Məhkəmə qərarları › İş №e-2(045)-409/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-409/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-409/2025 11.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, Ərizəçi və vəkili Nümayəndə, Maraqlı şəxs Goranboy Rayon Qeydiyyat şöbəsinin rəisi X5 iştirakı ilə, Ərizəçi (Goranboy rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu (keçmiş adı Qasım İsmayılov) Qırıxlı kəndində xx.xx.1987-ci il tarixdə anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu şəxs Ərizəçi X7 ilə 1985-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə evliliyindən, xx.xx.1987-ci il tarixdə X6 və xx.xx.1994-cü il tarixdə X10 adlı övladları anadan olmuşdur. Ərizəçinin oğlu X6 1998-ci ildə işləmək üçün Rusiya Federasiyasının Rostov Vilayətinə getmişdir. xx.xx.2000-ci il tarixdə X6 yaşadıqları Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonundakı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun axtarıb yerinin müəyyən olunması üçün Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonu Polis idarəsinə, müxtəlif televiziya kanallarına, məlumat veriliməsinə baxmayaraq iddiaçının oğlunun yerini müəyyən etmək mümkün olmamışdır. Uzun müddət axtarışlar davam etsə də heç bir nəticə əldə olunmamışdır. X4 ölmüş elan edilməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, bədnam qonşularının Gəncə şəhərinə raket hücumu nəticəsində iddiaçının evinə ciddi ziyan dəymişdir. Evinə dəymiş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraiət edilib. Həmin Komitədən, iddiaçının oğlu X4 məhkəmə qaydasında ölmüş elan edilməsi faktı müəyyən olunandan, yəni şəxsin ölüm haqqında şəhadətnaməsini təqdim edildikdən sonra dəymiş zərərin ödəniləcəyini bildirmişlər. Qeyd olunan ölüm faktının təsdiq edilməsi üçün Goranboy rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, imtina edilmiş və cavab məktubunda bununla bağlı məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. X2 itkin düşməsi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə və Rusiya Federasiyasının Aksay rayonu üzrə Daxili İşlər Nazirliyinin şöbəsinə müraciət olunmuş verdikləri arayışlarla və Apostillə itkin düşməsini təsdiqlənmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, oğlu X6 1998-ci ildə işləmək üçün Rusiya Federasiyasının Rostov Vilayətinə getmişdir. xx.xx.2000-ci il tarixdə X6 yaşadıqları Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonundakı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun axtarıb yerinin müəyyən olunması üçün Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonu Polis idarəsinə, müxtəlif televiziya kanallarına, məlumat veriliməsinə baxmayaraq iddiaçının oğlunun yerini müəyyən etmək mümkün olmamışdır. Uzun müddət axtarışlar davam etsə də heç bir nəticə əldə olunmamışdır. X4 ölmüş elan edilməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi vəkil Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Goranboy rayon Qeydiyyat şöbəsinin rəisi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. . Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində göstərdi ki, ərizəçinin oğlu X6 onun bacısı oğludur. Səxavət İslamov xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonunda yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində göstərdi ki, X6 onun bacısı oğludur. Səxavət İslamov xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Aksay rayonunda yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 480819 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında bağlanmış nik xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir; Qasım İsmayılov rayonnu Goranlı kənd sovettliyi tərəfindən verilmiş Xİ-Ж seriyalı 400796 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1987-ci ildə Qasım İsmayılov rayonu Qırıxlı kəndində doğulmuş, atası X7, Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-xx-xx/2025 nömrəli cavab məktubundan görünür ki, X3 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının" "X1 Sistemində" aşkar edilməmiş, odur ki, bu sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Rusiya Federasiyası Aksay rayonu üzrə Daxili İşlər Nazirliyinin şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rusiyanın DİNŞ Aksay rayonu üzrə Federal axtarışdadır, axtarılan şəxsin kateqoriyası - itkin düşmüş şəxs, xx.xx.2000-ci il tarixli, **********5 saylı axtarış işi, barəsində Rusiyanın Rostov vilayəti üzrə İstintaq Komitəsi İstintaq İdarəsinin Aksay rayonu üzrə X12 Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri üzrə xx.xx.2000-ci il tarixli 10373 №-li cinayət işi açılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi X3 anasıdır. X6 xx.xx.2000-ci il tarixdən hazıradək həyatda olması barədə hər hansı məlumatın olması müəyyən edilməmişdir. Hazırda şəxsin ölmüş elan edilməsinin məhkəmədən kənar əldə etməsi qeyri-mümkündür. X3 ölmüş elan edilməsi zərurəti ərizəçinin evinə dəymiş maddi ziyanın əvəzinin alınması ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər; 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi şəxsin ölmüş elan edilməsi üçün qanunverici iki müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması” və “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İş materiallarından göründüyü kimi ərizəçinin oğlu olan X3 harada olması haqda 25 il müddətinə yaxın məlumat olmamış, itkin düşməsi barədə axtarış işi açılmış və müxtəlif dövlət orqanlarına ünvanlanmış sorğulara cavab məktublarına əsasən onun barəsində hər hansı yeni məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, Ərizəçi oğlu olan Goranboy rayonu (keçmiş adı Qasım İsmayılov) Qırıxlı kəndində xx.xx.1987-ci il tarixdə anadan olmuş X6 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilməlidir. MPM-in: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, MPM-in 316-cı maddəsinə əsasən ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Goranboy rayonu (keçmiş adı Qasım İsmayılov) Qırıxlı kəndində xx.xx.1987-ci il tarixdə anadan olmuş X6 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar