Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-384/2021 04.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi, payın naturada ayrılması, ayrılmış paya mülkiyyət hüququnun verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Mməhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində olan 2/4 hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi, payın naturada ayrılması, ayrılmış paya mülkiyyət hüququnun verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi, paylı mülkiyyətdə olan payın naturada ayrılması və ayrılmış paya mülkiyyət hüququnun verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, yəni ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin X1 qalan miras əmlakın (paylı mülkiyyətdə olan payının 1/4 hissəsinin) onun tərəfindən qəbul edilməsi, payın naturada ayrılması və ayrılmış paya mülkiyyət hüququnun verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun hal-hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/4 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və mülkiyyət hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlkın dövlət reyestrində qeydə alınmışdır. Həmin mülk paylı mülkiyyətdə olmasına baxmayaraq, o, öz istifadəsində olan hissəsini faktiki olaraq digər mülkiyyətçilərdən ayırmasına baxmayaraq özünə aid olan hissəni onlardan ayıra bilməmiş, bu səbəbdən də tez-tez digər mülkiyyətçi mərhum X4 həyat yoldaşı olan Cavabdeh ilə aralarında söz-söhbət olmuş və nəticədə mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Onların hazırda istifadələrində olan yaşayış sahələri öz aralarında naturada bölünmüşdür və o, həmin vəziyyətdə bölgünün sənədləşdirilməsini istəyir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 222 saylı fərdi yaşayış evində yerləşən A və B literli yaşayış evləri biri birindən təcrid olunması, yaşayış evlərinin yaşayış sahələri və yardımçı tikililəri faktiki olaraq aralarında naturada bölünmüş vəziyyətdə olduğu kimi bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmədən ilkin iddianın təmin və qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışla X8, X9, X7 və İddiaçı hər birinin payları 1/4 hissədə olmaqla müəyyən edilmişdir. Paylı mülkiyyətçilərdən birinin payları 1/4 hissədə olmaqla müəyyən edilmişdir. Paylı mülkiyyətçilərdən baldızı X7 07 fevral 2012-ci il tarixdə vəfat etmişdir və Sahilə vəfat etdikdən sonra ondan qalan miras əmlakı yəni, Gəncə şəhəri, Zərrabi küçəsi, 222 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindəki 1/4 hissəsində payını faktiki olaraq o, qəbul etmiş, onun mirası qəbul etməsi ilə əlaqədar olaraq heç bir mübahisə predmeti olmamış və vərəsələrdən heç kim bununla əlaqədar olaraq etirazlarını bildirməmişlər. Bununla da mərhum həyat yoldaşı X2 qalan miras əmlaka, Gəncə şəhəri, Zərrabi küçəsi, 222 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindəki 1/4 hissəsində vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Əlavə olaraq bildirdi ki, onların hazırda istifadələrində olan yaşayış sahələri öz aralarında naturada bölünmüşdür və o, həmin vəziyyətdə bölgünün sənədləşdirilməsinə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, 25.04.2013-cü il tarixli ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 222 saylı fərdi yaşayış evi hər birinə 1/4 hissə pay ilə X4, X5, İddiaçı, X3 adlarına qeyd edilmişdir. 14.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 222 saylı fərdi yaşayış evi 1/4 hissə pay ilə X4, 2/4 hissə pay ilə İddiaçı, 1/4 hissə pay ilə X3 adlarına qeyd edilmişdir. 29.04.1991-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh nikahları 29 aprel 1991-ci il tarixdə 282 saylı akt qeydi ilə bağlanmışdır. 07.02.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07.02.2012-ci il tarixdə vəfat etmişdir. 20.11.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.05.2021-ci il tarixli 10/756 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 222 saylı fərdi yaşayış evinin naturada paylardan kənara çıxmaqla real bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olması, lakin İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 222 saylı fərdi yaşayış evində olan 2/4 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 222 saylı fərdi yaşayış evində yerləşən A və B literli yaşayış evlərinin planlı yerləşmələri, faktiki olaraq tərəflərin arasında bölünmüş vəziyyətdə olması, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunması, yaşayış evlərinin biri birindən təsrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylardan kənara çıxmaqla real bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Məhkəmə ilkin iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy ilkin iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 222 saylı fərdi yaşayış evində yerləşən A və B literli yaşayış evləri biri birindən təcrid olunmalı, yaşayış evlərinin yaşayış və yardımçı tikililəri faktiki olaraq tərəflərin arasında naturada bölünmüş vəziyyətdə bölünməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi, payın naturada ayrılması, ayrılmış paya mülkiyyət hüququnun verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 222 saylı fərdi yaşayış evində yerləşən A və B literli yaşayış evləri biri birindən təcrid olunsun, yaşayış evlərinin yaşayış və yardımçı tikililəri faktiki olaraq tərəflərin arasında naturada bölünmüş vəziyyətdə bölünsün. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «mirasın qəbul edilməsi, payın naturada ayrılması, ayrılmış paya mülkiyyət hüququnun verilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-384/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-384/2021
04.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver