Məhkəmə qərarları › İş №e-2(045)-943/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-943/2025

13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-943/2025 13.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Goranboy Rayon Notariat Ofisinə qarşı “miras əmlaka vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 miras qalmış (X2na aid payların) Goranboy rayonu, Boluslu kəndində yerləşən, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.25 ha həyətyanı torpaq sahəsinin (JN-098A), xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0.30 ha həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölünməsi və miras əmlaka payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü İddiaçı atası X4 adına mülkiyyət hüququ əsasında 3 nəfər ailə üzvü ilə birlikdə Goranboy rayonu, Boluslu kəndində yerləşən 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə və 5 nəfər ailə üzvü ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi, xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəsilə və 5 nəfər ailə üzvü ilə birlikdə 0.25 ha həyətyanı torpaq sahəsi (JN- 098A) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 5 nəfər ailə üzvü ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi X7 məxsus olmuşdur. X10 19 sentyabr 2023-cü il tarixdə ölmüşdür. Onun birinci növbəli vərəsələri yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü İddiaçı, yetkinlik yaşına çatmış 1995-ci il təvəllüdlü Cavabdeh3, 1997-ci il təvəllüdlü Cavabdeh2 və 2001-ci il təvəllüdlü Cavabdeh1dır. Cavabdehlər miras mülkün vərəsələr arasında qanuna uyğun olaraq paylara bölünməsinə razılıq vermirlər və yetkinlik yaşına çatmayan İddiaçı həmin torpaq sahələrinə və evə buraxmırlar. Torpaq sahələrinin və evin mülkiyyətinə dair sənədlər də cavabdehlərdə olduğundan vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etməyi də nəticəsiz qalmışdır. Belə ki, ərizə ilə müraciət etdiyi Goranboy Rayon Notariat Ofisi tərəfindən hüquqmüəyyən edici sənədləri təqdim edə bilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin sənədlər qarşı tərəfdədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X10 ilə əvvəllər nikahda olduğu yetkinlik yaşına çatmayan İddiaçı anası Qanuni nümayəndə ilə aralarında olan nikah Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin, yetkinlik yaşına çatmayan İddiaçı və anası Qanuni nümayəndə nikah pozulanadək həmin evdə yaşamışlar, təsərüffatı birgə idarə etmişlər, həmçinin digər torpaq sahələrini də əkib-becərilməsi üçün kirayə vermişlər. Hal-hazırda da yetkinlik yaşına çatmayan İddiaçı və anası Qanuni nümayəndə əşyaları sözügedən evdədir. 19 sentyabr 2023-cü il tarixdə ölmüş X4 birinci növbəli vərəsəsi İddiaçı xx.xx.2011-ci ildə anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Goranboy rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayonu Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 564 nömrəli, 02 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X1 rayonu, Boluslu kəndində qeydiyyatda olmuş və yaşamışdır. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun 1995ci il təvəllüdlü oğlu Cavabdeh3, 1997-ci il təvəllüdlü Cavabdeh2, 2001-ci il təvəllüdlü Cavabdeh1 və 2011-ci il təvəllüdlü İddiaçı adlı sağ qalan ailə üzvləri vardır; Gornaboy Rayon Notariat Ofisi tərəfindən verilmiş 169 nömrəli, xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, X8 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsi ilə əlaqədar digər miras şərikləri – mərhumun arvadı və övladları ilə arasında mübahisə olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 649711 nömrəli, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasında nikah 10 fevral 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir. Goranboy rayon Cinliboluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 652328 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2011-ci ildə Goranboy şəhərində doğulmuş, atası X10, anası Qanuni nümayəndədır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 466189 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Qanuni nümayəndə arasında bağlanmış nikahı Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 374342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən ölmüşdür; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi Dairəsi tərəfindən verilmiş 3-21-3-46/2-4106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 adına Goranboy rayonu, Boluslu kəndində yerləşən 3 nəfər ailə üzvü ilə birlikdə 0.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsilə və 5 nəfər ailə üzvü ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X5 adına Goranboy rayonu, Bolsulu kəndində yerləşən 5 nəfər ailə üzvü ilə birlikdə 0.25 ha həyətyanı torpaq sahəsi (JN-098A) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir; Məhkəmə, prosess iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, miras qoyan X10 ikinci dəfə nikaha girərək (iddiaçının anası) Qanuni nümayəndə ilə ailə həyatı qurmuş və bu nikahından xx.xx.2011ci il təvəllüdlü (iddiaçı) İddiaçı doğulmuşdur. Daha sonra X10 ilə Qanuni nümayəndə arasında olan nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və vəfatından sonra ondan (ümumi birgə mülkiyyətdə olan) Goranboy rayonu Boluslu kəndində yerləşən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,25 ha həyətyanı torpaq sahəsi (JN-098A) və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,30 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X4 eyni zamanda birinci nikahından da üç uşağı (cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) vardır. İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 mərhum Altay Məmmədovun birinci növbəli vərəsələridir. İddiaçı mirası qəbul etmək məqsədilə Goranboy Rayon Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin vərəsələr arasında miras payları ilə əlaqədar mübahisə olduğuna görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hazırda iddiaçı miras əmlak olan (X2nun ümumi birgə mülkiyyətində olan) Goranboy rayonu Boluslu kəndində yerləşən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0,25 ha həyətyanı torpaq sahəsinin (JN-098A) və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,30 ha həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölünməsi və miras əmlaka payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı normalara istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir; 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır; 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır; 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Beləliklə, sadalanan normalardan göründüyü kimi vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin faktiki hallarından da göründüyü kimi 1995-ci il təvəllüdlü Cavabdeh3, 1997-ci il təvəllüdlü Cavabdeh2, 2001-ci il təvəllüdlü Cavabdeh1 və 2011-ci il təvəllüdlü İddiaçı miras qoyan X4 övladları olması və birinci dərəcəli vərəsələri kimi bərabər miras almaq hüququna malik olmaları işin mübahisəsiz hallarıdır. Məhkəmə, miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyən edilməsinə dair qeyd edir ki, miras fiziki şəxsin ölməsi ilə açılır. Mirasın qəbulu dedikdə, elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Qeyd olunmalıdır ki, X10 tərəfindən vəsiyyətnamə tərtib edilməmiş və ölümündən sonra onun qanun üzrə birinci dərəcəli vərəsələri uşaqları - Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və İddiaçı qalmışdır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun üzrə düşən paya uyğun bölüşdürülür. Lakin hazırda vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğu üçün miras əmlakın bölüşdürülməsi və payların müəyyən edilməsi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ümumi birgə mülkiyyətdə olan Goranboy rayonu Boluslu kəndində yerləşən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,25 ha həyətyanı torpaq sahəsi (JN-098A) və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,30 ha həyətyanı torpaq sahəsinin X2ndan miras qalan hissəsi qanun üzrə vərəsələri İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bölünməli və miras payları bərabər şəkildə ¼ hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan Goranboy rayonu Boluslu kəndində yerləşən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,25 ha həyətyanı torpaq sahəsi (JN-098A) və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə 0,30 ha həyətyanı torpaq sahəsinin X2ndan miras qalan hissəsi qanun üzrə vərəsələri İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bölünsün və miras payları bərabər şəkildə ¼ hissədə müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar