Məhkəmə qərarları › İş №e-2(045)-505/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-505/2025

15.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-505/2025 15.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon, 10 saylı evin 23 mənzilin, Göygöl rayonu Qızılqaya qəsəbəsində fərdi yaşayış evinin, Gəncə şəhəri Kəpəz rayonu Taqi Aqani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısındakı qeyri-yaşayış sahəsinin, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Goranboy rayonu Faxralı kənd icra nümayəndəliyində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda Cavabdeh ilə birgə nikah dövründə Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon, 10 saylı evin 23 mənzilini, Göygöl rayonu Qızılqaya qəsəbəsində fərdi yaşayış evini, Gəncə şəhəri Kəpəz rayonu Taqi Aqani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısındakı qeyri-yaşayış sahəsini, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsini birgə əldə etmişlər. Qeyd olunanlara əsasən, mülkiyyət hüquqları tanınmalı və iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdir. Məhkəmə iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qızının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Fəxralı kənd icra Nümayəndəliyi tərəfindən verilmiş AZ İİİ № seriyalı 514801 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2015ci il tarixdə Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Fəxralı kənd icra Nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 013948 nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında 01 noyabr 2006-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı çıxarışdan görünür ki, Goranboy rayonu Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında yerləşən ümumi sahəsi 3420 m, 1 mərtəbəli, 0.35 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. Reyestr nömrəsi: **********68-06301, qeydiyyat nömrəsi: **********. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon, 10 saylı ev, mənzil 23 Cavabdeh tərəfindən yüklü edilmişdir. Reyestr nömrəsi: **********07-05101-093006, qeydiyyat nömrəsi: **********. Goranboy rayon Məhkəməsi tərəfindən verilmiş 2(045)-01/2020 saylı, 18 iyun 2020ci il tarixli qətnaməsinin (hakim Samir Mayılov) surətindən görünür ki, cavabdehlər Cavabdeh, İddiaçı, X2, X2 və X1 birgə qaydada 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc 41340,89 ABŞ dolları, faiz borcu 9487,49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 4 noyabr 2015-ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc 92329.2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli, 006KK**********01 saylı razılaşması üzrə əsas borc 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları, cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulması, hər üç kredit razılaşması üzrə tələbin Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiyməti 53000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi ilkin satış qiyməti 220000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərracdan satılması, hər üç kredit razılaşması üzrə tələb olunan 57933,93 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsindən və 122963,23 manatdan ibarət borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutmanın yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi qət edilmiş, iddianın qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(104)-25/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnamədən görünür ki, Apellyasiya şikayəti qismən təmin edillmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)- 01/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilinin ilkin satış qiymətinin 53000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi), “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binasının ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin, Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 10 saylı evin 23 saylı mənzilin ilkin satış qiyməti 67000 (altmış yeddi min) manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 179000 (bir yüz yetmiş doqquz min) manat, İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində (Azərbaycan bayrağı küçəsi, “Fatoğlu” müəssisəsinin hasarının qarşısında) yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(102)-3684/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-25/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsini rəhbər tutaraq bildirir ki, borclular kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiklərinə görə bank tərəfindən kredit borcunun tutulması, ipoteka predmetlərinə tutma yönəldilməsi, əmlakların açıq hərracdan satılaraq bank olan borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2017-ci ildə Goranboy rayon Məhkəməsinə müraciət etmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh və İddiaçı apellyasiya şikayəti vermişlər, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(104)-25/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmış, bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin ilkin satış qiyməti 220000 manat məbləğində müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(102)- 3684/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarından da görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-25/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə hazırda icra mərhələsindədir. Göründüyü kimi qeyd olunan əmlakların tutma yönəldilməsi ilə bağlı artıq qanuni qüvvədə olan məhkəmə aktları var. Həmçinin, qanuni qüvvəsini almış məhkəmə aktları ilə tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrinə hüquqi qiymət verilmiş və İddiaçı zaminlik müqavilələrinə əsasən Cavabdeh "xxxx" QSC qarşısındakı kredit öhdəliklərinin icrası üçün üzərinə öhdəlik götürməsi, onunla birgə borclu olmaqla məsuliyyət daşıması faktı da müəyyən olunmuşdur. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiada qeyd olunan əmlaklar kredit borcunun təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun tutulması və ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur və iş artıq icra mərhələsindədir. Bankın iddia tələbi üzrə həm Cavabdeh, həm də İddiaçı birgə cavabdehlik daşıyırlar. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrinə hüquqi qiymət verilmiş, həmçinin İddiaçı zaminlik müqavilələrinə əsasən Cavabdeh "xxxx" QSC qarşısındakı kredit öhdəliklərinin icrası üçün üzərinə öhdəlik götürməsi, onunla birgə borclu olmaqla məsuliyyət daşıması faktı müəyyən olunmuşdur. Hazırki iddianın qaldırılmasında məqsəd bank qarşısında külli miqdarda olan kredit borcunun ödənilməsindən yayınmaq və ipoteka predmetlərinə tutma yönəldilməsi prosesinin yubatmaq məqsədi daşıyır İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar