Məhkəmə qərarları › İş №e-2(043)-797/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-797/2022

23.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-797/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi İddiaçı “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 5 may 1970-ci il təvəllüdlü mərhum X22 oğlu ilə nikah münasibətlərində olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kəndində doğulmuşdur. 31 avqust 1991-ci ildə öz razılığı ilə mərhum X14 ilə birgə atası evinə gəlmiş, 29 sentyabr 1991-ci ildə el adəti ilə toyları olmuşdur. Həmin vaxt o, nikah yaşına çatmadığı üçün rəsmi qaydada nikahları qeydə alına bilməmişdir, çünki həmin vaxt onun 17 yaşı olmuşdur. Bundan sonra onlar birgə Gəncə şəhəri Musabəyov küçəsində yaşamağa başlamışlar. Mərhum əri X14 27 mart 1992-ci ildə könüllü olaraq Milli Orduya getmiş, 15 may 1992-ci ildə Ağdam rayonunun Gülablı kəndindəki döyüşlərdə həlak olmuşdur. Bu səbəbdən onlar nikahlarını rəsmiləşdirə bilməmişlər. Onun mərhum həyat yoldaşı X14 ilə faktiki nikah münasibətində olmağı və birlikdə yaşamaları həm toyda çəkilmiş şəkillər, həm də şahidlərin ifadəsi ilə təsdiq olunur. Bu səbəblə məhkəmədə şahidlər dindirilə bilər. Onların faktiki nikah münasibətlərində olmaları digər əhəmiyyətli sənədlərlə də sübut oluna bilər. Belə ki, birgə evliliklərindən 22 noyabr 1992-ci il tarixdə Gəncə şəhərində övladları doğulmuşdur. Gəncə Nizami Rayon Xalq Məhkəməsinin 2-564-1992 nömrəli qətnaməsi ilə 22 noyabr 1992-ci il tarixdə doğulmuş oğlu X15 atasının X14 olması faktı müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 342659 nömrəli şəhadətnamə ilə X1 Pərviz Pərviz oğlunun atası hesab edilmişdir. X3 doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının X14 qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə mərhum həyat yoldaşı X8 Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə vətənpərvərlik nümunəsi göstərdiyi üçün “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Mərhum əri X14 Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 7 iyun 1992-ci il tarixli 00175 nömrəli “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. Kəpəz şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 10.01.2008-ci il tarixdə 008345 nömrəli vəsiqə verilmiş, Azərbaycan X18, veteranları və X30 birliyinin 21 yanvar 2021-ci il tarixdə 019908 nömrəli şəhid ailəsinin üzvü kimi vəsiqə verilmişdir. O, 27 dekabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri ilə görüşünə də dəvət olunmuşdur. O, nikahlarının bərpası üçün 31 yanvar 2022-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 31 yanvar 2022-ci il tarixli 10 nömrəli məktubu ilə ona faktiki nikah münasibətində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktının məhkəmə qərarı əsasında müəyyən edilə bilməsi bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu faktın təsdiq olunması ona “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsdiq edilməsi haqqında” 14 iyul 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin dul arvadlarına verilən təqaüdün alınması üçün zəruridir. Belə ki, bu vaxta qədər həmin təqaüd oğlu X17 verilmiş, lakin halhazırda oğlu müəyyən yaşa çatdığı üçün həmin təqaüdü ala bilmir. Ona şəhid ailəsinin üzvü kimi təqdim edilmiş vəsiqələrdə də görünür ki, o, mərhum X5 ailə üzvü kimi tanınmışdır. Lakin, hal-hazırda onunla rəsmi nikahlarını təsdiq edən hər hansı sənəd olmadığı üçün ona Azərbaycan Milli Qəhrəmanının dul arvadlarına təsis edilmiş təqaüd ödənilmir. Nikahlarını təsdiq edən sənədləri başqa qayda da əldə etməyi mümkün deyil. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X20 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 008345 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan ömürlük istifadə etmək hüququ vardır. X18, Veteranları və X30 Birliyi tərəfindən verilmiş ŞA seriyalı, 019908 nömrəli vəsiqənin surətindən görünür ki, X6 şəhid ailəsi statusuna malikdir, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan müddətsiz istifadə etmək hüququ vardır. Gəncə Nizami Rayon Xalq Məhkəməsinin 2-564-1992 nömrəli qətnaməsi ilə 22 noyabr 1992-ci ildə Gəncə şəhərində İddiaçı anadan olmuş X7 atasının X21ması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İ-ЖГ seriyalı, 342659 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X16 22 noyabr 1992-ci il təvəllüdlü X15 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş İİ-СЛ seriyalı, 000640 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Ermənistan SSR Amasiya rayonunda doğulmuşdur. X2, anası X12r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 22 noyabr 1992-ci il tarixdə doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 31 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə cavab olaraq faktiki nikah münasibətlərində olma faktı məhkəmənin qətnaməsi ilə müəyyən edildiyindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, ərizəçinin 1991-ci ildə faktiki nikah münasibətində olması məsələsinə 01.06.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Nigah və Ailə Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01.06.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 6-cı maddəsinə əsasən Azərbaycan SSR-də nikah və ailə münasibətlərinin hüquqi tənzimi yalnız dövlət tərəfindən həyata keçirilir. Yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini mərasimlər hüquqi əhəmiyyətə malik deyildir.Bu qayda vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan sovet orqanlarının yaradılmasına və ya bərpa olunmasınadək icra olunmuş dini mərasimlərə və onların təsdiqinə dair doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında alınmış sənədlərə aid deyildir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Bəzi müstəsna hallarda rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi nikah yaşını bir ildən çox olmayaraq azalda bilər. Ərizəçi 31 avqust 1991-ci il tarixdə ailə qurduğunu, lakin nikahlarının rəsmiləşdirə bilməmələrinin səbəbini həmin vaxt onun 17 yaşı olması ilə əlaqələndirmişdir. Lakin işin faktiki hallarından da göründüyü kimi mərhum Pərviz Səmədov hərbi xidmətə gedənədək ərizəçi qanunvericilikdə nəzərdə tutulmuş nikah yaşına çatmış və nikahın rəsmiləşdirilməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir məhdudiyyət olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə əsasən məhkəmələr ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Şəxsin faktiki nikah münasibətlərində olması faktı yalnız müəyyən məhdudiyyət çərçivəsində məhkəmə tərəfindən müəyyən edilə bilər. Həmin məhdudiyyyət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsində göstərilməsə də həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Ərizəçi 31 avqust 1991-ci il tarixdə ailə qurduqlarını göstərdiyindən hazırkı ərizənin təmin edilməsi və ərizəçinin faktiki nikah münasibətlərində olması faktının müəyyən edilməsi mümkün deyildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 5.1-ci bəndində qeyd edilir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X35 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz izahında həmin mənanı daha da ətraflı izah edərək 08 iyul 1944-cü il tarixdən sonra faktiki nikah münasibətlərində olma faktının hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyini aşkar surətdə qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi İddiaçı “nikahda olma faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar