Məhkəmə qərarları › İş №e-2(042)-297/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-297/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-297/2024 08.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Şəmkir 1 Saylı Dövlət Notariat Kontoru, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 11 Saylı Şəmkir Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Şəmkir 1 Saylı Dövlət Notariat Kontoru, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 11 Saylı Şəmkir Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı X3 miras qalmış Gədəbəy rayonu, Ataxal kəndində 3 otaqlı ümumi sahəsi 135.1 kv.m-dən ibarət olan fərdi yaşayış evinə dair Cavabdeh4 Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin fərdi yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X10 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onun mərhum əri X4 Gədəbəy rayonu, Ataxal kəndində üçotaqlı, ümumi sahəsi 135.1 kvm olan fərdi yaşayış evi vardır. Həmin evə dair texniki pasport tərtib edilmişdir. 06 may 2019-cu il tarixdə əri ölmüşdür. Bundan sonra o, mərhum ərindən qalan bütün əmlakı öz adına keçirtmək üçün notariat orqanına müraciət etmişdir. xx.xx.2014-cü il tarixdə notariat ofisinə ərizə vermiş, X4 ölümündən sonra mirası qəbul edəcəyini bildirmişdir. Şəmkir Rayon Notariat Ofisi 13 noyabr 2019-cu il tarixdə 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək onun adına çıxarış verilməsini xahiş etmişdir. Lakin Cavabdeh4 müdaxilə etdiyi üçün evə baxış keçirmək mümkün olmamış və 11 Saylı Şəmkir Ərazi İdarəsi çıxarış verməkdən imtina etmişdir. Cavabdeh4 notariat orqanında vərəsəlik işi açdırmışdır. Hesab edir ki, Cavabdeh4 birinci dərəcəli vərəsə olmadığı halda, vərəsəlik işi açdıra bilməzdi. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını, cavabdehə həmin fərdi yaşayış sahəsinə dair verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 məhkəməyə iddia tələbinə etirazını göndərmiş, X3 miras qalmış hər hansı bir əmlakın olmadığını və ondan miras qalmış hər hansı bir əmlakı qəbul etmədiyini, atası X1 miras qalmış Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 72 kvm fərdi yaşayış evini miras kimi qəbul etdiyini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi və Cavabdeh4 məhkəmə ərizə göndərərək işə onların və nümayəndələrinin iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 11 Saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, neümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X5 Surətindən görünür ki, X8 06 may 2019-cu il tarixdə ölmüşdür. İşdə olan X6 Şəhadətnamənin surətindən görünür ki, X8 və X7 05 yanvar 1982-ci il tarixdə nikah bağla İşdə olan Texniki Pasportun surətindən görünür ki, X4 adına olan Gədəbəy rayonu, Ataxal kəndində yerləşən evlə əlaqədar tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birnici növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar: Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsasları kimi istinad etdiyi halları, yəni, mərhum əri X4 mülkiyyətində hər hansı bir əmlakın olmasını, miras qalmasını, cavabdeh tərəfindən X3 miras qalmış əmlakla əlaqədar qanun üzrə vərəsəlik şəhadətnaməsi almasını və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarının qeydə alınması haqqında Çıxarış əldə etməsinı təsdiq edən sübutları, o cümlədən, etibarsız hesab edilməsini tələb etdiyi Qanun üzrə X2 və ləğv edilməsini tələb etdiyi Çıxarışı məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı işə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar