Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-829/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “onun xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda doğulmasının qeydə alınması faktının müəyyən edilməsinə, doğum şəhadətnaməsində adının- “X9”, doğum tarixinin - “xx.xx.*942-ci il”, doğum yeri - “Ermənistan, Alaverdi rayonu”, valideynləri qrafasında uşağın atası–“X8”, milliyəti azərbaycanlı, uşağın anası “X5”, milliyəti azərbaycanlı qeyd edilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda anadan olmuşdur. *962-ci ildə Ermənistan Respublikası, Tumanyan rayonunda yerləşən orta məktəbdə lobarant vəzifəsində işə başlamışdır. *972-ci ildə Gəncə şəhərinə köçmüşdür. Bir neçə ildir ki, doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda doğum akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Zərurət isə ondan ibarətdir ki, *8.07.2005-ci il tarixdə ünvan 1 ünvanını alqı-satqı müqaviləsinə əsasən almışdır. Hal-hazırda həmin əmlakla bağlı sərəncam vermək səlahiyyətini həyata keçirə bilmir. Belə ki, ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi X*0 göstərilir. Şəxsiyyət vəsiqəsində isə adı Şəhnaz, soyadı isə Selimxanova kimi göstərilmişdir. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat vəsiqəsindəki uyğunsuzluq onun hüquqlarını həyata keçirməsinə maneə yaradır. Şəxsiyyət vəsiqəsindəki yanlışlığı düzəltmək üçün onun adı və soyadı dəyişdirilməlidir. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığından və onu məhkəmədən kənar qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizədə qeyd olunanları müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, ərizəçi İddiaçı ilə onun qohumluq münasibəti var. Şahnaz onun eltisidir. O, *942-ci ildə Ermənistanda anadan olmuşdur. X* və İddiaçı Ermənistanda yaşayış yeri Tumanyan rayonu olmuşdur. Sonradan Tumanyan rayonunun adı dəyişdirilərək Alaverdi adlandırılmışdır. Onlar təxminən *968-*969-cu illərdə Ermənistandan Azərbaycan Respublikasına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi İddiaçı onun eltisidir. O, *942-ci ildə Ermənistanda anadan olmuşdur. X* və İddiaçı Ermənistanda yaşayış yeri Tumanyan rayonu olmuşdur. Onlar təxminən *968-*969-cu illərdə Ermənistandan Azərbaycan Respublikasına gəlmişlər. X2 20*8-ci ildə vəfat etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən edildi ki, İddiaçı xx.xx.*942-ci ildə Ermənistan Alaverd rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.**.20*8-ci il tarixli AZ-İ 98*402 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 *6.**.20*8-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş *8.07.2005-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 saylı yaşayış evi X6 aiddir. İş materiallarına əlavə edilmiş 2*.03.*980-ci il tarixli İİ-СЛ № 475824 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X*2 ilə İddiaçı nikahlarından 22 oktyabr *964-cü il tarixdə X*5 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestri Xidmətinin məktubundan görünür ki, Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ş.Səlimxanovanın doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Ermənistan Respublikasında tərtib edilmiş X4 qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində, eləcə də X4 Reyestri Xidmətinin arxivində saxlanılmadığından İddiaçı doğumuna dair məlumat verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *8.0*.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı doğum faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.2.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın *3 və *4-cü bəndlərinə əsasən, X4 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, ərizəçi xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda anadan olmuş, *962-ci ildə Ermənistan Respublikası, Tumanyan rayonunda yerləşən orta məktəbdə lobarant vəzifəsində işə başlamış, *972-ci ildə Gəncə şəhərinə köçmüş və həmin vaxtdan da Gəncə şəhərində yaşayır. Ona görə də ərizəçi qeyd olunan sənədi məhkəmədən kənar qaydada başqa cür əldə edə bilməmiş və həmin sənədin müvafiq qeydiyyat orqanında dublikatının (təkrar) alınması və ya bərpası mümkün olmamışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizəçinin xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda anadan olması faktının müəyyən edilməsini, onun doğum akt qeydinin bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə adının- “X*3”, doğum tarixinin - “xx.xx.*942-ci il”, doğum yeri - “Ermənistan, Alaverdi rayonu”, valideynləri qrafasında uşağın atası–“X8”, milliyəti azərbaycanlı, uşağın anası “X5”, milliyəti azərbaycanlı qeyd edilməsini məqsədə müvafiq hesab edir. Ərizəçi İddiaçı ərizəsində doğum şəhadətnaməsində adının-“X9” qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin şəxsiyyət vəsiqəsində adı və soyadı İddiaçı yazılmışdır. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 6.6-cı bəndinə əsasən аdın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində *82 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Məhkəmə hesab edir ki, ərizə qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 305-306, 307-3**, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. İddiaçı xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda doğulması faktı müəyyən edilsin. xx.xx.*942-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda anadan olmuş İddiaçı doğum akt qeydi bərpa edilsin. Yeni doğum haqqında şəhadətnamə verilərkən adı “İddiaçı” doğum tarixi “xx.xx.*942ci il”, doğum yeri “Ermənistan, Alaverdi rayonu”, ata qrafası “X8”, ana qrafası “X5” kimi qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 0* (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 0* (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №e-2(044)-829/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-829/2022
12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver