Məhkəmə qərarları › İş №e-2(044)-1409/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1409/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1409/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş siğorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş siğorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər görə 728.36 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq PAŞA Sığorta ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01.04.2019-cu il tarixdə idarə etdiyi “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi nəticəsində PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən 01.04.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. X4 MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 828.36 manat müəyyən edilmişdir. PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02.10.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 100 manat azadolma çıxılmaqla 728.36 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 728.36 manat məbləğində vəsaitin PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Ona görə də “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər görə 728.36 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq PAŞA Sığorta ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 02.10.2019-cu il tarixli tarixdə tərtib olunmuş sığorta aktından görünür ki, 01.04.2019-cu il tarixdə Gəncə şəhəri, Ə.Əliyev küçəsində hərəkət edərkən H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobil “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobilə 828.36 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən xxxx MMC-yə məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı minik tipli avtomobil 15.01.2019-cu il tarixdən 14.01.2020-ci il tarixədək sığortalanmışdır. 07.08.2019-cu il tarixli 254275 saylı elektron qaimədən görünür ki, PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02.10.2019-cu il tarixdə tərtib olunmuş siğorta aktına əsasən 728.36 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə X4 MMC tərəfindən tərtib olunmuş zərər aktının surətindən görünür ki, H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobilə dəymiş zərər 828.35 manat manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AB 843607 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobil “xxxx” MMC-nin adına qeyd edilmişdir. İş materiallarında olan AE 100644 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 01.08.2013-cü il tarixdə X2 verilmiş sürücülük vəsiqəsi 01.08.2023-cü il tarixədək etibarlıdır. İş materiallarında olan AB 410040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeyd edilmişdir. İş materiallarında olan AB 782060 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 12.03.2013-cü il tarixdə Cavabdeh adına verilmiş sürücülük vəsiqəsi 12.03.2023-cü il tarixədək etibarlıdır. 05.04.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 01.04.2019-cu il tarixdə saat 07:55-də Gəncə şəhəri, Ə.Əliyev küçəsində H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobil “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 01.04.2019-cu il tarixli İXP ******* saylı X3 Protokolun surətindən görünür ki, 01.04.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçməyərək yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan X1 Gəncə şəhər BPİ-nin DYP şöbəsində vermiş olduğu izahatından görünür ki, o, 01.04.2019-cu il tarixdə təxminən saat 07:55 radələrində H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobil ilə Bəxtiyar Əliyev küçəsi istiqamətindən Əziz Əliyev küçəsi ilə düzünə X6 küçəsi istiqamətində hərəkətdə olarkən “VAZ 2106” markalı avtomobil sağa sola manevr edərək sola Lermontov küçəsinə dönmək üçün sürətini kəskin azaltdı. Bunu görəndə əyləci basıb avtomobili dayandırdı, lakin arxadan “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi seçməyərək arxadan vuraraq toqquşdu. İş materiallarında olan Cavabdeh Gəncə şəhər BPİ-nin DYP şöbəsində vermiş olduğu izahatından görünür ki, o, 01.04.2019-cu il tarixdə təxminən saat 07:55 radələrində idarə etdiyi “Mercedes Benz E 200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bəxtiyar Əliyev küçəsi istiqamətindən Əziz Əliyev küçəsi ilə düzünə X6 küçəsi istiqamətində hərəkətdə olarkən qarşıda H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobilinin sürücüsü anidən əyləci basdığından həmin avtomobillə toqquşmuşdur. 01.11.2019-cu il tarixdə PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubdan görünür ki, PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən H024423 dövlət qeydiyyat nişanlı Ford Fiesta markalı avtomobilə dəymiş ziyan - 728.36 manat ödənilmiş və 15 gün ərzində Cavabdeh PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyətinin bank hesabına həmin vəsaitin ödənilməsi xahiş olunmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 728.36 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən siğorta hadisəsi baş verən zaman siğorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyəti-nə keçdiyindən ödənilmiş 728.36 manat siğorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 728.36(yeddi yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat sığorta ödənişi və ödənilmiş 30(otuz) manat dövlət rüsumu, 40(qırx) qəpik bank xidmət haqqı alınaraq iddiaçı PAŞA Sığorta Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar