Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-540/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi” iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3102,40 manat yol-nəqliyyat hadisəsi ilə bağlı verilmiş sığorta ödənişinin məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 dekabr 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh oğlu idarə etdiyi “X4” markalı ** EG *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, C.Xəndan küçəsi ilə Rəcəbli küçəsinin kəsişməsində hərəkət edən zaman yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200026 saylı, 18 fevral 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8102,40 (səkkiz min yüz iki manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASCdə sığortalandığından 5.000 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də “X4” markalı, ** EG *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 18.02.2020-ci il tarixli AKS200026 saylı sığorta ödənişi aktının surətindən görünür ki, X2 məxsus “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta dəyəri 45.235 manatdır. 18.12.2019-cu il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, C.Xəndan və Ə.Rəcəbli küçələrinin kəsişməsində yol ayrıcını keçmə qaydalarının pozulması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilə 8,102.40 manat məbləğində dəymiş ziyan "xxxx" ASC tərəfindən X1 hesabına köçürülmüşdür. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, X2 məxsus “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. 13.02.2020-ci il tarixli, AA039988 saylı aktın surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin “Auto Azərbaycan” Servis Mərkəzində ehtiyat hissələrinin dəyişdirilməsi nəticəsində yekun təmiri 8302.40 manat təşkil edir. 14.02.2017-ci il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan məktubun surətindən görünür ki, 18.12.2019-cu il tarixdə Bakı şəhəri, C.Xəndan küçəsi Ə.Rəcəbli küçələrinin kəsişməsində Cavabdeh tərəfindən idarə edilən “X4” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8102.40 manat zərərin Cavabdeh geri qaytarmalı olduğu sonuncuya bildirilmişdir. 18.12.2019-cu il tarixli TP-3412531 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 18.12.2019-cu il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, C.Xəndan küçəsi Ə.Rəcəbli küçələrinin kəsişməsində “X4 111 CDİ” yük markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-ayrıcını keçmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 20.02.2020-ci il tarixli, 000613 saylı ödəniş tapşırığının surətindən görünür ki, 8102,40 manat X2 məxsus hesaba ödənilmişdir. 14.06.2021-ci il tarixli, 9/2739 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2017-ci il buraxılışlı “Hyundai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8302.0 manat müəyyən edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş sığortaçı olan "xxxx" ASC-nə keçdiyindən ödənilmiş 3102,40 manat sığorta ödənişi və dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.06.2021-ci il tarixli, 9/2739 nömrəli rəyi ilə əlaqədar 100 (yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə xərci olaraq Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 3102,40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-540/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-540/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver