Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-457/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh 1500 (min beş yüz) ABŞ dolları, 5465 (beş min dörd yüz altmış beş) manat, hüquqi xidmət üçün ödənilmiş 410 (dörd yüz on) manat,ödənilmiş 106 (yüz altı) manat dövlət rüsumu, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat və 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünün “Halal Bildirçin” Fermasının rəhbəri olduğunu və hər ay əldə olunan gəlir onların arasında iki yerə bölünməsi şərti ilə həmin biznesin investoru olaraq biznesin inkişaf etdirilməsi üçün 10000 (on min) manat məbləğində pul yatırım etməsini ona təklif etmişdir. O, Cavabdeh inannaraq onun təklifi ilə razılaşmış və Cavabdeh 14.05.2021-ci il tarixdə onunla ilkin olaraq nəğd şəkildə 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul aldığını və yuxarıda qeyd olunan qaydada onunla razılığa gəlməsinə dair əl yazması ilə yazılı şəkildə müqavilə tərtib edərək öz imzasıyla təsdiq etmişdir. Onlar arasında razılaşmaya uyğun olaraq o, milliön elektron ödəmə sistemi vasitəsi ilə 00550 saylı terminaldan 16.05.2021-ci il tarixdə, saat 14:00:24-də “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə Cavabdeh adına olan 53743*********4443 saylı kart hesabına 4700 (dörd min yeddi yüz) manat məbləğində pul ödəniş etmişdir (əməliyyat ********* ATB8-********). Həmçinin o, milliön elektron ödəmə sistemi vasitəsi ilə 17.05.2021-ci il tarixdə, saat 00:42:42-də 20018 saylı terminaldan AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə Cavabdeh adına olan 53743*********4443 saylı kart hesabına 765 (yeddi yüz altmış beş) manat məbləğində pul ödəniş etmiş (əməliyyat ********* ATB8-658817). Onun tərəfindən Cavabdeh pul ödənildikdən sonra Cavabdeh “Halal Bildirçin” Fermasının rəhbəri olmadığını öyrənmiş və o, aldadıldığını bilmişdir. Bundan sonra o, cavabdehə ödədiyi pulların geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində xahiş etdi hissəsində1500 (min beş yüz) ABŞ dolları məbləğində pul tələbinin təkrarən yazılmasını texniki səhv kimi qəbul edərək, Cavabdeh 1500 (min beş yüz) ABŞ dolları, 5465 (beş min dörd yüz altmış beş) manat, hüquqi xidmət üçün ödənilmiş 410 (dörd yüz on) manat,ödənilmiş 106 (yüz altı) manat dövlət rüsumu, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14.05.2021-ci il tarixli əlyazma müqavilədən görünür ki, “Halal Bildirçin” Fermasının rəhbəri Cavabdeh və İddiaçı arasında bağlanmışdır ki, bundan sonra İddiaçı “Halal Bildirçin” Ferması biznesinə investor olaraq 10000 (on min) manat dəyərində məbləğ yatırır. Burada şərt ondan ibarətdir ki, İddiaçı Firuddin oğlu 02 (iki) ay müddətində satış qane etdiyi halda əlavə sərmayə yatırımı edəcəkdir. Satış nəticə qane etməsə biznesə yatırılan məbləğ İddiaçı tam olaraq qaytarılacaqdır. O, Cavabdeh imzası ilə təsdiqləmişdir ki, İddiaçı 5000 (beş min) ABŞ dolları məbləği almış və “Halal Bildirçin” Ferması biznesi üçün inkişaf, satışın artırılması üçün bütün lazımi işləri öz öhdəliyinə götürmüşdür. Əldə onunan gəlir, mənfəət tərəflər arasında iki yeə bölünərək aidiyyatı işçi xərcləri ödəniləcəkdir. Cavabdeh-ilkin olaraq 1500 (min beş yüz) ABŞ dolları əldən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 17.05.2021-ci il tarixli milliön elektron ödəmə sistemi qəbzindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə 53743*********4443 saylı kart hesabına 765 (yeddi yüz altmış beş) manat məbləğində pul ödənişi olmuşdur. İş materiallarına əlavə edilmiş 16.05.2021-ci il tarixli milliön elektron ödəmə sistemi qəbzindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə 53743*********4443 saylı kart hesabına 4700 (dörd min yeddi yüz) manat məbləğində pul ödənişi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 1500 (min beş yüz) ABŞ dolları, 5465 (beş min dörd yüz altmış beş) manat, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 5465 (beş min dörd yüz altmış beş) manat, hüquqi xidmət üçün ödənilmiş 410 (dörd yüz on) manat, ödənilmiş 106 (yüz altı) manat dövlət rüsumu, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat və 1500 (min beş yüz) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5465 (beş min dörd yüz altmış beş) manat, hüquqi xidmət üçün ödənilmiş 410 (dörd yüz on) manat, dövlət rüsumu kimi ödənilmiş 106 (yüz altı) manat, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat və 1500 (min beş yüz) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə tutularaq, İddiaçı verilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-457/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(044)-457/2022
25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver