Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1786/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 kаtibliyi, Cavabdeh və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qаrşı “borc pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdeh (borclu) olan Cavabdeh 21165 manat pul məbləğinin və məhkəməyə ödənilmiş 154 manat dövlət rüsümünün alınaraq İddiaçı MMC X4 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X9" özəl tibb fəaliyyəti məşğul olur. Göstərdiyi tibbi xidmət ödənişli əsaslarla keçirilir. 30 mart 2023-cü il tarixdə X1 anası Cavabdeh qızının əlaqəsiz danışması, huşu konfuzədir və sair şikayətlə xəstəxanaya müraciət etmişlər. Xəstəyə başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı, digər polinevropatiyalar, dəqiqləşdirilməmiş ensefalopatiya və digər porfiriyalar diqanozu təyin edilmişdir. Xəstəyə tibbi xidmət göstərilməsi ilə əlaqədar 29796 manat borc yaranmışdır. Həmin məbləğdən xəstəyə xəstəxana tərəfindən 8631 manat endirim olaraq 21165 manat məbləğində borc yaranmışdır. X1 anası tərəfindən 18 may 2023-cü il tarixdə öz xətti ilə yazılmış qəbz tərtib etmiş və həmin qəbzdə xəstəxanaya 21165 manat borcu olduğu qeyd edilmişdir. Daha sonra 18 sentyabr 2023-cü il tarixdə “X7" ilə Cavabdeh arasında borc müqaviləsi tərtib edilərək imzalanmışdır. Həmin müqavilə 6 ay müddətinə bağlanmışdır və həmin müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Eyni zamanda 1669/2024 saylı 07 may 2024-cü il tarixli məktubu ilə ödənişlə bağlı xatırlayıcı məktub göndərilmiş və həmin məktub şəxsən çatdırılmışdır. Odur ki, onlar məcbur qalıb cavabdehi məhkəməyə verir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdehin qızı Ləman Məmmədova əlaqəsiz danışması, huşu konfuzədir və sair şikayətlərlə xəstəxanaya müraciət etmişdir. Xəstəxana tərəfindən xəstəyə lazımı tibbi xidmət göstərilmiş və xəstənin 29796 manat borcu yaranmışdır. Həmin məbləğdən xəstəyə xəstəxana tərəfindən 8631 manat endirim olaraq 21165 manat məbləğində borc yaranmışdır. Bununla bağlı cavabdehlə aralarında 6 ay müddətinə borc müqaviləsi bağlanmış və həmin müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Eyni zamanda cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı məktub göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırda iddia tələbində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Onun həmin müqviləni bağlamasına əsas səbəb isə uşağının xəstəxana tərəfindən evə buraxılmaması olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Müqavilədə göstərilən tibbi xidmətlər xəstəyə göstərilməmişdir. Bundan başqa “X7” cavabdehin qızı Ləman Məmmədovanı verməməkdə təhdid etmiş və yalnız xəstəxananın balansına 10.000 manat ödəniş etdikdən sonra uşağı çıxarda biləcəyini bildirmişlər. Ona görə də, cavabdeh tərəfindən yazılmış qəbz məcburi xarakter daşıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC-nin (borcverən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı MMC-yə məxsus X8 Cavabdeh 6 ay müddətində faizsiz 21165 manat məbləğində pul vəsaitini maliyyə yardımı kimi borca vermişdir; Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, qızı X2 müalicəsi üçün “X7”na 21165 manat borcu ödəməyə öhdəlik götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli çıxarışdan görünür ki, iddiaçı hazırkı tələb üzrə 154 manat dövlət rüsumu ödəmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli, 1669/2024 nömrəli məktubundan görünür ki, yaranmış 21165 manat borcun ödənilməsi tələb edilmiş, əks tədqirdə məhkəmə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsi əsasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsinin hədə təsiri təsiri altında bağlandığını iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu halda tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız olmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olması nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtlərini pozmaqla bağlanmış əqdlər etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına, yəni əqdin etibarsızlığına dair hər hansı sübut təqdim olunmamışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə iddiaçı Synergy Medical” MMC X4 xeyrinə 21165 manat məbləğində borc pul və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə iddiaçı Synergy Medical” MMC X4 xeyrinə 21165 manat məbləğində borc pul və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1786/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1786/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver