Məhkəmə qərarları › İş №e-2(045)-578/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-578/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-578/2025 08.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı “X5” Publik Hüquqi şəxsin nümayəndəsi Hacızadə Pərviz Rövşən oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ Publı̇ k Hüquqi Şəxsin Cavabdeh qarşı “istifadəyə verilmiş əşyaların qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ Publı̇ k Hüquqi Şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022- ci il 04 iyun tarixli 2022/ÖM/ÖM/03351 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli “Kiçik dərzi sexi” zərfinə daxil olan aktivlər, yəni Ütü masası (sadə, vakumsuz) DBL (Ütü masası JDP YL-1500D-H -1ədəd), Par ütüsü DBL (Buxar ütüsü DOİTST- 75L -1ədəd), Sənaye tipli interlok tikiş maşını, stol ilə birlikdə DBL (Bloklu tikiş maşını 3 iynə DOİTST500-01CB -1ədəd), Sənaye tipli 4 saplı overlok tikiş maşını, stol ilə birlikdə DBL (Menteşəli tikiş maşını DOİTST781 -1ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Overlok tikiş maşını DOİTST747 - 1 ədəd), Maniken, ölçüləri tənzimlənən DBL (Maniken ADF-1 - 1 ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Tək iynəli düz tikiş maşını DOİT ST9700 - 1 ədəd) natura şəklində verilmiş avadanlıqlar natura şəklində Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialının “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 04 iyun tarixli 2022/ÖM/ÖM/03351 nömrəli müqaviləyə əsasən Agentlik Cavabdeh “Kiçik dərzi sexi” zərfinə daxil olan aktivlər, yəni Ütü masası (sadə, vakumsuz) DBL (Ütü masası JDP YL-1500D-H -1ədəd), Par ütüsü DBL (Buxar ütüsü DOİTST-75L -1ədəd), Sənaye tipli interlok tikiş maşını, stol ilə birlikdə DBL (Bloklu tikiş maşını 3 iynə DOİTST500- 01CB - 1ədəd), Sənaye tipli 4 saplı overlok tikiş maşını, stol ilə birlikdə DBL (Menteşəli tikiş maşını DOİTST781 -1ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Overlok tikiş maşını DOİTST747 - 1 ədəd), Maniken, ölçüləri tənzimlənən DBL (Maniken ADF-1 - 1 ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Tək iynəli düz tikiş maşını DOİT ST9700 - 1 ədəd) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair 2022-ci il 04 iyun tarixli aktlarla vətəndaş Cavabdehnun “Kiçik dərzi sexi” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2023-cü il 26 oktyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Kiçik dərzi sexi” zərfinə daxil olan aktivlər, yəni Ütü masası (sadə, vakumsuz) DBL (Ütü masası JDP YL-1500D-H -1ədəd), Par ütüsü DBL (Buxar ütüsü DOİTST-75L -1ədəd), Sənaye tipli interlok tikiş maşını, stol ilə birlikdə DBL (Bloklu tikiş maşını 3 iynə DOİTST500-01CB - 1ədəd), Sənaye tipli 4 saplı overlok tikiş maşını, stol ilə birlikdə DBL (Menteşəli tikiş maşını DOİTST781 -1ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Overlok tikiş maşını DOİTST747 - 1 ədəd), Maniken, ölçüləri tənzimlənən DBL (Maniken ADF-1 - 1 ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Tək iynəli düz tikiş maşını DOİT ST9700 - 1 ədəd) natura şəklində verilmiş avadanlıqlar aşkar edilməmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh verilmiş 2024-ci il 16 dekabr tarixli 3-17-2/2-M-61619/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Kiçik dərzi sexi” zərfinə daxil olan aktivlər, yəni Ütü masası (sadə, vakumsuz) DBL (Ütü masası JDP YL-1500D-H - 1ədəd), Par ütüsü DBL (Buxar ütüsü DOİTST-75L -1ədəd), Sənaye tipli interlok tikiş maşını, stol ilə birlikdə DBL (Bloklu tikiş maşını 3 iynə DOİTST500-01CB -1ədəd), Sənaye tipli 4 saplı overlok tikiş maşını, stol ilə birlikdə DBL (Menteşəli tikiş maşını DOİTST781 -lədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Overlok tikiş maşını DOİTST747 - 1 ədəd), Maniken, ölçüləri tənzimlənən DBL (Maniken ADF-1 - 1 ədəd), Sənaye tipli bir iynəli düz tikiş maşını, stol ilə birlikdə DBL (Tək iynəli düz tikiş maşını DOİT ST9700 - 1 ədəd) natura şəklində verilmiş avadanlıqlar natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarı ilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5” Publik Hüquqi şəxsin nümayəndəsi X4 qiymətləndirmə rəyi ilə razı olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh rəylə razı olduğunu və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, 2022/ÖM/03351 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, həmin müqaviləyə əsasən filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir; Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair 04 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialənın aşağıda göstərilən əmlakları Cavabdeh təhvil vermiş, Cavabdeh isə həmin əmlakları təhvil almışdır:

1. Tək iynəli, stollu sənayə düz tikiş maşını. Avtomatik yağlama funksiyası. DOİT ST9700 – 1 ədəd.

2. Sənaye 4 saplı overlok tikiş maşını, stollu. DOL12H 400W 2850RPM mufta motoru, stol və dayaq ilə. DOİT ST747 -1 ədəd

3. Sənayə menteşəli tikiş maşını, masa ilə 370 Vt. DOİT ST781 – 1 ədəd

4. Sənaye bloklu tikiş maşını, masa ilə. 3 iynə 5 DOL12H 400W 2850 RPM. Ümumi ölçülər: 600 *390* 630, Maksimum tikiş qalınlığı: 5mm, Tutum: 400 Vt, Çəki 0 49- 52 kg. DOİT ST500-01CB – 1 ədəd

5. Buxtar ütüsü. Su tutumu 1,8 litr. DOİT ST-75L – 1 ədəd

6. Ütü masası, üstündə avtomatik qızdırıcı, 110 dərəcə C, Güc kVt: 1.65 Vakuum güce, bp: 0,5 Gücü artırmaq üçün, bp: 0,5 Gərginlik, V:230 Gərginlik istəyə görə, V:120 ölçüsü iş sahəsi, mm: 1250x800 Qablaşdırma, m3: 1,3 m3 silmək üçün: 0,6. JDP YL-1500D-H -1 ədəd

7. Maniken, ölçüsü tənzimlənir. Redlotus ADF-1 -1 ədəd; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, mübahisə predmeti olan Cavabdeh istifadəyə verilmiş əşyaların orta bazar dəyəri 4250 (dörd min iki yüz əlli) manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tətbiq edilməli hüquq normalarının tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” 18 aprel 2025-ci il tarixli qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: - müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; - müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; - müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; - müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; - müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. Hazırda iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli, 2022/ÖM/03351 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə də yuxarıda göstərilən xüsusiyyətləri özündə birləşdirdiyindən, inzibati müqavilə hesab edilir. Yuxarıda adı çəkilən 18 aprel 2025-ci il tarixli qərardadında “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsinin Vİİİ hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə, işsiz, habelə bu Qanunun 4.1.3cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, digər məşğulluğu olmayan işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir. Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X2 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqanlar və özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. Məhkəmə qeyd edir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Konstitusiya Məhkəmənin Plenumu sözügedən 18 aprel 2025-ci il tarixli qərardadında vurğulamışdır ki, qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və özünüməşğulluq sahəsində qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə bildirir ki, özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə yaranan mübahisələr inzibatixarakterli olduqlarından, bu cür mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və bu səbəblə hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM-in) 261.0.1-ci maddəsinə əsasə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in: 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən normalara uyğun olaraq bildirir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X5” publik hüquqi şəxsi özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə yaranan mübahisələr ilə bağlı olaraq müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Göstərilən normaları və qiymətləndirmənin qanunauyğun olaraq keçirilməsini nəzərə alan məhkəmə qeyd edir ki, qiymətləndirmə rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ Publı̇ k Hüquqi Şəxsin Cavabdeh qarşı “istifadəyə verilmiş əşyaların qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qiymətləndirmə rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ66AİİB********************, Bank: "xxxx" ASC Nərimanov filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 200093; SWİFT kod: AİİBAZ2X) ödənilsin. İddiaçıya aidiyyəti İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar