Məhkəmə qərarları › İş №e-2(045)-1507/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1507/2025

16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1507/2025 16.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə müxtəlif vaxtlarda ələ keçirdiyi 16000 manat pulun, hüququ yardıma görə vəkilə ödənilən 320 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 138 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdən Naftalan şəhərində yerləşən “Çinar” oteldə mühafizəçi qismində işə başlamışdır. O, həmin vaxt Cavabdeh ilə tanış olmuş və həmin tarixdən Cavabdeh ilə dostluq münasibəti olmuşdur. O və Fuad daimi olaraq birlikdə yemək yeyərək vaxt keçirmişlər. Cavabdeh həmin oteldə bağmanların müdiri qismində çalışmışdır. Onun Fuad ilə yaxın münasibəti yarandıqdan sonra Fuad ondan borca pul istəməyə başlamışdır. 2023-cü ilin avqust ayında ilkin olaraq Cavabdeh övladının ayağının kəsilməsini bildirirək 5000 manat, arvadını əməliyyata aparmasını və 5000 manat borc istəmişdir. O, həmin pulları Cavabdeh Naftalan şəhərində vermişdir. Bir neçə ay sonra arvadını əməliyyata aparmasını və həmin vaxt 4000 manat pulu ondan borc istəmişdir. O, yenidən Naftalan şəhərində Cavabdeh 4000 manat pulu vermişdir. O, həmin pulları borca aldığını və Fuaddan pulların necə qaytarmasını soruşmuşdur. Fuad isə öz növbəsində pullarını qaytarmaq imkanının olmadığı halda şəxsi avtomobilini satmasını ona bildirmişdir. O, Fuadın sözlərinə inanmışdır. Sonuncu dəfə isə 2024-cü ilin sentyabr ayında Naftalan şəhərində çayxanada olarkən onun yanma Fuad gəlmiş və ona avtomobilini vurmasını, bunun müqabilində isə 2000 manat pul lazım olmasını bildirmişdir. O, həmin puluda Fuada vermişdir. Fuad borclarını geri qaytarmasını ona söz versəd ə, sonradan sözünü tutmamış və ondan aldığı borcları geri qaytarmasını bildirsə də, pullarımı geri qaytarmır. Beləliklə də, 2023-cü ilin avqust ayından 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində Cavabdeh ondan borc adı ilə ümumilikdə 16000 manat pulu alaraq geri qaytarmır. Bu barədə Goranboy rayon Polis Şöbəsinə müraciət etmiş və onun tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddia ərizəsinə etiraz bildirirək, tələbin təmin edilməməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, 2023-cü ilin avqust ayında ilkin olaraq cavabdeh övladının ayağının kəsilməsini bildirirək 300 manat, arvadının əməliyyata aparmağına və 500 manat pulu Amiridən borc istəmişdir. O, həmin pulları Amindən Naftalan şəhərində almışdır. Bir neçə ay sonra arvadının əməliyyata aparmağını və həmin vaxt 300 manat pulu Amindən borc istəmişdir. O, yenidən həmin pulu Naftalan şəhərində Amindən 300 manat pulu almışdır. Amin ondan pullarını tələb etməyə başlamışdır. O. isə öz növbəsində pullarını qaytarmaq imkanının olmadığı halda şəxsi avtomobilini sataraq pulu qaytaracağını bildirmişdir. Sonuncu dəfə isə 2024-cü ilin sentyabr ayından başlayaraq Naftalan şəhərində müxtəlif vaxtlarda 300 manat, 600 manat, 1000 manat, 600 manat borc olaraq almış, həmçinin o, Amindən avtomobilini vurmağını, bunun müqabilində isə 600 manat pul lazım olmasını bildirmişdir. Amin isə pulları ona kart vasitəsilə köçürtmüşdür. Onun ümumilikdə Aminə 3900 manat pul borcu olmuşdur. Ərizədə qeyd edilən 16000 manat pul Aminin deməsinə görə ona sələm götürüb verdiyi pulların faizi artaraq 16000 manat olmuşdur. O, Amindən cəmi 3900 manat pul almış, 16000 manat görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. 18 aprel 2025-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh özünə məxsus “Hyundai Accent” markalı avtomobili borclu olduğu 16000 manat qarşılığında İddiaçı verməsi barədə qeyd etmişdir. Bank Respublika ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 320 manat məbləğində Bərdə rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul köçürmüşdür. Audio-diskdəki səs yazılarından görünür ki, Cavabdeh borcunun olduğunu etiraf etmişdir. Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən 29 may 2025-ci il tarixdə qəbul edilmiş qərardadan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 138 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin etibarnamə üzrə nümayəndələrinin və vəkillərinin ifadlərini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаysаn Rеspublikаsının Mülki Məsəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrslu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Belə ki, iddiaçı cavabdehdən 16000 mаnаt pulun tutulmаsını tələb еtmiş, iddiasını аrаlаrındаkı bоrc müqаviləsinə əsаsən cavabdehin оnа həmin miqdаrdа bоrcunun yаrаnmаsı ilə əsаslаndırmış, tələbinin əsаsı kimi istinаd еtdiyi hаlın təsdiqi üçün müvafiq sənədləri təqdim еtmişdir. İş materiallarında olan sadə yazılı əqd ilə iddiaçının cavabdehə iddia edilən miqdarda borc verməsi halı təsdiq edilmiş, lakin iş üzrə оlаn sübutlаrlа cavabdehin həmin bоrcu iddiaçıya qаytаrmаsı hаlı təsdiq оlunmаmışdır. Odur ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16000 manat məbləğində pul, eyni zamanda iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun və 320 manat məbləğində hüquqi yardım haqqının əvəzi iddiaçı Cavadzadə Emin oğlunun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 manat məbləğində pul, ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun və 320 manat məbləğində hüquqi yardım haqqının əvəzi iddiaçı Cavadzadə Emin oğlunun xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar