Məhkəmə qərarları › İş №e-2(042)-847/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-847/2024

10.07.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-847/2024 10.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1129.28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1414.56 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azerbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) dövlət büdcəsinə 1129.28 manat məbləğində (o cümlədən, faizlər üzrə 1129,28 manat), İcbari Tibbi Sığorta Fonduna 1414.56 manat olmaqla, ümumilikdə 2543.84 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məclləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********772100, xx.xx.2024-cü il tarixli **********769300, xx.xx.2024-cü il tarixli **********470300, xx.xx.2024-cü il tarixli **********773800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərizə verərək, mülki işə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizədə qeyd edilmiş borc məbləğləri müəsissənin keçmiş rəhbərlərinin məsuliyyətsizliyi ucbatından yaranmışdır. Yaranmış borc məbləğləri ilə bağlı məsələ yaxın müddətdə həll ediləcəkdir. Məhkəmə maraqlı şəxsin nümayənəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş, şəxsi hesab vərəqələrindən və digər snədlərdən görünür ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) dövlət büdcəsinə 1129.28 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 1414.56 manat olmaqla, ümumilikdə 2543.84 manat borcu vardır. İşdə olan "xxxx" vərəqindən görünür ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmışdır. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İşdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayonunun Arıqdam Bələdiyəsinin sədri Maraqlı şəxs ünvanlanmış bildirişlərdən görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsi və əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddəlrpinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2005-ci il tarixdə vergi qeydiyatına alınmışdır və Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində yerləşir. Hüquqi şəxsin rəhbəri Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borc öhdəliklərini yerinə yetirmir. Dəfələrlə həmin vergi borclarına görə xəbərdarlıq edilmişdir. Nəticədə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (VÖEN: **********) dövlət büdcəsinə 1129.28 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 1414.56 manat olmaqla, ümumilikdə 2543.84 manat borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkvergi orqanlarının hüququdur. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-5- 355-7, 233 –cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 1283228) ölkədən getmək hüququ müvəqqəti – dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcu tam ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar