Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1732/2023 26.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən real zərər kimi 13471 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 301,53 manat faiz və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131,32 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Naftalan filialnın keçmiş işçisi Cavabdeh həmin filialda işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup səxslə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdar özgə əmlakını ələ keçirmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qulluq mövqeyindən istifadə edib xeyli miqdarda özgə əmlakmı mənimsəməklə təkrarən talamış və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdeh qeyd olunan əməlləri törətməsinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(088)-181/2018 saylı hökmü ilə məhkum edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxslər - X9 və X1 işçisi Cavabdeh tərəfindən onlara vurulmuş zərərin ödənilməsi tələbi ilə Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 2(006)-4498/20121 saylı və xx.xx.2022-ci il tarixli, 2(006)-369/2022 saylı qətnamələri ilə qeyd olunan şəxslərin iddia tələbləri qismən təmin edilərək Bankdan 2116 manat və 11355 manat vəsaitin tutularaq X9 və X4 ödənilməsi qət edilmiş və qətnamələr Bank tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərində icra olunmuşdur. Qeyd olunanları nəzərə alaraq cavabdehin əməlləri nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan üzrə Bank tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş vəsait hazırda cavabdeh tərəfindən Banka qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq cavabdehdən real zərər kimi 13471 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 301,53 manat faiz və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131,32 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1747 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X4 2116 manat pul ödənilmişdir. İş materiallarında olan Bvakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4498/20121 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək İddiaçı ASC-dən 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 16 manatı məbləğində pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-369/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş İddiaçı ASC-dən 11355 manat pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1747 saylı ödəniş tapşırığının surətindən görünür ki, X4 İddiaçı ASC tərəfindən 2116 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 598 saylı ödəniş tapşırığının surətindən görünür ki, X6 İddiaçı ASC tərəfindən 11355 manat ödənilmişdir. Elektron məhkəmə sistemində dövlət rüsumu bölməsindən görüünr ki, ********** saylı qəbz üzrə, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 131,32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ASC-nin ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ASC-nin Naftalan filialının keçmiş işçisi Cavabdeh həmin filialda işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup səxslə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdar özgə əmlakını ələ keçirmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qulluq mövqeyindən istifadə edib xeyli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdeh qeyd olunan əməlləri törətməsinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(088)-181/2018 saylı hökmü ilə məhkum edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxslər - X9 və X1 işçisi Cavabdeh tərəfindən onlara vurulmuş zərərin ödənilməsi tələbi ilə Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 2(006)-4498/20121 saylı və xx.xx.2022-ci il tarixli, 2(006)- 369/2022 saylı qətnamələri ilə qeyd olunan şəxslərin iddia tələbləri qismən təmin edilərək Bankdan 2116 manat və 11355 manat vəsaitin tutularaq X9 və X4 ödənilməsi qət edilmiş və qətnamələr Bank tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərində icra olunmuşdur. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən X6 ödənilmiş 11355 manat və X4 ödənilmiş 2116 manat Cavabdeh tutulalaraq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh real zərər kimi 13471 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 301,53 manat faiz və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131,32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13471 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 301,53 manat faiz və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131,32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1732/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1732/2023
26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver