Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-739/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh5 qarşı məhkəməyə müraciət edərək “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 işə məhkəmədə baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində cəlb edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iş üzrə tələb inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına aid olduğundan işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddasinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin fikirlərini dinləyib hesab edir ki, iddiaçının iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(044)-739/2021 saylı qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması” vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Daha sonra İddiaçı ASC Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(044)-739/2021 saylı qərardadından apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(104)-3242/2021 saylı qərardadına əsasən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(044)-739/2021 saylı qərardadı ləğv edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin həmin qərardadında “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması” vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsində Gəncə şəhəri üzrə İcra İdarəsi cavabdeh kimi göstərilməməsi səbəbindən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.06.2021-ci i tarixli, 2(044)-739/2021 saylı qərardadının ləğv edilməsi və işə yenidən baxılaraq hüquqi qiymət verilməsi üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsində həmin mülki işə baxılarkən Gəncə şəhəri üzrə İcra İdarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan hesab edilir. Tələb inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair olduğundan bu tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMCyə, Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin və Gəncə şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Gəncə şəhəri üzrə İcra idarəsinə qarşı hazırkı iddia tələbi ilə bağlı inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-739/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-739/2021
20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver