Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-370/2024 29.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma,qanunsuz tikilmiş tövlənin və ayaqyolunun sökulməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı 26.01,2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Çıxarış” ilə ona məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,2752 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi və ona qaytarılması, torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına və qanunsuz olaraq tikdirmiş tövlənin və ayaqyolunun cavabdehin hesabına sökülməsi, dövlət rüsumu kimi 100 manat pulun Cavabdeh alınaraq, ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mülkiyyətində Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən 0,2752 torpaq sahəsi vardır. Cavabdeh. Cavabdeh onun qonşusudur. Torpaq sahəsi verilən vaxt onun əkib-becərmək üçün maddi imkanı olmamış və torpaq sahəsi boş qalmışdır. 2007-ci ildə Cavabdeh onun razılığı ilə toıpaq sahəsini əkib-becərərək üçün istifadə etməyə başlamışdır. Hazırda torpaq sahəsini özü əkib-becərmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini qaytarmaqdan, həmçinin torpaq sahəsində özbaşına, qanunsuz olaraq tikdirmiş tövlənin və ayaqyolunun sökülməsindən imtina etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Məmmədov Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehə məxsus torpaq sahasinin tutulmuş hissəsindən çıxmağa və ayaqyolunun yerinə dəyişməyə etiraz etmir. Lakin tövlə iddiçının torpaq sahəsində tikilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02reyestr nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı paylı mülkiyyətində Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.2752 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0.0158 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və ona məxsus ayaqyolunun 0.006867 ha hissəsi həmin torpaq sahəsində yerləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.2752 ha torpaq sahəsinin 0.0158 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və cavadehə məxsus ayaqyolunun 0.006867 ha hissəsi həmin torpaq sahəsində yerləşir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.0158 ha hissəsindən çıxarılmalı, Cavabdeh məxsus ayaqyolunun yeri dəyişdirilməlidir. nun hesabına sökülməldir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.2752 ha torpaq sahəsinin zəbt etdiyi 0.0158 ha hissəsindən çıxarılsın. Cavabdeh məxsus ayaqyolunun yeri dəyişdirilsin Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat xərcin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-370/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-370/2024
29.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver