Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1712/2025 10.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərər vuran X1 oğlum İddiaçı sağamlığına ağır xəsarətin vurulması nəticəsində onun qanuni nümayəndəsi Cavabdeh 8000 manat həcmində maddi zərərin, 20000 (iyirmi min) manat həcmində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər xx.xx.2025-ci il tarixdə saat 10:40-a təyin edilmiş məhkəmə iclasına təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixində, həmçinin əvvəlki məhkəmə iclasında məhkəməyə elektron ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasını başqa vaxta təxirə salmalınmasını xahiş etsə də, üzürlü səbəbini əsaslandıracaq hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etməmə səbəblərini üzürlü hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən MPM-in 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair müki iş baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1712/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1712/2025
10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver