Məhkəmə qərarları › İş №e-2(043)-1596/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1596/2021

07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1596/2021 07.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsinə qarşı əmlakın müsadirə siyahasından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nzirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 148,4 kv/m dörd yaşayış otağından, 236.6 kv/m köməkçi sahədən, 188,9 kv/m zirzəmidən ibarət olan “A” literli yaşayış binasının və 2747 kv/m torpaq sahəsinin müsadirə siyahısından çıxarılaraq onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsini cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı, digər bir hissəsi isə X2 adına olmuşdur. Mülkün İddiaçı adına olan hissəsi 148,4 kv/m dörd yaşayış otağından, 236,6 kv/m köməkçi sahədən, 188,9 kv/m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv/m torpaq sahəsindən ibarət olmuşdur. Həmin hissə İddiaçı mükiyyətinə Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmünə əsasən İddiaçı və X2 adlarına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi müsadirə edilmişdir. Sözügedən hökm X1 cinayət işi ilə əlaqədar olmuşdur və bu əmlaklar cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilmişdir. Lakin həmin mülk hələ 1992- ci ildə bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir və onun Surət Hüseynovun cinayət işi ilə heç bir əlaqəsi olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16.05.2008-ci il tarixli, 1086 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 148,4 kv/m dörd yaşayış otağından, 236,6 kv/m köməkçi sahədən, 188,9 kv/m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv/m torpaq sahəsindən ibarət olmuşdur. Həmin hissə İddiaçı mükiyyətinə Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfinin verilmiş 12.06.2019-cu il tarixli, **********88 nömrəli məktubdan görünür ki, Gəncə şəhər Nizami rayon Ədliyyə Polis Bölməsinin 16.06.1999-cu il tarixli 442/99 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.1999-cu il tarixli 2- 20/99 nömrəli hökmünə əsasən İddiaçı və X2 adlarına olan Gəncə şəhəri, Lermontov küçəsi, 26 saylı fərdi yaşayış evi müsadirə edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən bu əmlakın bir «hissəsi X2 mülkiyyətinə qaytarılmışdır, digər hissəsinin müsadirədən çıxarılıb-çıxarılmaması barədə 3 saylı Gəncə ərazi idarəsində məlumat yoxdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi əmlak X1 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunraq İddiaçı mülkiyyət hüququ itirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən mülkiyyət hüququnun itirilməsinin növlərindən biri də əmslakın müsadirə olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlakın müsadirə siyahasından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlakın müsadirə siyahasından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar