Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-615/2024 07.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (Maraqlı şəxs qismində göstərilməklə) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39,96 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2050,37 manat, işsizlikdən sığorta fonduna olan 17,7 manat, İcbari Tibbi Sığorta Fonduna olan 16,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1993-cü il, doğulduğu yer - Azərbaycan, Goranboy rayonunun Buzluq kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Goranboy rayonu Buzluq Bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 17,7 manat, dövlət büdcəsinə 39,96 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 39,96 manat), İcbari Tibbi Sığorta Fonduna 16,46 manat, Dövlət Sosial Müdafiə Fonduna 2050,37 manat olmaqla, ümumilikdə 2124,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin, vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçinin nümayəndəsi və maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-7.2-ci maddəsinin tələblərinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Goranboy rayonu, Buzluq Bələdiyyəsinin rəhbəri Maraqlı şəxsdur; xx.xx.2021-ci il tarixli **********7 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 2050.37 manat məbləğində (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1179.71 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 870.66 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir; xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 16.46 manat məbləğində (o cümlədən, icbari tibbi sığorta haqları üzrə 15 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 1.46 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir; xx.xx.2023-cü il tarixli **********0 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 39.96 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 39.96 manat, faizlər üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Goranboy rayonunun Buzluq kəndində qeydiyyatda olan, Goranboy rayonu, Buzluq Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs (xx xxxx 1993-cü il təvəllüdlü, FİN: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 355-7.4 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Goranboy rayonunun Buzluq kəndində qeydiyyatda olan, Goranboy rayonu, Buzluq Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs (xx xxxx 1993-cü il təvəllüdlü, FİN: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(045)-615/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-615/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver