Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-366/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, “X2” X5 nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı X2” X5 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2” X6 Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış “Özünə məşğulluğa kömək göstərilməsinə dair” 19 avqust 2021-ci il tarixli 90 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası, sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2(iki) baş təkə və 20 baş keçinin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agetnliyə ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iddiaçı X2” X5 nümayəndəsi X1 iddia tələbini müdafiə etmiş, izahat verərərk, bildirmişdir ki, 19 avqust 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında “Özünə məşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlanılmış və cavabdehin istifadəsinə iki baş təkə və 20 baş keçi verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh bir il ərzində həmin heyvanları saxlamaq öhdəliyini üzərinə götürmüşdür. Bir ildən sonra isə həmin heyvanlar cavabdehin mülkiyyətinə keçməli idi. Müqvilənin şərtlərinə görə heyvanları özgəninkilşdirəcəyi təqdirdə, cavabdeh eyninövlü və keyfiyyətli heyvanları iddiaçıya qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. 22 fevral 2022ci il tarixdə monotoriq keçirilmiş və cavabdehə təhvil verilmiş heyvanlar aşkar edilməmişdir. Yəni, cavabdeh müqavilə şərtlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili” qaydalarının tələblərini pozmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, ailə üzvlərinin xəstələyi ilə əlaqədar keçiləri satmalı olmuşdur. Lakin keçilərin əvəzinə iki baş inək almışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan tərəflər arasında bağlanılmış 19 avqust 2021-ci il tarixli 90 saylı Müqavilədən görünür ki, iddiaçı təhbil-təslim aktında göstərilmiş əmlakı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı ürə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh ona verilmiş əmlaka ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə vurulmuş ziyanın əvəzini ödəməlidir. İşdə olan 22 fevral 2022-ci il tarixli Aktdan görünür ki, monitorinq zamanı cavabdehə təhvil verilmiş əmlak aşkar ediməmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili” Qaydalarının 8.3-cü yarımbəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb edilmiş şəxsin ona verilmiş əmlaka ziyan vurduqda və ya həmin əmlkdan təyinatı üzrə istifadə etmədikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, Agentliyin hesabına ödəməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 19 avqust 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında “Özünə məşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlanılmış və cavabdehin istifadəsinə iki baş təkə və 20 baş keçi verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh bir il ərzində həmin heyvanları saxlayaraq, özünüməşğulluğu təmin etməli, bundan sonra isə həmin heyvanlar cavabdehin mülkiyyətinə keçməli idi. Cavabdeh heyvanları özgəninkilşdirəcəyi təqdirdə, eyninövlü və keyfiyyətli heyvanları iddiaçıya qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzrəinə götürdüyü öhdəliyi yerinə yetirməmiş istifadəsinə verilmiş heyvanlardan təyinatı üzrə istifadə etməmiş, onları satmışdır. Yəni, cavabdeh müqavilə şərtlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili” qaydalarının tələblərini pozmuşdur. Ona görə iddia tələbi təmin edilməli, cavabdehdən eyninövlü və keyfiyyətli, yəni, 2-4 yaş arası, sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2 baş təkə və 20 baş keçi alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2-4 yaş arası, sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2(iki) baş təkə və 20 (iyirmi) baş keçi alınaraq, “X2” X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-366/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-366/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver