Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1513/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ərizəçi İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdı: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 09.01.2007-ci il tarixdə doğulmuş X3 Quliyev Ramil Əli oğlunun oğlu olması və onun nəvəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ərizəçi İddiaçı ərizənin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək oğlu X2 09.01.2007-ci ildə doğulmuş X3 atası olmasını etiraf etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında göstərdi ki, X9 ilə 1973-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bigə nikahdan 1979-cu ildə anadan olmuş X11 uzun müddət Rusiya Federasiyasında yaşamışdır. O, 2005-ci ildə X4 ilə qeyri-rəsmi ailə qurmuşdur. Oğlu Ramil 07.09.2006-cı il tarixdə vəfat etmişdir. Oğlu Ramil hələ sağ olarkən onlara bildirmişdir ki, X4 ilə evliliklərindən uşaqları olasıdır. Oğlu Ramil 07.09.2006-cı il tarixdə vəfat etdikdən sonra 09 yanvar 2007-ci il tarixdə Artur adlı övladları doğulmuşdur. X4 ilə oğlunun rəsmi nikahları olmadığından Arturun soyadı anasının soyadı, ata adı isə anasının ata adı ilə qeyd edilmişdir. Anna Mayakova sonradan digər şəxs ilə rəsmi nikaha daxil olmuş, buna görə də nəvəsi Arturu Gəncə şəhərinə öz yanına gətirmişdir. Nəvəsi Artur 4 il onun yanında yaşamış, Gəncə şəhər Uşinski adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır.2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı yaşadıqları Gəncə şəhəri, A.İmamquliyeva küçəsi, döngə 1, ev 17-yə raket düşməsi nəticəsində onunla birgə yaşayan nəvəsi Artur Mayakov aldığı zədələrdən 24 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Artur Mayakov onun nəvəsi olsa da bu fakt onun doğum şəhadətnaməsində öz əksini tapmamışdır. Çünki oğlu Arturun anası ilə rəsmi nikahda olmamışlar. Buna baxmayaraq Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında 30 noyabr 2020-ci il tarixli qərarın təsviri hissəsində Artur Mayakovun nənəsi olmağı qeyd olunmuş, qərarın nəticə hissəsində Arturun varisi kimi tanınmışdır. Beləliklə, şəhid ailəsi statusunun verilməsi barədə müvafiq arayışın verilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Gəncə şəhər İcra Hakimiyyəti müraciətinə cavab olaraq qeyd etmişdir ki, onun Artur Mayakov ilə rəsmi qohumluq faktının müəyyən olunmadığı üçün ona şəhid statusu verilməmişdir. X17 ilə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəçi ilə eyni məzmunda çıxış edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 qızı ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudurlar. Ramil ərizəçinin oğlu olmuşdur. Rusiyada yaşamışdır. Onlar eşitmişlər ki, Ramin orada rus vətəndaşı ilə qeyri rəsmi ailə münasibətindədir və ondan övladı olacaqdır. Daha sonra Ramil 2006-ci il tarixdə vəfat etmişdir. Rəqibə təxminən 4 il bundan əvvəl Ramilin oğlu olan Arturu gedib Rusiyadan gətirmişdir. Hansı səbəbə gətirməsini isə bilmir. Artur ermənilərin Gəncə şəhərinə atdığı raket nəticəsinə 2020-ci ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ramin onun dostu olmuşdur. 2006-ci ildə vəfat etmişdir. Vəfat edənədək Rusiyada yaşamış, orada rus qadınla qeyri rəsmi ailə münasibətində olmuşdur. Ramil hələ sağlığında həmin ailə qurduğu rus qadından övladları olacağını bildirmişdir.Ramilin həmin rus qadınla ailə münasibətlərindən Artur adlı oğlu olmuşdur.Ramil öldükdən sonra anası Rəqibə Arturu Azərbaycana gətirmişdir. Artur 2020-ci ildə ermənilərin atdığı raket nəticəsində ölmüşdür. Artur ölənə qədər nənəsi Rəqibənin yanında yaşamış və 29 nömrəli məktəbdə təhsil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Rəqibə ilə qonşudurlar. Rəqibənin oğlu Ramin Rusiyada yaşamış və orada rəhmətə getmişdir. Raminin oğlu Artur Rəqibə ilə yaşamış və burada oxumuşdur. Artur atılan raket nəticəsində 2020-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ 258152 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 07.09.2006-cı il tarixdə ölmüşdür. Vİİİ-JQ 264980 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı nikahlarından 07.04.1979-cu il tarixdə Ramil adlı övladları olmuşdur. 756816 nömrəli, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 09.07.2007-ci ildə anadan olmuş X3 ana qrafasında X4 qeyd edilmişdir, ata qrafası isə boş saxlanmışdır. AZ-İİ 110711 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 24.10.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr nəticəsində ölmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq idarəsinin 30.11.2020-ci il tarixli qərarından görünür ki, ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində İddiaçı tanınmışdır. Gəncə Şəhər Təhsil İdarəsi K,D.Uşinski adına 29 nömrəli tam orta məktəd tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, 159 nömrəli arayışdan görünür ki, X5 15.09.2016-cı ildən 2020-ci ilin oktyabrına qədər Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə oxumuşdur. Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış 14.04.2022-il tarixli məktubundan görünür ki, X5 ilə rəsmi qohumluq faktı müəyyən edilmədiyi üçün şəhid statusu verilməmişdir və şəxsin məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları o cümlədən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi oğlu Quliyev Ramil Əli oğlunun 09.01.2007-ci ildə anadan olmuş nəvəsi Arturun atası olması faktını təstiq edən lazımı sənədi əldə edə bilmir, hansı ki, şəhidlik statusu məsələsinin həlli üçün həmin faktın müəyyən edilməsi vacibdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməklə mərhum X2 09.01.2007-ci ildə anadan olmuş Arturun atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı oğlu X2 09.01.2007-ci ildə anadan olmuş Arturun atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-1513/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1513/2022
08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver