Məhkəmə qərarları › İş №e-2(042)-774/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-774/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-774/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı cavabdehdən 500 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 530 manat alınaraq, iddiaçı “xxxxxxxxxxxx” ASC-ə verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “xxxxxxxxxxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxxxx 2020-ci ildə idarə etdiyi “Mercedes Benz C200” markalı, **-OM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ilə hərəkət edərkən manevretmə qaydasını pozmuş və nəticədə “Toyota Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Xəzər RDYPŞ-də tərtib olunan TP3450524 saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati xəta haqqında protokolda Cavabdeh hadisə yerindən yayınması da qeyd edilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə və İAS 200141 saylı xx xxxxxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə 500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, hadisə olan zaman “Toyota Prius” markalı avtomobilin sahibi ilə şifahi razılığa gəlmiş, ona dəymiş ziyanı ödəmişdir. Hadisədən 15 gün sonra Xəzər RDYPŞ-də olmuş, tərtib olunan TP ******* saylı inzibati xəta haqqında protokola əsasən cəriməsini ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İAS 200141 saylı xx xxxxxx 2020-ci il tarixli Sığorta ödənişi aktının surətindən görünür ki, sığortalı Cavabdeh məxsus “Mercedes Benz C200” markalı, **-OM- *** dövlət nömrə nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC-də xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. Müqaviləyə əsasən, ümumi sığorta məbləği 55000 manat müəyyən edilmişdir. İşdə olan sığorta aktının surətindən görünür ki, “Mercedes Benz C200” markalı, **- OM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ilə hərəkət edərkən manevretmə qaydasını pozmuş və nəticədə “Toyota Prius” markalı, **- PB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Toyota Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində zərər dəymişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər RDYPŞ-də tərtib olunan TP3450524 saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati xəta haqqında protokolda Cavabdeh hadisə yerindən yayınması da qeyd edilmişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, “Toyota Prius” markalı, **-PB- ***dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 500 məbləğində təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxx” MMC-ə 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxxxx 2020-ci ildə idarə etdiyi “Mercedes Benz C200” markalı, **-OM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ilə hərəkət edərkən manevretmə qaydasını pozmuş və nəticədə “Toyota Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Xəzər RDYPŞdə tərtib olunan TP3450524 saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati xəta haqqında protokolda Cavabdeh hadisə yerindən yayınması da qeyd edilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 500 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə və İAS 200141 saylı xx xxxxxx 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə 500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hadisə yerindən yayındığı üçün sığortaçının sığortalıya qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 500 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 530 manat alınaraq, iddiaçı “xxxxxxxxxxxx” ASC-ə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 500 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi, 530 manat alınaraq, iddiaçı “xxxxxxxxxxxx” ASC-ə verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar