Məhkəmə qərarları › İş №e-2(042)-661/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-661/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-661/2020 15.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 1804.05 manat məbləğində ziyanın və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551” markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. Həmçinin, **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı markalıavtonəqliyyat vəsitəsi“xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdehidarə etdiyi **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı” avtonəqliyyat vasitəsilə **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinəyol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini həmin növ avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalıavtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1904,05 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən 100 manat azad olma çıxılmaqla 1804,05 manat məbləğində sığorta ödənişinin zərərçəkən nəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və təmir mərkəzinin hesabına köçürmə həyata keçirilmişdir.Mülki hüquq pozuntusu (delikt) Cavabdehtərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddizərər yetirilmişdir. Beləliklə, zərərçəkənə ödənilmiş 1804,05 manat məbləğində vəsait subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixdə o, idarə etdiyi **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı” avtonəqliyyat vasitəsilə Bakı-Qazax yolunun 393-cü kilometrliyində Bakı istiqamətində gedərkən sol tərəfə - Şəmkir-Qeys yoluna dönərkən arxadan gələn **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinə toxunmuşdur. Belə ki, o, sola dönmək üçün nəqliyyat vasitəsinin hərəkətini tam dayandıraraq qarşıdan gələn avtomobillərin keçməsini gözləmişdir. Kamazı hərəkətə gətirən zaman arxada dayanmış “X7” markalı avtomaşına dəymişdir. Onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1976-cıil tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, hazırda həmin kənddə kəndində qeydiyyatdadır. İşdə olan ƏN-Vİ № 202221 seriyalı etibarnamənin surətindən görünür ki, X1 ona məxsus olan **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı” avtonəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh etibar etmişdir. İşdə olan 3024/18/AA-2387/18 saylı sığorta aktından görünür ki, iddiaçı “xxxxxxxxxxxx” Sığorta Şirkəti ASC ilə sığortalı X2 arasında xx.xx.2018-ci il tarixdə PPA********** saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sığorta şəhadətnaməsi üzrə **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı”avtomobil 1 il müddətinə əmlaka vurulan zərər görə 5000 manat, sağlamlığa vurulan zərər görə 50000 manat olmaqla, 55000 manat məbləğində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdehidarə etdiyi **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı” avtonəqliyyat vasitəsilə **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinəyol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 1535 dəqiqədə Cavabdeh idarə etdiyi **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551” markalı avtomobillə Bakı- Qazax yolunun 393-cü kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilə toqquşmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimə vərəqinə əsasən, **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalıavtomobilə dəymiş zərər 1904.05 məbləğində təşkil etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilin təmiri üçün 100 manat azad olma məbləği çıxılmaqla 1804.05 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi baş verməlidir; - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sadalanan icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri mövcud olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olsun. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxxx” ASC ilə sığortalı X2 arasında xx.xx.2018-ci il tarixdə PPA********** saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sığorta şəhadətnaməsi üzrə **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551 markalı”avtomobil 1 il müddətinə əmlaka vurulan zərər görə 5000 manat, sağlamlığıa vurulan zərər görə 50000 manat olmaqla 55000 manat məbləğində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2018-ci il tarixdə saat 1535 radələrində Cavabdeh idarə etdiyi, “xxxxxxxxxxxx” ASCdə sığortalanmış **-BA-*** (k.n.n **-BL-***) dövlət qeydiyyat nişanlı “Kamaz 551” markalı avtomobillə Bakı-Qazax yolunun 393-cü kilometrliyində, **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilə 1904.05 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. **-KJ-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilə dəymiş zərərə görə “xxxxxxxxxxxx” ASC tərəfindən 1904.05 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş ödədiyi 1804.05 manat sığorta ödənişini (100 manat azad olma məbləği çıxılmaqla) Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1804.05 manat məbləğində ziyanın və ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, cəmi 1834 (bir min səkkiz yüz dörd) manat 45 (qırx beş) qəpik məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxxxxx” X4 ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar