Məhkəmə qərarları › İş №e-2(042)-364/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-364/2022

04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-364/2022 04.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi X8 iştirakları ilə, iddaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, mülki hüquqlarının bərpa edilməsi tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı iddiaçıların pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh1 İbrahim qızının adına 30.08.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında edilmiş bağışlanma müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, iddiaçıların mərhum atalarından miras qalmış 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdikləri iki mərtəbəli, ümumi sahəsi 241 kv.m olan fərdi yaşayış evini miras əmlak olaraq iddiaçılar tərəfindən faktiki qəbul etməsi faktı, həmin miras əmlakdan paylarının müəyyən olunması və 0,2897 ha torpaq sahəsində iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarına mülkiyyət hüquqlarının bərpa edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar iddia tələblərini dəqiqləşdirmiş, bağışlama müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, iddiaçıların mərhum atalarından miras qalmış 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdikləri ikimərtəbəli, ümumi sahəsi 241 kv.m olan fərdi yaşayış evini miras əmlak olaraq, iddiaçılar tərəfindən faktiki qəbul etmələri faktı, həmin miras əmlakdakı paylarının müəyyən olunması və 0.2897 ha torpaq sahəsində iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarına mülkiyyət hüquqlarının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o və İddiaçı2 oğlu cavabdehlərdən Cavabdeh1 oğulları, digər Cavabdeh2 isə böyük qardaşlarıdır. Onların ataları X11 1962-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmış, 1964-cü il tarixdə ataları tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 241 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. X3 1975-ci tarixdə vəfat etdikdən sonra anası - hazırki iş üzrə Cavabdeh1 ilə birlikdə məhrum atalarından miras qalmış 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və miras əmlakın idarə edilməsində iştirak etmişlər. 1998-ci il tarixdə Aqrar İslahat Komissiyasının 08 saylı qərarı ilə mərhum atasının qanuni istifadəsində olmuş 0,15 ha torpaq sahəsi və əlavə olaraq 0,10 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında anası, hazırki iş üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Eyni zamanda, Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə Cavabdeh1 adına olan təsərrüfatda qeydiyyatda olan və həmin təsərrüfatda yaşayan şəxslərin, iddiaçılar da daxil olmaqla dövlət tərəfindən verilmiş torpaq payları Gədəbəy rayonu, Qumlu kəndindəki iddiaçıların mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evinin həyətyanı sahəsinə bitişik formada ayrılmaqla, ümumilikdə 0.2897 ha müəyyən olunmuş, bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Cavabdeh Rüstəmova X15 İslahat Komissiyasının 1998-ci il tarixli 08 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,15 ha hissəsinin 1962-ci ildə iddiaçıların mərhum atasının qanuni istifadəsinə ayrılmış torpaq sahəsi olduğunu və iddiaçıların atalarının vəfatından sonra həmin torpaq sahəsini və həmin torpaq sahəsində tikdiyi 241 kv.m sahəsi olan ikimərtəbəli fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul etdiklərini və həmin daşınmaz əmlaka (torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi) iddiaçıların hüquqlarının yarandığını bilə-bilə, iddiaçıların razılığı olmadan, eyni zamanda Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarının da daxil olduğu 0,2897 ha torpaq sahəsinə iddiaçıların razılığı olmadan 30.08.2021-ci il tarixdə mülkiyyət hüququna dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və qeyd olunan çıxarış əsasında 07.09.2021-ci il tarixdə Gədəbəy Rayon Notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən 0,25 ha torpaq sahəsini üzərindəki 241 kv.m fərdi yaşayış evi ilə birlikdə və 0,2897 ha torpaq sahəsini isə ayrılıqda hazırki iş üzrə digər Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 İbrahim qızı 30.08.2021-ci il tarixdə 0,25 ha və 0,2897 ha torpaq sahələrinə öz adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən həmin torpaq sahələrinə hazırki iş üzrə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu bilmiş və qərəzli şəkildə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına səbəb olmuşdur. Digər cavabdeh isə bağışlanmış hədiyyəyə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu və hədiyyə verənin adına çıxarışın qanunsuz əldə edildiyini bilə-bilə həmin hədiyyəni qəbul etməklə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına şərait yaratmışdır. O və digər iddiaçı miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün, onların miras əmlakda məcburi payları müəyyən edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X3 1975-ci ildə vəfat etmişdir. Onun mülkiyyətində hər hansı əmlak olmamışdır. Torpaq islahatı zamanı anası Cavabdeh1 mülkiyyətinə həyətyanı torpaq sahələri verilmişdir. Bundan sonra anası mülkiyyət hüququnun qeydə alınması haqqında müvafiq Çıxarış almışdır. Anası həyətyanı torpaq sahələrini və fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında ona bağışlamış, torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona Çıxarışlar verilmişdir. Bu zaman o və digər cavabdeh heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçılar isə ataları vəfat edəndən sonra yas mərasimlərində iştirak etsələr də, heç vaxt evdə yaşamamış, mirası qəbul etməmişlər. Həmin ev və həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alındıqdan sonra isə həmin əmlakdan payları olduqlarını bildirmişlər. Halbuki, onlar mirası qəbul etməmiş, evin və həyətin saxlanılması və yaxşılaşdırılmalarında iştirak etməmişlər. Ona görə də xahiş edir ki, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılsın. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və X6 nümayəndəsi X14 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxslər Gədəbəy Rayon Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5. və 185.6-cı mаddələrinə əsasən işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatlarında göstərilən məlumatlar sübutların bir növüdür. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxış iclasında iş üzrə şahidi kimi dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, iddiaçılar onun yaxın qonşularıdır. İddiaçılardan İddiaçı1 atası öldükdən sonra həmin evdə yaşamış, miras əmlaka sahiblik etmiş, evdə yaxşılaşdırma işləri görmüşdür. Atası vəfat etdikdən sonra, onun yas mərasimlərini İddiaçı1 vermişdir. Hazırda cavabdehlər İddiaçı1 ata evinə buraxmırlar. Məhkəmə baxış iclasında iş üzrə şahid kimi dindirilmiş X12, X18 və X1 İbrahim İsmayıl oğlu ilə eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Arayışdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.2997 ha torpaq sahəsinə dair Cavabdeh1 adına tam mülkiyyət huququ ilə 30.08.2021-ci il tarixli, **********95 reyesrr nomreli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv edilmiş Dövlət Torpaq ve X4 rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 saylı qərarı. X2 adına tərtib edilmiş 01.11.2010-cu il tarixli, seriya A, 306914 saylı “Torpaq sahesinin planı va ölçüsü” Qeyd edilən torpaq sahesi Gədəbəy rayon notariat ofisinin 07.09.2021-ci il tarixli, 4Ə-275 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Rüstemov Elçin lbrahim oğlunun adına ozgəninkiləşdirilmiş va ona tam mülkiyyət hüququ ilə 27.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdan çıxarış verilmişdir. İşdə olan Arayışdan görünür ki, X13 28 avqust 1975-ci il tarixdə vəfat etmişdir. İşdə olan Arayışdan görünür ki, Araşdırma zamanı Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1962-1975-ci illərə dair iclas protokollarında X10 adına torpaq sahəsinin ayrılması barədə fakt aşkar olunmamış, Gədəbəy Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin 1962ci ildən əvvəlki dövri əhatə edən iclas protokolları Gədəbəy Rayon Dövlət Arxivində mühafizə arxiv sənədlərinin fond siyahısında aşka olunmamışdır. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli qərarına əsasən Cavabdeh1 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Arayışdan görünür ki, İddiaçı1 Gədəbəy Bələdiyyəsi tərəfindən torpaq sahəsi verilməmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2897 ha torpaq sahəsinə Cavabdeh2 27.09.2021-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 241.1 kv.m fərdi yaşayış evinə Cavabdeh2 27.09.2021-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsındа mülkiyyət tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. Hеç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb еtmək hüquq vаrdır. Məcəllənin 240.2-ci mаddəsinə əsаsən tоrpаq sаhəsinin mülkiyyətçisi özünə mənsub sаhədə ucаldılmış və yа yаrаdılmış binаyа, qurğuyа və digər dаşınmаz əmlаkа mülkiyyət hüququ əldə еdir. Məcəllənin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа эörə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə эörə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, sübutetmə yükü üzərilərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən iddia tələblərinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. İddiaçılar bağışlama müqaviləsini etibarsız hesab edilməsini tələb etmiş, lakin bu tələbin qanuni və faktiki əsaslarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmənin qənaətinə görə, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cavabdeh1 torpaq sahələri verilmiş, həmin torpaq sahələrinə Cavabdeh1 tam mülkiyyət hüququ üzrə 30.08.2021-ci il tarixli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi 07.09.2021-ci il tarixli, 4Ə-275 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına ozgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 27.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Məhkəmə araşdırmaları zamanı həmçinin iddiaçıların mərhum ataları X10 mülkiyyətində hər hansı bir əmlakın, yəni, miras aktivinin olması müəyyən edilməmişdir. Bundan başqa iddiaçıların 0.2897 ha torpaq sahəsinə də mülkiyyət hüquqlarının olması müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid eilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar