Məhkəmə qərarları › İş №e-2(044)-3650/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3650/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3650/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim-Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi- Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçı "xxxx"ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx"ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üçüncü şəxslərə ödənilmiş ümumilikdə 5000(beş min)manat sığorta ödənişi məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx"ASC iddiasını onunla əsaslandırmışdır ki, VAZ 21074” markalı, 90XM477 dövlət qeydiyyat nişanlı avtomobil 23.09.2019-cu il tarixli PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh 15.11.2019-cu il tarixdə, saat 22:08 radələrində həmin avtomobili Gəncə şəhəri, Nizami prospektində idarə edərkən “Mercedes Benz 320” markalı, ******* dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və zərbədən “Mercedes Benz 320” markalı, ******* dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanan “VAZ 21154” markalı, 90 MN766 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Gəncə şəhər BPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 03.12.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından və “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 16.11.2019-cu il tarixli, 4143/2019 saylı Aktdan görünür ki, 2019-cu ilin 15 noyabr tarixində saat 22:08 dəqiqədə Gəncə şəhəri, Nizami prospektində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina edib və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz 320” markalı, ******* dövlət qeydiyyat nişanlı və “VAZ 21115” markalı, 90MN706 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək müvafiq olaraq 3460 (üç min dörd yüz altmış) və 1665 (bir min altı yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. “Mercedes Benz 320” markalı, 102U288 dövlət qeydiyyat nişanlı və “VAZ 21115” markalı, 90MN706 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin ümumi miqdarı 5125 (beş min yüz iyirmi beş) manat olduğundan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 58.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla sığorta ödənişi hesablanarkən sığorta ödənişinin məbləği tərəflər arasında mütənasib bölünmüş və 18.18.2019-cu il tarixli 1-572/19 saylı sığorta ödəniş aktına və 25.12.2019-cu il tarixli **********9 saylı ödəniş tapşırığına əsasən “Mercedes Benz 320” markalı, ******* dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün 3375.61 (üç min üç yüz yetmiş beş manat, 61 qəpik) manat, 18.12.2019-cu il tarixli, 1-574/19 sığorta ödənişi aktına və 25.12.2019-си il tarixli, **********8 saylı ödəniş tapşırığına əsasən, “VAZ 21115” markalı, 90MN706 dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün 1624,39 (bir min altı yüz iyirmi dörd manat, 39 qəpik) faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Üçüncü şəxslərə ödənilmiş 5000 (beş min) manat cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili idarə edərkən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddələrinə əsasən "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: 15.11.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üç nəqliyyat vasitəsi toqquşması ilə müayət edilən yol-nəqliyyat hadisəsi baş vermişdir.Hər 3 avtomobil N.Gəncəvi prospektində yolun sağ tərəfində Şəmkir rayon istiqamətində dayanmışdır; Gəncə şəhər Baş Polis İdarəsinin 03.12.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh idarə etdiyi VAZ-21074 markalı avtomaşınla hərəkətdə olarkən 15.11.2019-cu ildə yol nəqliyaat hadisəsi törətmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03.12.2019-cu il tarixli qərardan görünür ki, 15.11.2019-cu il tarixdə saat 23:03 radələrində Gəncə BPİ-nin növbətçi hissəsindən VAZ-2107 markalı ** XM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 15.11.2019-cu il tarixdə hadisə yerine tərəfimdən baxış keçirilmiş, baxış гапаг müəyyən edilmişdir ki, hadisə yerl Gəncə şəhəri Nizami Gəncəvi prospektində, avtomobillərin hərəkəti üçün nəzərədə tutulmuş hissəsində yerləşir. Hadisə yerində avtomobil yolu quru və düz olmaqla asfalt örtükdən ibarətdir, avtomobil yolu iki tərəfli hərəkət istiqamətinə malikdir. Bir hərəkət istiqamətini digərindən qoşa nişanlama xətti ayırır. Hadisə yerində avtomobil yolunun ümumi eni 18 metrdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh Fərhad oğlu idarə etdiyi VAZ-2107 markalı ** XM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Gəncə şəhəri N.Gəncəvi: brospekti ilə hərəkətdə olarkən Gəncə şəhəri N.Gəncəvi prospektində yerləşən Elsəvər mağazasının bərabərliyində onunla eyni istiqamətdə hərəkət edən X4 İdarə etdiyi Mercedes Benz markalı ** ZU *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dəyərək idarəetməni itirib yolun sağında olan kəbə daşlarına dəyib dayanmışdır. Mercedes markalı ** ZU *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın isə həmin prospektdə yolun sağ kənarında dayanmış X5 məxsus VAZ-2154 markalı ** MN ***. dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymişdir. Hadisə yerində avtomobilərə məxsus şüşüə qırıntıları və su halında rəngli maye vardır. Hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış gecə vaxtı süni işıqlandırma şəraitində aparılmışdır.Həmin qərarla cinayət işinin başlanması rədd edilərək İXM-nin 343.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir; 25.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx"ASC tərəfindən X6 1624,39 manat pul köçürülmüşdür; 25.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx"ASC tərəfindən X2 3375,61 manat pul köçürülmüşdür; 22.09.2019-cu il tarixli icbari sığorta müqaviləsindən görünür ki, sığortalı X11 ilə "xxxx"ASC arasında 12 aylıq müqavilə bağlanılmış, həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 AZN sığorta məbləği müəyyən edilmişdir; "xxxx"MMC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, 90MN706 dövlət nömrə nişanlı, VAZ21115 markalı avtomobilə 1665 manat ziyan dəymişdir; "xxxx"MMC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, 10ZU288 dövlət nömrə nişanlı, Mercedes Benz markalı avtomobilə 3460 manat ziyan dəymişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx"ASC-nin nümayəndəsi X7 iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək, izahatında göstərdi ki, əvvəlcə avtonəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini zənn etmişdir.Həmin vaxtı o həyəcanlı olmuşdur.Ətrafına çoxlu sayda tanımadıqları insanlar yığışıb, onu qınaq obyektinə çevirdiklərindən o avtomobilini hadisə yerində saxlayaraq çıxıb getmişdir. O, sərxoş olmamışdır. Gəncə şəhər Nizami rayon məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə İXM-nin 343.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin yol nəqliyyat hadisəsində onun heç bir təqsiri olmamışdır. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə görə Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının MM-nin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsinin hazırki iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Yəni onun təqsirinin olmasına dair hər hansı inzibati qərar qəbul edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarla cinayət işinin başlanması rədd edilərək İXM-nin 343.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmiş, Cavabdeh Gəncə şəhər Nizami rayon məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə İXM-nin 343.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda yaranır. Odur ki, hazırki iş üzrə cavabdehə münasibətdə sığorta hadisəsi yaranmadığından iddia tələbi tələbi təmin edilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar