xxxx" ASC tərəfindən 5 000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan X4 surətindən görünür ki, X5 27.01.2019-cu il tarixdə travmatik şok səbəbindən ölmüşdür. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.05.2019-cu il tarixli, 1(101)- 506/2019 saylı hökmünün surətindən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1 və 264-cü maddəsi ilə təqsirli bilinərək, cəmi, 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 27 yanvar 2019-cu il tarixdə idarə etdiyi "Mercedes Benz 200" markalı ** RD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ilə hərəkət edən zaman sürət həddini düzgün seçməmiş və nəticədə piyada X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin İŞ-də ********* saylı cinayət işi açılmış, "Mercedes Benz 200" markalı ** RD *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə baş verən zaman sərxoş olduğu və idarəetmə hüququ olmadan (etibarnamə) avtomobili idarə etdiyi üçün həmin cinayət işi üzrə təqsirləndirən şəxs qismində cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümü ilə əlaqədar PME ********** saylı sığorta şəhadətnaməsinə 05 aprel 2019-cu il tarixli İAS 191475 saylı Sığorta ödənişi aktına əsəsən “xxxx" ASC tərəfindən 5 000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hadisə yerindən yayındığı üçün sığortaçının sığortalıya qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 5030 manat alınaraq, iddiaçı “xxxx” ASC-ə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 5030 manat alınaraq, iddiaçı “xxxx” ASC-ə verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-246/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-246/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver