Məhkəmə qərarları › İş №e-2(045)-1203/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1203/2024

14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1203/2024 14.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı Cavabdeh qarşı “naturada pay ayrılması əvəzinə kompensasiya ödənilməsi və paylı mülkiyyət hüququna xitam verilməsi haqda” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 0,06 ha torpaq sahəsində ümumi sahəsi 51,50 kv.m olan fərdi yaşayış evin paylı mülkiyyətin mülkiyyətçisi olan Cavabdeh 1/3 hissədə naturada pay ayrılması əvəzinə kompensasiya ödənilməsi və onun paylı mülkiyyət hüququna xitam verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti pozulduğu üçün geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müstəsna ərazi aidiyyəti normasının təsir dairəsinə düşmədiyi üçün bu tələbə mübahisəli yaşayış sahəsinin yerləşdiyi yerin məhkəməsində yox, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. İddia ərizəsi öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin rəsmi qeydə alındığı yer Ağdaş rayonu, Yuxarı Lək kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarxili, ********** saylı qəbzdən görünür ki İddiaçı 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, gəldiyim nəticəyə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “naturada pay ayrılması əvəzinə kompensasiya ödənilməsi və paylı mülkiyyət hüququna xitam verilməsi haqda” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar