Məhkəmə qərarları › İş №e-2(044)-839/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-839/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-839/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7 mərhum X8 övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən onun mərhum əri X9 atası mərhum X13 nənəsi X14 məxsusdur və Tamam Əliyeva 01.11.1984-cü il tarixdə, X21 20.09.1961-ci il tarixdə, onun anası, yəni X10 qızı X17 23.07.1992-ci il tarixdə, onun əri X18 01.07.2020-ci il tarixdə vəfat etmişlər. Şahin Məmmədovun valideynləri nənəsi Tamam Əliyevadan miras qalmış Gəncə şəhəri, Şahsevənlər küçəsi, 97 saylı evdə yaşamış, onlar da daim ailəsi ilə birlikdə orada yaşamışlar. Hazırda o, miras mülkü öz adına rəsmiləşdirmək istəyir. Bu səbəbdən də notariat ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmiş, Nağıyeva Kİübrə Qafar qızının döğum haqqında şəhadətnaməsi olmadığı və qohumluq münasibəti müəyyən olmadığı üçün Notariat Ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Ərizəçi İddiaçı məhkəməyə ərizənin dəqiqləşçdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, ərizədə qeyd edilmiş X11 adının mexaniki səhv olara Kübrə kimi qeyd edilmişdir. Əslində isə X4 mərhum X10 övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maraqlı şəxs Gəncə şəhər 1 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, ərizəçi İddiaçı ilə yaxın qonşudur və onların 1985-ci ildən yaxın qonşulüq münasibətləri vardır. X19 ərizəçi İddiaçı qaynatası X13 nənəsidir. X21 20.09.1961-ci il tarixdə vəfat etmişdir. Tamam Əliyeva 07.11.1984-cü il tarixdə vəfat etmişdir. X3 Süqrə Qaffar qızı 1990-cı il tarixdə vəfat etmişdir. X1 Əliyevanın qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o, ərizəçi İddiaçı 60 ildən çox müddətdir tanıyır. Tamam Əliyeva 07.11.1984-cü il tarixdə vəfat etmişdir. Tamam Əliyevanın qızı X15 1990-cı il tarixdə vəfat etmişdir. X1 Əliyevanın qızıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 04.09.2020-ci il tarixli TA-00088-2020 saylı məktubundan görünür ki, Nağıyeva (Məmmədova) Kübrə Qafar qıının və Əliyeva (Nağıyeva, Əsgərova və ya Məmmədova) Süqrə Qafar qızının döğum tarixlərinə dair heç bir məlumat aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 17.01.2022-ci il tarixli 14 saylı imtina qərarından görünür ki, ərizəçi İddiaçı ünvan 2 ünvanda yerləşən evin adına rəsmiləşdirilməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. 17.07.2020-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 01 iyul 2020-ci il tarixdə vəfat etmişdir. 11.03.1960-cı il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiuş doğum haqqında şçəhjadətnamənin surətindən görünür ki, X21 ilə X2 birgə nikahlarından 06.09.1957-ci il tarixdə X18 anadan olmuşdur. 19.10.1961-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 20.09.1961-ci il tarixdə vəfat etmişdir. 12.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X18 ilə Məmmədova (Əliyeva) Ziyafət Aslan qızının nikahları 07 iyul 1985-ci il tarixdə 726 saylı akt qeydi ilə bağlanmışdır. 22.07.1996-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22 iyul 1996-cı il tarixdə vəfat etmişdir. 27.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı X10 adına qeyd edilmişdir. 19.03.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, 1905-ci ildə Gəncə şəhərində anadan olmuş X6 doğumu haqqında akt qeydi şöbəsinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X25 filialı tərəfindən verilmiş 13.07.2020-ci il tarixli 636/3 saylı məktubdan görünür ki, X25 filialında mühafizə olunan Gəncə şəhər nikah evi, Stalin rayon vətəndaşlıq Vəziyyətinin aktlarının qeydiyyatı şöbəsi arxiv fondlarının 1936-1942-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, Nağıyeva (Məmmədova) Kübrə Qafar qızı və Əliyeva (Nağıyeva, Əsgərova və ya Məmmədova) Süqrə Qafar (Qaffar) qızının doğum qeydi aşkarlanmamışdır. 08.10.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 07.11.1984-cü il tarixdə vəfat etmişdir. 20.08.2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 10 dekabr 1990-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mərhum X15 mərhum X10 övladıdır. Məhkəmə hesab edir ki, 10 dekabr 1990-cı il tarixdə vəfat etmiş X15 07.11.1984-cü il tarixdə vəfat etmiş mərhum X10 (övladı) qızı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 dekabr 1990-cı il tarixdə vəfat etmiş X15 07.11.1984-cü il tarixdə vəfat etmiş X10 (övladı) qızı olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar