Məhkəmə qərarları › İş №e-2(042)-410/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-410/2025

30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-410/2025 30.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı X2” X4 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2” X5 Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 16 iyul tarixli 2022/ÖM/05489 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyninövlü və keyfiyyətli 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc:1.2KW, gərginlik: 220V38ÖV, sürət: 400RPM, səsküy: 710bB. çap: 13-24", kürək gücü: 12 bra, iş təzyiqi: 0.8-1.2 map, maksimum eni 3-15", maksimal diametr: 1040 mm, DALİ DL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs <70 db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24", maksimum diametri 1040 mm, maksimum eni 40-305 mm. sürət <190r, maksimum təkər çəkisi 65kg, gərginlik 220V 50Hz, DALİ CB 988, 1 ədəd qaldırıcı qurğu (3 ton, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən) (maksimum fırlanma anı (N*m) 1212, maksimum hava sərfi (İ / daq)119, Maks. iş təzyiqi (Bar) 6.3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L gərginlik 220-240v 50HZ. güc 735w (1HP), D/daq 2850, həcmi 100 L. OUKAİ V0.17/100), 1 ədəd təkər açarı (17, 19 21, 23 mm, HUAXİANG 30#) və 1 ədəd təkərin hava göstəricisinin (rəqəmsal) (Xcort x-201) natura şəklində qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2” X4 nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə həmin tarixə baxışı iclasının təyin edildiyini və iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini əsaslandıran səbəblər barədə sübutlar təqdim etmədiyini nəzərə alaraq, baxış iclasının təxirə salınmasını mümkün hesab etməmişdir. İddia ərizəsindən görünür ki, Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 16 iyul tarixli 2022/ÖM/05489 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh“Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1.2 KW, gərginlik: 220V380V, sürət: 400RPM, səsküy: 710bB, çap: 13-24", kürək gücü: 12bra, iş təzyiqi : 0.8-1.2map, maksimum en: 3-15", maksimal diametr: 1040 mm, DALİ DL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs70db balans dəqiqliyi + -1g, qalın diametri 13- 24 ", maksimum diametr 1040 mm, maksimum eni 40-305mm,190r sürət maksimum təkər çəkisi 65kg, gərginlik 220V/50Hz, DALİ CB 988,1 ədəd qaldırıcı qurğu (3 ton, JİNSONG 3T),1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən) (maksimum fırlanma anı (N*m) 1212, maksimum hava sərfi (İ / daq) 119, Maks. iş təzyiqi (Bar) 6.3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L. (gərginlik 220-240v 50HZ, güc 735w (1HP), D/daq 2850, həcmi 100 L. OUKAİ V0.17/100,) 1 ədəd təkər açarı (17, 19, 21, 23 mm, HUAXİANG 30#),1 ədəd təkərin hava göstəricisi (rəqəmsal) (Xcort x-201) natura şəklində verilmişdi. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakın təhvil verilməsinə dair imzalanmış 2022-ci il 16 iyul tarixli müqavilə və 2022-ci il 16 iyul tarixli aktla cavabdehin “Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydasının” tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 14 mart tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Avtomobil şinlərinin bərpası və təmir xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1.2 KW, gərginlik: 220V380V, sürət: 400RPM, səsküy: 710bB, çap: 13-24", kürək gücü: 12bra, iş təzyiqi: 0.8-1.2map, maksimum en: 3-15", maksimal diametr: 1040 mm, DALİ DL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, , balans dəqiqliyi + -1g, qalın diametri 13-24 ", maksimum diametr 1040 mm, maksimum eni 40- 305mm, sürət 190r, , maksimum təkər çəkisi 65kg, gərginlik 220V/50Hz, DALİ CB 988,1 ədəd qaldırıcı qurğu (3 ton, JİNSONG 3T),1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən) (maksimum fırlanma anı (N*m) 1212, maksimum hava sərfi (İ / daq) 119, Maks. iş təzyiqi (Bar) 6.3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L. (gərginlik 220-240v 50HZ, güc 735w (1HP), D/daq 2850, həcmi 100 L. OUKAİ V0.17/100,) 1 ədəd təkər açarı (17, 19, 21, 23 mm, HUAXİANG 30#),1 ədəd təkərin hava göstəricisi (rəqəmsal) (Xcort x-201) aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-Ə-54882/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək, maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, onda onkoloji xəstəlik vardir. İddiaçının əməkdaşları ona verilmiş əşyaların bir ildən sonra mülkiyyətinə keçəcəyini bildirilmişlər. Ona görə həmin əşyalar ona verildiyi vaxtdan bir ildən də çox vaxt keçdikdən sonra müalicə olunması üçün həmin əşyaları satmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan tərəflər arasında bağlanılmış 16 iyul 2022-ci il tarixli Müqavilə və həmin tarixli təhvil-təslim Aktından görünür ki, iddiaçı təhvil-təslim aktında göstərilmiş əmlakı cavabdehə təhvil vermişdir. İdə olan Müqavilənin 3.1.2-ci maddəsindən görünür ki, özünəməşğulluğa cəlb edilmiş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə bir il müddətində əməl olunduğu halda, əmlak özünəməşğulluğa cəlb edilmiş şəxsin mülkiyyətinə verilir. İşdə olan 14 mart 2024-cü il tarixli Aktdan görünür ki, monitorinq zamanı cavabdehə təhvil verilmiş əmlak aşkar ediməmişdir. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 16 iyul 2022-ci il tarixdə “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlamış, iddia ərizəsində göstərilmiş əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin Müqavilənin 3.1.2 bəndinə əsəsən özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən müqavilənin şərtlərinə bir il müddətində əməl olunduğu halda, əmlak həmin şəxsin mülkiyyətinə verilir. İddiaçı 14 mart 2024-cü il tarixdə, yəni, əmlakın cavabdehə verildiyi vaxtdan 1 il 8 ay sonra monitorinq aparmış və cavabdehə verilmiş əşyaları aşkar etməmişdir. Cavabdeh həmin əşyaları müqavilənin şərtlərinə uyğun olaraq, mülkiyyətinə keçdikdən sonra özgəninkiləşdirdiyini bildirmiş, iddiaçı bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar