Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-446/2025 01.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı X4 publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 publik hüquqi şəxsinin Cavabdeh qarşı (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 publik hüquqi şəxsi Cavabdeh qarşı əşyaların qaytarılması tələbini irəlü sürərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34- 35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 publik hüquqi ərizəsini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 01,04.2022-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2023-ci il 31 oktyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) yerində aşkar edilməmişdir. Vətəndaş aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli 3-17-2/2-M-54905/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5- ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1 -ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mü'kiyyət hüququna dair tələblərə uyğundur. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd edilənləri nəzərə alaraq cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34- 35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X4 publik hüquqi şəxsinin nümayəndəsi X3 iddia rələbini müdafiə edərək izahatında bildirdi ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurduğu ziyanın əvəzini X4 publik hüquqi şəxsinə ödəməlidir. Cavabdeh təlimlərə cəlb edilmiş ona əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurduğu ziyanın əvəzini ödəməli olduğu izah edilmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Həmçinin Cavabdehna təlimlərdə də əmlakın yekun monitorinqi zamanı tərtib edilən akta əsasən Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyətə keçəcəyi izah edilsə də Cavabdeh yekun monitorinqi zamanı tərtib edilən akta əsasən əmlaklar onun mülkiyyətinə keçmədən əmlakları satmışdır. Buna görə də cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34- 35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 01,04.2022-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqavilədən görünür ki, Agentlik tərəfindən Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində verilmişdir. İş materiallarında olan əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. İş materiallarında olan 2023-ci il 31 oktyabr tarixli yekun monitorinq aktından görünür ki, Cavabdeh verilmiş “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT- 2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) yerində aşkar edilməmişdir. Vətəndaş aktivləri satdığını bildirmişdir. İş materiallarında olan Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-54905/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası’ nın 8 3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nm 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzim ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Məhkəmə göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34- 35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən 100 manat dövlət rüsumu alınıb dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00419 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34- 35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində X4 publik hüquqi şəxsinə qaytarılsın. Cavabdeh qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 100 manat məbləğində dövlət rüsumu alınıb dövlət mədaxilinə köçürülsün. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-446/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-446/2025
01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver